Rəsmi Bakı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

“4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki minaların törətdiyi təhlükəni bir daha qeyd edirik”.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, Azərbaycan ərazilərinin uzunmüddətli işğalı dövründə həmin ərazilərdə basdırılan minaların partlaması nəticəsində 2020-ci ildən ötən müddətdə 388 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.

Eyni zamanda, Nazirlikdən həmin ərazilərdəki minaların mülki vətəndaşların həyatına təhlükə və insanların öz evlərinə təhlükəsiz qayıdışına maneə yaratmaqda davam etdiyini vurğulanıb.

XİN öz paylaşımında beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstək verilməsinə və beynəlxalq hüququ pozan Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb.

O da qeyd edilib ki, Azərbaycan öz xalqının minasız, təhlükəsiz və çiçəklənən gələcəyini təmin etməklə bağlı öhdəliyinə sadiq qalır.

h

“Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunda yanğın təhlükəsizliyi üzrə təlim-məşq keçirilib. Təlimdə Tunel qurğuları xidməti, Yol xidməti və Depolar üzrə iş departamentinin əməkdaşları iştirak edib.
Yol-xeber.az" xəbər verir ki,  “Odsöndürən balonlardan istifadə və yanğının söndürülməsi qaydaları” mövzusunda keçirilən təlimdə yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında ətraflı məlumat verilib. Həmçinin odsöndürən balonların təsnifatı və istifadə qaydaları izah olunub.
Təlim zamanı əməkdaşlar şərti yanğını söndürərək bu sahədə praktik təcrübə əldə ediblər.
Təhlükəsiz iş mühitinin təkmilləşdirilməsi məqsədilə bu cür təlimlərin təşkili davam etdiriləcək.
h
h
h
h
h
h
h
kursantlarin-vezifeleri-mueyyenlesir

Kursantların vəzifələri müəyyənləşir.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdehdir. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifəsidir:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

dövlət sirrini qorumaq;

komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilir. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.

Bununla yanaşı, kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılırlar.

Kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə verilir.

4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının bu Nizamnamənin 205-2-ci maddəsində göstərilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə verilir.

Kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması bu Nizamnamənin 204-cü və 205-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

komanda-reisi-de-ola-bilecekler

Komanda rəisi təyin olunan hərbi qulluqçuların siyahısı genişləndirilir.

“Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, alay (briqada) komandirinin müavinindən başlayaraq, aşağı vəzifəli zabitlər rəis sifəti ilə bölmələr, yaxud komandalarla birlikdə ezamiyyətdə olduqları vaxt, həmçinin hissə komandirinin əmri ilə öz hissələrinin yerləşdiyi ərazidən kənarda müstəqil məsələ həll edərkən, tutduqları vəzifədən bir pillə yuxarı müvafiq vəzifənin intizam səlahiyyətindən istifadə edirlər.

Yuxarıda adları çəkilən hallar üçün komanda rəisləri təyin edilmiş hərbi qulluqçuların siyahısına kursantlar da əlavə edilib.

Bununla yanaşı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına bu Nizamnamənin 22-ci maddəsində (“v”, “e”, “ə” və “i” bəndləri istisna olmaqla) nəzərdə tutulan həvəsləndirmələr tətbiq ediləcək.

Qeyd edək ki, 22-ci maddəyə əsasən, əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:

a) təşəkkür elan etmək;

b) əvvəl verilmiş intizam cəzasını götürmək;

v) müddətli xidmət əsgərləri, matrosları və çavuşlarını hissə komandirinin müəyyən etdiyi gündə və saatda bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq;

q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;

ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;

d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;

e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək;

ə) müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək;

c) əlaçı döş nişanı ilə mükafatlandırmaq;

z) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq;

i) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli məzuniyyət vermək.

Həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 22-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər.

Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Qeyd olunanlara əsasən layihənin müxtəlif maddələrində müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiq edilməsi nəzərdə tutulur. Buna görə də layihənin müxtəlif maddələrində nəzərdə tutulmuş “əsgər” ifadəsindən sonra “kursant” ifadəsinin əlavə edilməsi təklif edilir.

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.

Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.

Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişaf”ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər. Odur ki 4 aprel günü vasitəsilə dünya icmalarının diqqətini həmin problemə cəlb etmək nəzərdə tutulur.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) dünya təşkilatının mənzil-qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir.

Dövlət Komitəsi: Şuşada qala divarları qorunub saxlanacaq

Şuşada qala divarları qorunub saxlanacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şuşanın Baş Planında qala divarlarının yer almadığı iddia olunub, bununla bağlı fotolar da yayılıb.

Dövlət Komitəsindən isə bildirilib ki, Şuşa şəhərinin Baş Plan layihəsi çərçivəsində şəhərin memarlıq üslubuna dair müxtəlif konseptual həllər işlənib: “Bu həllər şəhərin perspektiv inkişaf dövründə icra olunacaq memarlıq layihələri üçün istiqamətverici rol oynayır. Qala divarları da daxil olmaqla, Şuşa ərazisində mövcud olan və dövlət mühafizəsinə götürülmüş bütün daşınmaz tarix və mədəniyyət abidələrinin qorunub saxlanması baş planda nəzərə alınıb”.

Toy etmək istəyənlərin nəzərinə: Qiymətlər kəskin artdı

Ramazan ayından sonra bəzi restoranlarda toy menyusunun qiyməti artıb.

ATV məlumat verir ki, bəzi restoranlarda menyunun qiyməti 150 manatdan 450 manata kimi dəyişir.

Vətəndaşların sözlərinə görə, bu qiymətlər büdcəyə uyğun deyil.

Sosioloq Rəşad Əsgərov isə bildirib ki, bahalı menyu qiymətləri birbaşa israfçılıqdan xəbər verir.

Saray körpüsünün giriş-çıxışındakı bu obyektlər söküləcək

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində genişləndirilmə işləri aparılacaq.

Bunu Oxu.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev deyib.

"Yolda genişləndirmə işlərinin aparılması nəzərdə tutulub. Piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərara alınıb ki, yaxın zamanlarda Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın", - deyə E.Qocayev bildirib.

Xatırladaq ki, Bakı ilə Sumqayıtı birləşdirən Saray körpüsünün təmirdən sonra açılışı martın 18-də baş tutub. Uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və iki gediş, iki dönüş olmaqla dörd hərəkət zolağından ibarətdir.

Qeyd edək ki, açılışdan dərhal sonra sürücülər körpünün giriş və çıxışının daralmasına səbəb olan obyektlərin sökülməməsinə etiraz ediblər. Onlar bildiriblər ki, bu hal həmin ərazidə ağır qəzaların baş verməsinə səbəb ola bilər.

İyunda ardıcıl 4 gün iş olmayacaq

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

qafqazinfo xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.

Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub

“BakıKart” mobil tətbiqində yaranmış nasazlıq artıq aradan qaldırılıb, vətəndaşların balansı bərpa olunub.

Problem mobil tətbiqin yenilənmiş versiyada istifadəyə verilməsindən sonra həll edilib.

Xatırladaq ki, bu problem ötən ilin avqust ayından yaranmışdı.

“BakıKart” Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub. Onun mobil tətbiqi vətəndaşlara balanslarını idarə etməyə və kartla ödəniş etməyə imkan verir.

Xəbər lenti