Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi

Milli Məclisi Xanlar Vəliyevi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə qərar qəbul edib.

Məsələ Milli Məclisin iclasında müzakirə edilərək qəbul edilib.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimi təyin edilən Xanlar Vəliyev and içib.

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi həyata keçirilir.

Köçürülənlərdən 11 ailə (40 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Bakı şəhərindən, 2 ailə (8 nəfər) Goranboy rayonundan, 2 ailə (7 nəfər) Oğuz rayonundan, 1 ailə (4 nəfər) İsmayıllı rayonundan, 1 ailə (3 nəfər) Tərtər rayonundan, 1 ailə (1 nəfər) Abşeron rayonundandır.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

metroda-temir-gedende-ekspress-avtobuslar-isleyecek

Məlum olduğu kimi, Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

“Yol-xeber.az” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda tikinti dövründə nəqliyyatın təşkili və məhdudiyyətlər haqqında da məlumat verilib. 

Bildirilib ki, xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcək.

Tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:

- “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;

- “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

Məlumatda qeyd olunub ki, İçərişəhər-28 May-Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək.

Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

“Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir”, - açıqlamada vurğulanıb.

28-maydan-ancaq-bu-qatarlara-mine-bileceyik

“Bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur. Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaq”.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib. 

Bildirilib ki, əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər:

“Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək. Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaq. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

bu-kuceye-irevaninin-adi-verildi

“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirilir”.

“Bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

“Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilib. Bu qərar dahi rəssamın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır.

Xatırladaq ki, xalqımızın Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918–1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib.

Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirir”, - bəyanatda deyilir.

 

 
Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Tıxac probleminin həlli üçün şəhərin mərkəzindəki bəzi qurumlar şəhərdən kənara və bölgələrə köçürülə bilər.

Bunu Ajans.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, tıxaca səbəb olan əsas faktlardan biri də, şəhərin mərkəzində dövlət idarələrinin, universitetlərin yerləşməsidir:

Tıxac adətən əhalisi sıx olan, meqapolis şəhərlərə xas olan məsələdir. Bakı da illərdir tıxac problemindən əziyyət çəkir. Dövlət və müvafiq qurumlar bunun qarşısını almaq üçün addımlar atır. Mütəxəssis və ekspertlər ölkəyə dəvət olunur. Şəhər böyüyür, insanların və avtomobillərin sayı artır. Bu da tıxaclara səbəb olur.

Şəhərdə tıxaca səbəb olan əsas faktlardan biri də, mərkəzdə dövlət idarələrinin, universitetlərin yerləşməsidir. Bəzi dövlət idarələrinin və nazirliklərin şəhər kənarında, yaxud bölgələrdə olması dünya təcrübəsində mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bir çox agentliklərin, qurumların, universitetlərin kənarlara və bölgələrə köçürülməsi çıxış yolu ola bilər

Deputat bildirib ki, bu proses yüksək maliyyə tələb edən məsələdir:

“Reallaşması qısa vaxt ərzində çətindir, lakin mümkünsüz deyil. Məsələn, dünya təcrübəsində universitetlərin öz şəhərciyi olur, tələbələr təhsil aldığı müddətdə həmin şəhərcikdə yaşayırlar. Yeni təcrübələr öyrənilməlidir, bu, şəhər üçün də əhəmiyyətli olacaq”.

Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT

Bakıda polisin “saxla” əmrinə tabe olmayaraq iki yol patrul xidməti avtomobilini əzən, polis əməkdaşlarından birinə də xəsarət yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub.

Yol-xeber.az-ın musavat.com-a istinadən məlumatına görə, 35 yaşlı Ümid Nəsrullayev Yasamal rayonu ərazisində “Hyundai” markalı avtomobildə olan zaman yol patrul xidməti əməkdaşları ona “saxla” əmri verib. Lakin Ümid avtomobili saxlamaq istəməyib. Ümid maşının ön və arxa hissəsində dayanmış maşınları vuraraq ərazidən uzaqlaşmaq istəyib. O, avtomobilini irəli və geri hərəkət etdirərək iki polis maşınına çırpılaraq ümumilikdə 9 min manata yaxın maddi ziyan vurub.

İttihama görə, Ümid maşının mühərrikini söndürmək istəyən polis əməkdaşlarından birinə də xəsarət yetirib.

Polis şöbəsinə aparılan Ümidin avtomobilinə baxış keçirilən zaman marixuana və narkotik tərkibli preqabalin aşkar edilib.

Ümid ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etdiyini etiraf edib. O, maşınından çıxan marixuananın ona məxsus olmadığını deyib.

İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. İstintaq orqanı sübut kimi onun telefonuna gələn mesajlara da istinad edib.

Həmin mesajlarda Ümiddən narkotik vasitə istəyən şəxslər aşağıdakı məzmunda mesajlar yazıblar:

- “Brat”, mənə cavab ver də. Gözləyim bu gün? Pul olmur deyə qoymamışam, lomkaçılıqdı. Narhat olma, verəcəm. Heç olmasa, 1 gilə ver, vəziyyətdən çıxım.
- Mənə dünən “liri” verəcəkdin. Ölürəm mən lomkadan.
- Qaqa, tez 6 qram ot çatdır mənə.
- Qardaşını sevindir. Dərmanı 3 dənə elə.
- “Yeti”, bu da qatqılıdır. Dedim ki, yəni bil. Bunu mənə gətirənə sözünü deyərsən.

Araşdırma zamanı məlum olub ki, Ümid daha əvvəl də bir neçə maddə ilə məhkumluq həyatı yaşayıb.

Törətdiyi əməllərə görə Ümid Nəsrullayev bu dəfə 6 il azadlıqdan məhrum edilib.

Kamaləddin Qafarov: “Azərbaycan Yaxın Şərqdə sülh prosesinə töhfə verə bilər”
“Aprelin 9-da Bakıda, ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum, ilk növbədə, bütün Yaxın və Orta Şərq ölkələri üçün mühüm olan müzakirələrin aparıldığı önəmli tədbirdir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu gün dünyada çoxqütblü beynəlxalq nizam yaranmaqdadır. “Bu proses hazırda qlobal miqyasda regional gərginliklərin artması ilə müşayiət olunur. Mövcud problemlərin həlli üçün isə regional aktorların proseslərə daha aktiv müdaxiləsi lazımdır. Çünki beynəlxalq təşkilatlar artıq adekvat təhlükəsizlik tədbirlərini həyata keçirə bilmirlər. Məhz buna görə də regional aktorların işə qarışması zərurəti yaranıb. Bu baxımdan Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi kifayət qədər önəmlidir. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu isə, cənab Prezident İlham Əliyevin Forumdakı çıxışında da qeyd etdiyi kimi, coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb. Çox təəssüf doğuracaq haldır ki, bəzi Qərb dövlətləri gedən proseslərdə ölkəmizin rolunu kiçimsəməyə, Cənubi Qafqazda ayırıcı xətləri çəkməyə hələ də cəhd göstərirlər. Lakin bütün bu səylər aydındır ki, heç bir nəticə verə bilməz. Azərbaycan bilavasitə öz regionumuzda davamlı sülhə və inkişafa nail olmaq üçün çalışır. Bu baxımdan ölkəmizin Ermənistandan onların Konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Ermənistanın özü də sabitlik və inkişafda maraqlıdırsa və bunu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edərək sülh sazişini imzalamaqla nümayiş etdirərsə, onda Cənubi Qafqazın inteqrasiya edilmiş bölgəyə çevrilməsi üçün heç bir maneə qalmayacaq. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın missiyası sadəcə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması ilə bitmir.”

Fikirlərini davam etdirən K.Qafarov ölkəmizin Yaxın Şərq bölgəsində sülhün əldə olunmasına mühüm töhfələr verə biləcəyini vurğulayıb: “Bu gün Ukrayna-Rusiya hərbi münaqişəsi ilə yanaşı, Yaxın və Orta Şərq regionunda da gərginliyin getdikcə artması qlobal miqyasda sülhü təhdid edən amillərdən biri kimi dünya ictimaiyyətini ciddi şəkildə narahat edir. O cümlədən, Türkiyə ilə İsrail arasında yaşanan gərginlik təbii ki, regionda sabitliyin əldə olunmasına xidmət edə bilməz. Bu baxımdan Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkə kimi və eyni zamanda da həm Türkiyə, həm də İsraillə möhkəm dostluq əlaqələri olan dövlət olaraq bu gərginliyin aradan qaldırılmasında önəmli rol oynaya bilər. II Qarabağ Müharibəsi dövründə Türkiyə və İsrail Azərbaycanın əsas müttəfiqləri kimi çıxış ediblər və ölkəmiz üçün strateji önəm daşıyırlar. Öz çıxışında bu məsələyə də toxunan cənab Prezident xatırlatdı ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında məhz Azərbaycan vasitəçilik edərək, bu iki ölkənin mövqeyinin bir-birinə yaxınlaşmasında fəal rol oynayıb. 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə rəsmi olaraq müttəfiq ölkələr oldular. İsrail ilə Azərbaycan arasında mövcud olan möhkəm qarşılıqlı dostluq münasibətləri müxtəlif çətin vəziyyətlərdə uzun illərdir ki, özünü büruzə verib. Təbii ki, Azərbaycan bu iki ölkə arasında yaşanan hər hansı anlaşılmazlıqdan narahat olur və Türkiyə-İsrail münasibətlərinin normallaşmasında rol oynamaqla bütün Yaxın Şərqdə sülhün və sabitliyin əldə olunmasına əvəzsiz töhfə verə bilər”.
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Sarıcalı kəndinə daha 39 ailə (153 nəfər), o cümlədən: Bakı şəhərindən 22 ailə (85 nəfər); Bərdə rayonundan 4 ailə (18 nəfər); Biləsuvar rayonundan 2 ailə (9 nəfər); Ağdam rayonundan 3 ailə (8 nəfər); Ağcabədi rayonundan 2 ailə (8 nəfər); Yevlax şəhərindən 2 ailə (8 nəfər); Abşeron rayonundan 1 ailə (6 nəfər); İmişli rayonundan 1 ailə (6 nəfər); Ucar rayonundan 1 ailə (3 nəfər); Mingəçevir şəhərindən 1 ailə (2 nəfər) yola salınacaq.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.

Daha əvvəl Sarıcalı kəndinə növbəti köç karvanı aprein 2-də yola salınıb.

Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO

Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir.

" Xəzər TV məlumat verir ki, bu təhsil müəssisələri publik hüquqi şəxsə çevrilir.

Prosesin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, dəyişiklik müəllimlərin əməkhaqlarının artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, publik hüquqi şəxs həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilir.

Onu da bildirək ki, hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir.

Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə yol açacaq.

Ətraflı süjetdə:

Xəbər lenti