![]() |
|
Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb.
APA xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq ediblər. Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır.
Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər.
Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən “Ghost Tap” (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir.
Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayıblar:
Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır.
Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa.
Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın.
Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin.
Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun.
“Təhlükəsiz ödənişlər” funksiyasına malik antivirus qoruma həlli quraşdırın.
Kibertəhlükəsizlik şirkətləri əlavə edirlər ki, dələduzlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar. Sizin vəsaitlərinizi idarə edə bilmək üçün minimal məlumatlar da kifayə edir. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir: "Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz – bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik”.
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Bakıda dəfn olunub.
Şəhidin qalıqları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. 1993-cü idlə Cəbrayıl şəhərində itkin düşüb.
Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
Baş DYP İdarəsinin Sabirabadda yerləşən postunda dayanan “Hyundai” markalı avtomobilin sürücüsü Taleh Əsədov qəza- dayanma işıqlarını yandırıb və aramsız səs siqnalı verməklə kömək çağırıb.
“Qafqazinfo” idarəyə istinadən xəbər verir ki, YPX Alayının əməkdaşları avtomobilə yaxınlaşarkən artıq huşsuz vəziyyətdə olan sürücüyə dərhal ilkin tibbi yardım göstərilib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya vaxtında çatdırılması təmin edilib.
Şəhid övladı, qazi Taleh Əsədov xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, bu səbəbdən yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/207832.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib.
Bakupost.az xəbər verir ki, onun bacısı Rəna xanım Bakıda vəfat edib.
Mərhumun Biləsuvarda dəfn ediləcəyi bildirilir.
Allah rəhmət eləsin!
“Xankəndi şəhərinin Baş planı hazırlanır”.
“Bu fikirləri Xankəndidə diplomatik korpus nümayəndələri ilə görüşündə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
E.Yusubov qeyd edib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın insanın daimi məskunlaşması təmin edilib:
“Xocalı rayonunun Ballıca kəndində 136 ailə olmaqla, 660 sakinin, Ağdərə rayonunun Həsənriz kəndində 70 ailə olmaqla 238, Suqovuşan kəndinə 180 ailə olmaqla 592, Talış kəndində isə 20 ailə olmaqla 90 sakinin köçü təmin edilib. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti-bərpa işləri davam etdirilir, digər 8 yaşayış məntəqəsində lahiyələndirmə və hazırıq işləri aparılır”.
O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş tikinti-bərpa işləri həyata keçirilir: “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 439 sahibkarlıq subyektləri tərəfindən 30 milyon manat investisiya qoyulub. Özəl sektor üzrə 1900-ə yaxın şəxs işlə təmin edilib. İlin sonuna qədər bu rəqəmin 3 mindən artıq olması planlaşdırılır. Əhalinin məşğulluğu təmin edilir, yeni iş yerləri yaradılır.
Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub. Bu ayın sonuna qədər qeydiyyat uzadılıb.
Təxminən mayın 20-dən azərbaycanlı zəvvarlar Həcc ibadətlərini yerinə yetirmək üçün Məkkəyə yola düşəcəklər. Qafqaz Müsəlmanları İdarəsi bu il bir zəvvarı 5950 ABŞ dollarına Həccə aparacaq.
Qeyd edək ki, bir sıra vətəndaşlarımız Türkiyə və Gürcüstandakı şirkətlərdən daha ucuz qiymətə bilet alaraq, onların xətti ilə ziyarətə getməyə hazırlaşırlar. Bu ölkələrdə 1700-2000 ABŞ dolları ilə Həccə getmək mümkündür.
Maraqlıdır, Həccə getməyin xərci niyə bizdə yuxarı, qonşu ölkələrdə isə aşağıdır?
Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a bildirib ki, hazırda təxminən 5% kvota qalıb:
"Kvotanı inşallah yaxın vaxtlarda rəqəmlə açıqlayacağıq. Amma yerlər artıq az qalır. Təqribən 5% kvota qalıb".
V.Cahangiri qonşu ölkələrdəki şirkətlərlə razılaşıb Həccə gedənlər barədə bunları deyib:
"Qafqaz Müsəlmanları İdarəsinin buna görə hər hansı bir tədbir görməsinə ehtiyac yoxdur. Vətəndaş özü istədiyi şəkildə Həcc ziyarətinə getməkdə sərbəstdir. Amma ucuz qiymətə aldanıb gedirlər. İndi kimsə ucuz qiymətə Həccə gedirsə, deməli, onlar hansısa xidmətlərdən məhrum qalır. Onlara daha az xidmətlər göstərilir. Biz bunun şahidi oluruq. Burada ucuz qiymətə aldanıb gedirlər, daha sonra orada peşman olurlar".
Bank kartlarından oğurlanan pullarla bağlı əsas məsuliyyət vətəndaşların üzərindədir. Onların ehtiyatsız davranışı dələduzluq hallarının artmasına səbəb olur. Vətəndaşlar tanınmamış internet saytlardan alış-veriş edir və bu zaman kart məlumatlarını təqdim edirlər. İnsanlar alış-veriş üçün ayrı kartdan istifadə etsinlər. Bir kartda vəsaiti saxlasınlar, digər kartı isə yalnız ödəniş üçün nəzərdə tutsunlar. Belə olduqda əsas kartda pul qalmaz və risk də azalar.
Bu sözləri axar.az-a açıqlamasında hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, vətəndaşlar çox zaman kart məlumatlarını üçüncü şəxslərlə paylaşır və nəticədə onların hesablarındakı vəsait oğurlanır:
“Banklar heç vaxt bu cür məlumatları telefon vasitəsilə istəmir. Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanlar bu səhvi təkrarlayırlar”.
Ekspert qeyd edib ki, bəzi hallarda məsuliyyət bankların üzərində də ola bilər:
“Bankların təhlükəsizlik sistemlərinin zəifliyi nəticəsində də oğurluq hallarına rast gəlinir. Onların avtomatlaşdırılmış sistemləri şübhəli əməliyyatları müəyyən etməli və qarşısını almalıdır. Məsələn, eyni kartdan qısa müddətdə bir neçə əməliyyat aparılarsa, bu, sistem tərəfindən qeyri-adi hal kimi tanınmalı və blok qoyulmalıdır”.
Əkrəm Həsənov əlavə edib ki, oğurlanan pulların ölkədən necə çıxarıldığı da sual doğuran məqamlardandır:
“Vətəndaş bank vasitəsilə pul çıxarmaq istədikdə ondan müxtəlif sənədlər tələb olunur. Amma oğurluq pullar rahatlıqla ölkədən çıxarılır. Bu zaman valyuta nəzarəti və rejimi ilə bağlı qaydalar pozulur. Bu məsələ də ayrıca araşdırılmalıdır. Üstəlik, bəzi hallarda oğurlanan vəsaitin geri qaytarılması da mümkün olmur”.
Son günlər ölkə ərazisində müşahidə edilən aramsız yağıntılar infrastruktur sahəsinə də öz təsirini göstərməkdədir. Yol-xeber.az xəbər verir ki, Şamaxı-Qonaqkənd avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınan güclü yağışlar nəticəsində yolun bəzi hissələrində ciddi deformasiya və dağılmalar baş verib.
Məlumata görə, iki gün fasiləsiz yağan yağışlar səbəbindən asfalt-beton örtüyü tamamilə sıradan çıxmış, yolun müxtəlif hissələrində iri-həcmli çatlar əmələ gəlmişdir. Ərazidə aparılmış ilkin baxış zamanı müəyyən olunub ki, yağıntılar nəticəsində torpaq qatının sürüşməsi və su axınlarının güclü təzyiqi avtomobil yolunun stabilliyinə və davamlılığına mənfi təsir göstərib.
Nəticədə, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, sürücülər və sərnişinlər üçün ciddi narahatlıq meydana çıxıb. Ərazidə hazırda müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, hərəkətin qismən məhdudlaşdırıldığı bildirilib.
Hadisə ilə bağlı məsul strukturlar - 19 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin peşəkar işçi heyəti dərhal əraziyə cəlb olunub. Onlar fəlakət zonasına operativ müdaxilə edərək təmir-bərpa işlərinə başlayıblar. Əsas hədəf yolun qısa müddətdə bərpası və nəqliyyatın təhlükəsiz hərəkətinin bərpa edilməsidir.
Aidiyyəti qurumlar və mütəxəssislər hava şəraitinin dəyişkənliyi fonunda əhalini diqqətli olmağa və zərurət olmadıqca bu istiqamətdə hərəkət etməməyə çağırırlar.
Yol-xeber.az xəbər verir ki,” hadisə ilə bağlı müvafiq monitorinqlər davam etdirilir və zəruri təmir tədbirlərinin yaxın günlərdə tam həcmdə həyata keçiriləcəyi planlaşdırılır.
Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat ayrılacağı məlum olub. Bildirilir ki, bu, 2025-ci illə müqayisədə 3,8 faiz çoxdur. Digər tərəfdən, səhiyyəmizin problemli və tənqidlərə ən çox məruz qalan sahə olduğu vurğulanır.
Səhiyyə sisteminə ayrılan dövlət vəsaitləri bu sahədə niyə ciddi dönüş yaratmır?
globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, səhiyyə xərclərinin artması müsbət tendensiyadır.
"Bu gün Azərbaycanda yeni kadrlar, Avropa və Türkiyədə təhsil alan həkimlər var. Lakin vəziyyət kəskin dəyişmir. Əvvəla, adambaşına ayrılan vəsait digər ölkələrlə müqayisədə elə də yüksək deyil. Əksər dövlətlərdə səhiyyə xərcləri az qala dövlət büdcəsinin üçdə iki hissəsini təşkil edir. Məsələn, ABŞ-da bu, federal büdcədən çoxdur. Bizdə səhiyyə xərclərini optimal etmək üçün bütün xəstəxanaları bu sistemə cəlb etmək lazımdır. Daha keyfiyyətli və effektiv müayinə metodlarından istifadə edilməli, əhalinin bu metodlara əlçatanlığı təmin olunmalıdır. Eyni zamanda görüş və növbəli sistem düzgün qurulmalıdır".
Professor bildirib ki, icbari tibbi sığortanın fəaliyyəti hələ ki həkimlərin fədakarlığı hesabına olur:
"Hazırda maaş qeyri-mütənasibdir. Bəzi həkimlərin qazancı müxtəlif reklamlar, müəyyən yollar sayəsində yüksəkdir. Amma icbari tibbi sığorta ilə çalışan həkimlərin əməkhaqqısı qənaətbəxş deyil. Mütəxəssisləri bu işə cəlb etdikdən sonra maaş sisteminin optimal bölüşdürülməsi çox vacibdir. Bunlar edilsə, əlbəttə, yavaş-yavaş Qərb təbabətinə yaxınlaşacağıq. Başqa alternativ yoxdur".