![]() |
|
ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Yol-xeber.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Qeyd olunub ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
“Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.
İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil etmişdir. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
1-ci sinfə qəbulda yenilik tətbiq ediləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir.
Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər" - məlumatda deyilir.
Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 01 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.
Yol-xeber.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
F. Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes təşkili və idarə edilməsi ixtisası” üzrə magistr təhsili alıb.
2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.
ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib.
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Trend-in əldə etdiyi məlumata görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaq.
Məlumata əsasən, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillər satın alınacaq.
Belə ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.
Agentlik sözügedən işlərin 844,5 min manata başa gələcəyini ehtimal edir.
Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva anası Zərifə Əliyevanın anım günü münasibətilə paylaşım edib.
“S.Əliyeva sosial şəbəkə hesabında valideyninin fotosunu paylaşıb.
“Bu gün mənim üçün ən ağır gündür. Anamın 40 ildir yanımda olmadığına inanmaq mənim üçün çox çətindir”, - deyə Sevil Əliyeva yazıb.
Qeyd edək ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə "Azərbaycan Dəmir Yolları" QSC (ADY ) bəzi sahələrdə qatarların sürət həddini endirib.
ADY-dən Yol-xeber.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - ADY-nin məlumatında qeyd olunur.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.