Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması üçün fasiləsiz xidmət aparılır.
“Yol-xeber.az” xəbər verir ki,  Sizə rahat və təhlükəsiz səfərlər diləyirik!
Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”


“Azərbaycan və gürcü xalqları əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar və bu, indi də belədir. O cümlədən, dövlətlərarası münasibətlər yüksək səviyyədə qurulub. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, bu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir. “Bu baxımdan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev vurğulayıb ki, Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün vacib önəm daşıyır. Məlumdur ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir. Bu da o deməkdir ki, Azərbaycan-Gürcüstan əlaqələri bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edən amildir.”

K.Qafarov Azərbaycan və Gürcüstan Prezidentlərinin mətbuata bəyanatla etdikləri çıxışlarında mühüm məqamların əks olunduğunu vurğulayaraq deyib: “Qeyd etmək lazımdır ki, iki qonşu ölkə arasında möhkəm və etibarlı tərəfdaşlıq əlaqələrinin formalaşması üçün, ilk növbədə, bu ölkələr arasında heç bir qarşılıqlı ərazi iddiaları olmamalıdır. Gürcüstanın Prezidenti mətbuata verdiyi bəyanatında xüsusi qeyd etdi ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. O cümlədən, cənab Prezident İlham Əliyev də Azərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini hər zaman öz çıxışlarında qeyd edib. Aprelin 16-da mətbuata bəyanatında isə dövlətimizin başçısı bir daha vurğuladı ki, bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Qeyd olundu ki, hazırda nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinerji yaradıb və bu marşrut Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri bundan sonra da həm ölkələrimizin inkişafına və xalqlarımızın rifah yüksəlişinə, həm də Avropanın enerji təhlükəsizliyinə misilsiz töhfələr verəcəkdir” .
“Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

“ADY-nin sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər”.

Bu haqda “Yol-xeber.az”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək:

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.

"Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı

Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

din-elave-polis-naryadlari-celb-edib

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.

Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

 

 


 
qatarlarin-hereketi-berpa-olundu

Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. 

Buna səbəb güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi halların qeydə alınmasıdır.

Qeyd olunub ki, ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.

***

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.

Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.

Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.

Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik" - məlumatda deyilir.

operativ-tedbirler-gorulur

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.

“Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün polis gücləndirilmiş rejimdə paytaxt və bölgələrdə xidmətini davam etdirir: “Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir”.

 

 
 
yagisli-bakinin-yollarinda-sixliq-var

Bakının bir sıra yollarında yağış səbəbi ilə nəqliyyat sıxlığı yaranıb.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 2. “20 Yanvar” dairəsində;

 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 6. Babək prospekti, mərkəz istiqamətində;

 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

 

 



 
dovlet-orqanlari-herekete-kecdi

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

“Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunanlarla bağlı Nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

 

 



 

Xəbər lenti