komanda-reisi-de-ola-bilecekler

Komanda rəisi təyin olunan hərbi qulluqçuların siyahısı genişləndirilir.

“Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, alay (briqada) komandirinin müavinindən başlayaraq, aşağı vəzifəli zabitlər rəis sifəti ilə bölmələr, yaxud komandalarla birlikdə ezamiyyətdə olduqları vaxt, həmçinin hissə komandirinin əmri ilə öz hissələrinin yerləşdiyi ərazidən kənarda müstəqil məsələ həll edərkən, tutduqları vəzifədən bir pillə yuxarı müvafiq vəzifənin intizam səlahiyyətindən istifadə edirlər.

Yuxarıda adları çəkilən hallar üçün komanda rəisləri təyin edilmiş hərbi qulluqçuların siyahısına kursantlar da əlavə edilib.

Bununla yanaşı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına bu Nizamnamənin 22-ci maddəsində (“v”, “e”, “ə” və “i” bəndləri istisna olmaqla) nəzərdə tutulan həvəsləndirmələr tətbiq ediləcək.

Qeyd edək ki, 22-ci maddəyə əsasən, əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:

a) təşəkkür elan etmək;

b) əvvəl verilmiş intizam cəzasını götürmək;

v) müddətli xidmət əsgərləri, matrosları və çavuşlarını hissə komandirinin müəyyən etdiyi gündə və saatda bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq;

q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;

ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;

d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;

e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək;

ə) müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək;

c) əlaçı döş nişanı ilə mükafatlandırmaq;

z) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq;

i) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli məzuniyyət vermək.

Həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 22-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər.

Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Qeyd olunanlara əsasən layihənin müxtəlif maddələrində müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiq edilməsi nəzərdə tutulur. Buna görə də layihənin müxtəlif maddələrində nəzərdə tutulmuş “əsgər” ifadəsindən sonra “kursant” ifadəsinin əlavə edilməsi təklif edilir.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti