![]() |
|
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“Ölkə rəhbərliyinin Ağdamın ilk sakinləri ilə görüşündən fotoları təqdim edirik:
Naxçıvan Muxtar Respblikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədi ilə növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb.
Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.
Monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən “Dan Yeri Kafe”;
- Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrəngahında fəaliyyət göstərən “Tac Dönər”;
- Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən “Qızılay” restoranı;
- Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Sizin Kafe” ;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Babayev Nizami Abbas oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi fəaliyyət göstərən Kərimov Əhməd Məhəddin oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Abbasov İlqar Tağı oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Xəlilov Məmməd Əli oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən “Tac Dönər”;
- Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən “Real Dönər”;
- Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Vəliyev Xəyal Əbülfət oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən “Nənəmin Təndiri Dönər”;
- Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Ailə Dönər”.
Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş bişmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 16 ədəd alkoqolsuz qazlı içki yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilib, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.
Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək.
Bu barədə MÜTDA məlumat yayıb.
Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.
Bu dəyişikliklər tədris prosesindəki tətillərin və bayram günlərinin nəzərə alınması məqsədilə həyata keçirilib.
Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir.
Dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət ünvanlayıb.
Müraciətdə Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşların avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park etdikləri qeyd olunur.
Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
Qeyd olunanlarla bağlı FHN yarana biləcək mümkün təhlükələri nəzərə alaraq bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Polis orqanlarına ünvanlamaq istədiyiniz elektron müraciətləri artıq vahid platforma olan “E-Polis” mobil tətbiqi vasitəsilə göndərə bilərsiniz.
“Qafqazinfo” xəbər verir ki, bunun üçün proqrama daxil olub “Elektron müraciət” xidmətinə keçid etmək lazımdır.
Açılan pəncərədə “Müraciət et” düyməsinə kliklədikdən sonra əlaqə məlumatlarınızla tanış olursuz. Məlumatlar düzgün olduğu təqdirdə isə “Davam et” düyməsini sıxaraq növbəti mərhələyə keçirsiz. Bu zaman qarşınıza çıxan qaydalarla tanış olub “Davam et” düyməsini klikləyirsiz.
Sonra gələn “Ümumi məlumatlar” hissəsində müraciət edən şəxs kateqoriyasını, “Hara ünvanlanır”, “Müraciətin növü”nü seçirsiniz. Əgər şikayət edəcəksinizsə, şikayət etdiyiniz şəxsin daxili işlər orqanının əməkdaşı və ya digər şəxs olduğunu qeyd edirsiz. Ardınca müraciətin mövzusunu və hadisə yerini yazırsız. Növbəti düyməsini sıxaraq “cavabdeh barədə məlumatlar” hissəsində şikayət etdiyiniz şəxs haqda bildiyiniz məlumatları da daxil edib yenə növbəti düyməsini sıxırsız. Mətni, şəkil və ya sənəd varsa onları da əlavə edərək müraciəti təsdiqləyirsiniz. Beləliklə prosedur tamamlanır və bir neçə dəqiqə ərzində müraciətinizi elektron qaydada polis orqanına göndərməklə məmnunluğunuz təmin olunur.
Növbəti aydan etibarən ''Sovetski'' adlanan ərazidə söküntünün 4-cü mərhələsinin başlanacağı ehtimal edilir.
Xəzər TV məlumat verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Bakıda söküntü işləri əsasən iki formada aparılır. Bunlardan biri torpaqların dövlət ehtiyacları üçün alınması, digəri isə özəl sektor tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeniləri ilə əvəzlənməsidir.
Ekspertin sözlərinə görə, qaydalara əsasən, vətəndaşlara evləri söküldükdən sonra yeni tikilən binada mənzillərlə təmin olunana qədər kirayə pulları və köç xərcləri tikinti şirkəti tərəfindən ödənilməlidir. O həmçinin əlavə edib ki, baş verəcək söküntü işləri bazara təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, söküntü işləri çərçivəsində tarixi-memarlıq abidələrinə toxunulmayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Martın 22-si saat 09:00-a olan faktiki hava məlumatı yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Belə ki, düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 29, Şəkidə 7, Oğuzda 6, Lerik və Qəbələdə 5, Cəlilabadda 4, Balakəndə 3, Göygöl, İmişli, Biləsuvar, Kürdəmir, Zərdab və Göyçayda 2, Zaqatala, Sabirabad, Cəfərxan, Neftçala, Beyləqan, Tərtər, Naftalan, Mingəçevir, Yevlax, Qobustan, Quba, Qusar, Xaltan, Sədərək, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdamda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Şahdağ və Qrızda 1 sm təşkil edir.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Qobustan, Göyçay, Şamaxı, Qusar, Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Naxçıvan MR-da 6, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta qeydə alınıb.
Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri tapılıb.
Xidmət vaxtı həlak olan hərbçilərimizə qanunauyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir.
“Qafqazinfo” məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, həyatlarını itirən Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər.
Xidmət rəsmisi qeyd edib ki, həlak olan hərbi qulluqçular - Əli İmanov və Ruslan Həmidova xidmət vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.