![]() |
|
Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin cümə imamı Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab verib.
“Azad İran” Teleqram kanalı xəbər verir ki, Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.
Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.
Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
Xatırladaq ki, Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycan və Türkiyə liderlərinin ünvanına hədyanlar səsləndirilmişdi. /Axar.az
Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq.
Zati-aliləri, bu ağır faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan ölənlərə rəhmət, yaralananların tez zamanda sağalmalarını diləyirik.
Zati-aliləri, Sizə olan böyük hörmət və ehtiramımı qəbul edin”.
ABŞ, Avropa Birliyi, Fransa və İran tərəfindən ciddi şəkildə himayə olunan Ermənistanın xarici dəstək qaynaqları tədricən qapanmaq üzrədir, belə vəziyyətdə Zəngəzur dəhlizinin açılması prosesində rəsmi İrəvanın mövqeyi heç kimi maraqlandırmaz... Tramp administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda strateji regional tərəfdaş olaraq, Ermənistana deyil, məhz Azərbaycana üstünlük verə biləcəyi qətiyyən istisna deyil, bu haldasa, rəsmi İrəvan Türk İttifaqının bütün şərtlərini qəbul etməyə məcbur olacaq...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazı yeni inkişaf mərhələsinə keçirə biləcək önəmli geoiqtisadi layihənin icrasına artıq prinsipial qərar verib. Azərbaycan həmin prinsipial və qətiyyətli qərarın müəllifidir. Ermənistan isə həmin qərarın məcburi icraçısı olmağa məcburdur. Cənubi Qafqazda geopolitik və geoiqtisadi maraqları olan dünya dövlətləri isə rəsmi Bakının müəllifi olduğu yeni regional layihənin ən yaxşı halda, iştirakçısı olmaq üçün bir-biriylə rəqabət aparmalı olacaqlar. Və bu, Azərbaycanın regionda şəriksiz geopolitik iradə mərkəzi olduğunu növbəti dəfə birmənalı şəkildə təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının reallaşdırmaqda qərarlı olduğu geoiqtisadi layihənin açıq mesajı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən artıq bütün dünyaya çatdırılıb. Belə ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının vacibliyini və bu nəqliyyat-kommunikasiya xəttinin istənilən halda, mütləq açılacağını bildirib. Azərbaycan lideri onu da vurğulayıb ki, qarşı tərəf, yəni, Ermənistan bunu anlasa, daha yaxşı olar: “Çünki indiki situasiya qəbuledilməzdir”.
Prezident İlham Əliyev bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan isə Naxçıvan istiqamətində dolayısı marşrutlardan istifadə etmək niyyətində deyil. Üstəlik, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmada Zəngəzur dəhlizi ilə bağlı ayrıca bənd mövcuddur və rəsmi İrəvan hələ də öz üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışır. Ona görə də, Azərbaycan lideri Ermənistan tərəfinə mövcud vəziyyəti mütləq nəzərə almağı məsləhət görüb.
Digər tərəfdən, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı da verib. Azərbaycan lideri eyham vurub ki, Ermənistan rəsmi Bakını bu məsələ ilə bağlı qıcıqlandırmasa, daha yaxşı olar. Çünki rəsmi İrəvan anlamalıdır ki, Azərbaycana Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Bu, o deməkdir ki, rəsmi Bakının Zəngəzur dəhlizinin açılmasına törədilən əngəllərlə bağlı səbri artıq tükənmək üzrədir. Və Azərbaycan hər an daha radikal reaksiya ilə Ermənistanı öz öhdəliklərini icra etməyə məcbur buraxmaq qərarı da verə bilər.
Belə anlaşılır ki, Ermənistana verilmiş vaxt böyük sürətlə sona çatmağa başlayıb. Ona görə də, indi zamanın Ermənistan əleyhinə işlədiyi qətiyyən şübhə doğurmur. Rəsmi İrəvan Azərbaycanın səbri tükəndiyi təqdirdə, Ermənistanın hansı ağır nəticələrlə üzləşdiyini artıq bir neçə dəfə sınaqdan keçirib. Rəsmi Bakının sərt və prinsipial mövqeyi onu göstərir ki, Azərbaycanın növbəti dəfə radikal metodlarla hərəkətə gəlməsi Ermənistana əvvəlkilərdən daha baha başa gələ bilər. Və indi Paşinyan hakimiyyəti Ermənistanı ən arzuolunmaz hərbi-siyasi situasiyadan yayındırmaq üçün birmənalı şəkildə praqmatik davranmaq məcburiyyətindədir.
Paşinyan hakimiyyəti onu da nəzərə almalıdır ki, hazırda qlobal proseslər də Ermənistanın əleyhinə yönəlməyə başlayıb. Belə ki, Ermənistanın beynəlxalq himayədarları olduqca ciddi qlobal problemlərlə üzləşməkdədir. Məsələn, Ermənistana xüsusi dəstək verən ölkələrin sırasında yer alan Kanadada siyasi böhran yaşanır, hakimiyyət dəyişikliyi prosesinə də start verilib. Eyni zamanda, Ağ Evin yeni sahibi Donald Tramp Kanadanı ABŞ-ın tərkibinə qatmaqla hədələyir. Və belə vəziyyətdə Kanadanın Ermənistanı deyil, məhz özünü qorumaq barədə düşünməkdən başqa çarəsi yoxdur.
Digər tərəfdən, Ermənistanın əsas beynəlxalq himayədarı və silah-sursat tədarükçüsü Fransa da ölkədaxili siyasi-iqtisadi böhranla mübarizə aparır. Makron hakimiyyətinə qarşı daxili etiraz dalğası güclənməkdə davam edir. Ermənistanı hər imkanda himayə edən prezident Emmanuel Makronun öz səlahiyyət müddətini sona çatdıra biləcəyi də artıq ciddi şübhələr doğurmağa başlayıb. Fransanın Afrika qitəsindən qovulması, rəsmi Parisin beynəlxalq nüfuzunun aşağı düşməsi də Ermənistanı bu dövlətin dəstəyindən məhrum buraxa biləcək faktordur.
Ermənistanı himayə etməklə diqqəti çəkən Rusiya və İranın isə Suriyada məğlub olduqdan sonra Cənubi Qafqaza da təsir imkanları məhdudlaşmağa başlayıb. Kreml indi daha çox zəifləmiş Rusiyanı Ukraynada düşdüyü “savaş bataqlığı”ndan çıxartmağın yollarını axtarır. İran isə bundan sonra Azərbaycanın geopolitik maraqlarına daha ehtiyatlı və həssas yanaşmaq məcburiyyətindədir. Və İranın bundan sonra Zəngəzur dəhlizinin açılması prosesinə əvvəlki kimi sərt müqavimət göstərə biləcəyi artıq o qədər də inandırıcı görünmür.
Nəhayət, ABŞ-da hakimiyyətin dəyişməsi də Ermənistan üçün geopolitik problem vəd edir. Belə ki, ermənipərəst Bayden administrasiyası Ermənistanı hərtərəfli himayə etməklə yanaşı, Azərbaycana da təzyiq göstərməyə çalışırdı. Ancaq Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində Ermənistanın arxa plana itələnə biləcəyi qətiyyən istisna deyil.
Çünki Tramp administrasiyası İrana qarşı radikal mövqe tutmaq niyyətini gizlətmir və ABŞ-ın Cənubi Qafqazda Azərbaycana ehtiyac duyacağı artıq indidən nəzərə çarpır. Bu baxımdan, Tramp administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda strateji regional tərəfdaş olaraq, Ermənistana deyil, məhz Azərbaycana üstünlük verə biləcəyi qətiyyən istisna deyil.
Göründüyü son vaxtlara qədər ABŞ, Avropa Birliyi, Fransa və İran tərəfindən ciddi şəkildə himayə olunan Ermənistanın xarici dəstək qaynaqları tədricən qapanmağa başlayıb. Belə vəziyyətdə Zəngəzur dəhlizinin açılmasında ortaq maraqları olan Azərbaycan və Türkiyənin Ermənistanın mövqeyinə əhəmiyyət verəcəyinə inanmaq çətindir. Böyük ehtimalla rəsmi İrəvana güclü təzyiq göstəriləcək və Ermənistan üçtərəfli anlaşmada Zəngəzur dəhlzinin açılmasına yönəlik üzərinə götürdüyü öhdəliyin icrasına məcbur buraxılacaq. Və Prezident İlham Əliyevin son xəbərdarlıq mesajından təlaşa düşən rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının sərt təzyiqləri ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı bütün şərtləri yerinə yetirmək məcburiyyətində qalacaq.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.
Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Əli Əkbər Əhmədianın Azərbaycana səfərinin əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.
Əli Əkbər Əhmədian İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş edib.
Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.
O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini deyib.
Görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev xalqların çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir.
İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan olub.
Regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub, Azərbaycanda bu istiqamətdə böyük həcmli yüklərin olduğu bildirilib.
Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
Azərbaycanla İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub.
Azərbaycan, Rusiya və İran arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsinə toxunulub, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
Söhbət zamanı ölkələr arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.
İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir:
“Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Prezident İlham Əliyevə başsağlığı göndərib.
Başsağlığında deyilir:
“Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.
Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. IRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.//APA
Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır", - deyə dövlət başçısı vurğulayıb.
“Əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi yenə də bizim günahımız ucbatından olmayıb. Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik”.
“Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində İranla münasibətlərdən danışarkən deyib.
“Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi.
Ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı. Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir.
Ondan sonra İran tərəfindən məsələnin tənzimlənməsi və sair xəbərlər gəldi” - dövlət başçısı bildirib.
Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir.
Bu fikri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da fəxr edə bilərik ölkəmizlə, ilk növbədə, xalqımızla”, - deyə dövlət başçısı vurğulayıb.