Baş nazir qərar imzaladı

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla yasaqlığın sanitariya-mühafizə zonası 289,5 hektarlıq sahədə təsdiq edilib.

Zəngəzur dəhlizində SENSASİON təxribat planları

Bəzi güclər regional münaqişə yaratmaq üçün cəhdlər edir; Azərbaycan Zəngəzur dəhlizinin hərbi deyil, siyasi-diplomatik həllində maraqlıdır

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistanda bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır” deməsi Rusiya mediasında da ciddi müzakirə mövzusu olub. Rusiya mediasında bu barədə yazılarda Ermənistanı Azərbaycanla qorxutmaq cəhdləri daha qabarıq nəzərə çarpır.

Xüsusilə Ermənistanın Avropa Birliyinə üzvlük qərarından sonra İrəvanı qorxutmaq cəhdləri artıb. Şərqşünas, publisist, “Şərq qapısı” Telegram kanalının müəllifi Andrey Ontikov isə “İzvestiya”ya diqqəti Tehranın Zəngəzurla bağlı mövqeyinə yönəldib. Ekspert bu kontekstdə Prezident İlham Əliyevin məlum müsahibəsində əminliklə Zəngəzur dəhlizinin açılacağı fikrinə diqqət çəkib. “İrəvan Tehranın əsas tərəfdaşıdır, Qafqazda mühüm dayağıdır. Əgər Azərbaycan İrəvana qarşı yeni hərbi əməliyyata başlasa, Zəngəzur dəhlizini bağlasa və bununla da Ermənistanı İranla birbaşa quru əlaqəsindən məhrum etsə, bu, bütövlükdə İslam Respublikasının və indiki halda onun regiondakı mövqelərinə növbəti güclü zərbə olar”, - deyə ekspert bildirib. 

Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edən və bu dəhlizin açılmasına qarşı çıxan İranın Suriya devrimində yaşadığı şok Tehranın mövqeyində hər hansı ciddi dəyişiklik etməyib. 

“Hadisələrin gedişatını nəzərə alsaq, 90 faizlik ehtimalla Azərbaycanın Ermənistana qarşı müharibə aparacağını gözləmək lazımdır. Bu, zaman məsələsidir”. Bu iddia ilə isə İran parlamentinin keçmiş deputatı Robert Beqlaryan çıxış edib. O deyib ki, hazırda dünya ictimaiyyəti Ermənistanın taleyi ilə o qədər də maraqlanmır. Onun sözlərinə görə, İran və Ermənistan bir-birinə qarşı siyasətlərini aydınlaşdırmalıdırlar. “İrəvanın ciddi narahatlığını başa düşmək olar. O cümlədən İrana qarşı sanksiyalar, Yaxın Şərqdə İrana vurulan zərbə, əlavə fəsadlar yaradacaq. Lakin sakit oturub vəziyyətin öz-özünə həll olunacağına ümid etmək olmaz”. Beqlaryan onu da bildirib ki, Zəngəzur dəhlizi məsələsində çoxlu oyunçu və benefisiarları var. “İran da bu danışıqlarda tərəf olmaq istəyir. Amma kənarlaşdırma o deməkdir ki, bundan sonra Tehran faktla üzləşməli olacaq”.

Göründüyü ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə sərbəst əlaqəsini təmin etməsinə maneə yaradan qüvvələr yenidən fəallaşıb. 2020-ci ilin 10 noyabr bəyannaməsinin sonuncu bəndinin icrası artıq beşinci ildir ki, Ermənistanın günahı ucbatından reallaşmır. Belə olduğu halda cürbəcür təxribatçı informasiyalar dövriyyəyə buraxılır. “Vzqlyad” nəşri “Bakının öz kiçik Kanadası var (yaranıb)” başlıqlı təhlil yazısında iddia edib ki, Azərbaycan regionda və dünyada “ümumi çaşqınlıq şəraitində” Zəngəzuru əldə edə bilər. “Azərbaycanın son illərdə əldə etdiyi hərbi uğurları və Ermənistanın milli müdafiə sahəsində aşkar uğursuzluğu fonunda bu cür yanaşma olduqca təsiredici görünür”, - deyə məqalədə bildirilir. Beləliklə, bəzi güclər Zəngəzur dəhlizindən regional münaqişə yaratmaq üçün cəhdlər edirlər. Azərbaycan isə Zəngəzur dəhlizinin hərbi deyil, siyasi-diplomatik həllində maraqlıdır. Ölkəmizdəki ekspertlərin isə məsələyə fərqli yanaşmaları var.

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında iddiaların əssassızlığını konkret arqumentlərlə əsaslandırdı: “Prezident İlham Əliyev ilk dəfə deyil ki, bu fikirləri səsləndirir. Yəni o, Zəngəzur dəhlizinin açılacağı barədə əvvəllər də dəfələrlə fikir bildirib. Bu baxımdan Rusiya mediasının yazdığının ciddi əsası yoxdur. Azərbaycan bu məsələdə milli maraqlarından çıxış edir. Beynəlxalq praktikada bir dövlət öz anklav ərazisinə, yaxud bir neçə hissədən olan ərazilərinə nəqliyyat keçidini təmin etmək üçün başqa dövlətin ərazisindən istifadə edir. Bu halda dövlətin yükləri, sərnişinlər və nəqliyyat vasitələri yoxlanılmadan keçir və yolun sahibinə, yaxud istismar edən operatora yol haqqı ödəyir. Əvvəl-axır bu dəhliz mütləq açılmalıdır. Əlbəttə, sülh danışıqlarının nəticəsi olarsa və silah müqaviləsi bağlanarsa, o zaman bu nəqliyyat dəhlizinin açılmasından Ermənistan kifayət qədər bəhrələnəcək. Əgər Ermənistanın "başı öz əlində olsaydı", o zaman bəlkə də məsələ artıq həllini tapmışdı". O ki qaldı Ermənistan-Avropa İttifaqı əməkdaşlığına, S.Məmmədov qeyd etdi ki, şəxsən o, bu məsələnin perspektivinə inanmır: “Yəni Ermənistanın yaxın illərdə Avropa İttifaqına üzv olması mümkün olmayacaq. Hansısa viza asanlaşdırması və ya vizasız gediş-gəliş mümkün ola bilər. Daha hansısa inteqrasiya prosesləri baş verə bilər. Amma bu prosesin dərinləşməsinə mane olan çoxsaylı amillər var. Avropa İttifaqında vahid sərhəd, o cümlədən vahid gömrük sərhədi mövcuddur və bu üzvlük üçün vacib olan şərtdir. Ermənistanın isə heç yunan Kipri kimi su sərhədi bağlantısı da mövcud deyil. Gürcüstanın Avropa İttifaqına üzv olması bir qədər də dumanlı göründüyü üçün gələcəkdə vahid sərhədin olması mümkünsüz görünür. Məncə, bunu Avropa İttifaqında da, elə Ermənistanın özündə də yaxşı bilirlər. Sadəcə,  indi bir-birindən bəhrələnirlər”.

S.Məmmədov qeyd etdi ki, Azərbaycan məsələləri diplomatik və danışıqlar yolu ilə həll etmək istəyir: "Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan səylərini davam etdirir. Ermənistan isə hər vəchlə prosesi uzadır və paralel olaraq silahlanır, Azərbaycana qarşı informasiya və beynəlxalq hüquq müstəvisində davanı davam etdirir”. 

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılması perspektivini anlayır: “Geosiyasi proseslər məhz bu dəhlizin açılmasını ehtiva edir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvana çox ciddi mesajlar verdi. Bundan sonra Ermənistan tərəfi Zəngəzur dəhlizinə yalnız Ermənistanın nəzarət edəcəyi bəyanatını verdi. Göründüyü kimi, rəsmi İrəvan da dəhlizin açılmasını qəbul etmək məcburiyyətindədir. Rusiya tərəfi dəhlizə nəzarət etməyə çalışır. Bunun üçün 10 noyabr birgə bəyannaməsini gündəmə gətirir. Rusiya da görür ki, Ermənistan prinsipcə, dəhlizin açılmasına razıdır. Amma dəhlizə nəzarəti Rusiyaya vermək istəmir. Rusiya Ermənistanı Azərbaycanla təhdid etməyinə gəldikdə, ümumiyyətlə, rəsmi Bakının dəhlizlə bağlı mövqeyi aydındır və bu, yalnız danışıqlarla açılacaq”. 

M.Əsədullazadə də əminliklə bildirdi ki, Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur: “Rusiya və İran bu tezisləri ortaya atmaqla regionda etimadsızlıq yaratmaq və sülhə mane olmaq istəyirlər. Həmçinin niyyət dəhlizin açılmasının qarşısını almaqdır. Amma bu, mümkün olmayacaq. Regional şərtlər dəyişib və Türkiyə də prosesdə aktivdir. Məhz Ankara dəhlizin açılması ilə bağlı Ermənistana ciddi mesajlar verib. Bundan sonra iki ölkə arasında sərhədlər açıla bilər. İran tərəfi dəhlizlə bağlı Türkiyə ilə danışıqlar aparır. Tehranın Yaxın Şərq siyasəti iflas olduğu üçün Cənubi Qafqaz siyasəti də eyni aqibətlə üzləşib. Tehran bilir ki, prosesdə Türkiyə varsa, dəhliz açılacaq”.

Ekspert qeyd etdi ki, İran prezidentinin Moskvaya səfərində Vladimir Putinlə Zəngəzur dəhlizinin açılması perspektivləri əsas müzakirə predmeti ola bilər: “Tehran və Moskva Cənubi Qafqazda dəhlizlə bağlı ortaq mövqedən çıxış edəcək. Əgər Ermənistan nəzarəti Moskvaya vermirsə, Moskva onun açılmasına qarşı olacaq. Bu istiqamətdə Tehran Moskvadan dəstək almağa çalışacaq. Ermənistan da məhz Rusiya və İranla münasibətləri gərgin olduqdan sonra Zəngəzur dəhlizini açmaqla tam şəkildə blokadadan çıxmağa çalışacaq”.

XİN sözçüsü ABŞ səfirliyinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.

Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.

Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – o qeyd edib.

Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT YAYDI

Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radio kanalında Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu verilişi ilə bağlı bəyanat yayıb.

İcmadan verilən məlumata görə, bəyanat mətnində deyilir ki, Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb.

"Materialın əsas süjeti bədnam azərbaycanafob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilib. Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, eyni şəkildə, 1987-91-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir:

"Kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir”, - bənayatda vurğulanıb.

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınadığını və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırıb".

Prezident Əbu-Dabidə açılış mərasimində - Foto

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yanvarın 14-də Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

 Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.

Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.

Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.


***
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq

Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.

Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini 5 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Bakı Qafqaz masasını təkbaşına idarə edir: ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir

Azərbaycan ABŞ, Avropa Birliyi və Fransanın Qafqaz sülh masasına təkrar müdaxiləsini qətiyyən istəmir, ona görə də, bu barədə təklifləri dərhal bloklayır... Eyni zamanda, rəsmi Bakı Rusiyanın vasitəçilik cəhdlərini də dəstəkləmir, əksinə, Kremlin bu prosesdən mümkün qədər uzaq tutulmasına çalışır...

"Yeni Müsavat xəbər verir ki, Cənubi Qafqaza yönəlik kobud müdaxilə cəhdlərinin artmaqda olduğu müşahidə edilir. Belə ki, bu regionda geopolitik maraqları olan kənar siyasi iradə mərkəzləri Cənubi Qafqazın gələcək inkişaf perspektivlərindən pay qoparmağa can atırlar. Ona görə də, nəyin bahasına olursa-olsun, Cənubi Qafqaza yerləşmək üçün “keçid pəncərəsi” axtarırlar. Və bu baxımdan, regional sabitliyin pozulmasına yönəlik məkrli oyunlar da əslində, qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşından sonra Cənubi Qafqazda tamamilə yeni situasiya yaranıb. Hər halda, Azərbaycan ordusunun Ermənistan üzərindəki tarixi hərbi zəfəri bu regionda geopolitik şərtləri ciddi şəkildə dəyişdirib. İndi Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Ona görə də, bu regionda Qərbin “erməni layihəsi” daha aktual deyil. Üstəlik, ABŞ və Qərbin Cənubi Qafqaza əsas müdaxilə mexanizmi olan ATƏT-in Minsk Qrupu da artıq fəaliyyətini de-fakto dayandırıb. Və bu, Cənubi Qafqaza can atan Qərb siyasi dairələri yeni regional müdaxilə mexanizmləri axtarmaq məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı bu quruma artıq çoxdan müraciət edib. Ermənistan isə hələ də artıq de-fakto mövcud olmayan bu siyasi manipulyasiya mexanizminin bərpasına ümid bəsləyir. Halbuki, rəsmi Bakı yekun sülh sazişinin imzalanmasından öncə Ermənistanın da Minsk Qrupunun ləğv olunması ilə bağlı ATƏT-ə müraciət göndərməsini tələb edir. Son vaxtlar Azərbaycanın sərt təzyiqləri qarşısında duruş gətirməkdə çətinlik çəkən rəsmi İrəvan bu məsələ ilə bağlı mövcud imkanları araşdırmağa başladığını vurğulayıb. Və bu, o deməkdir ki, Ermənistan da əvvəl-axır Minsk Qrupunun de-yure ləğvi üçün ATƏT-ə müraciət etmək məcburiyyətində qalacaq.

Deməli, ABŞ və Qərb üçün indi Cənubi Qafqazda geopolitik yerləşmə mexanizmi olaraq, tamamilə fərqli faktorların dövriyyəyə çıxarılması qaçılmaz olacaq. Halbuki, Qərbdə hələlik bu problemin optimal həlli yollarını tapmaqda çətinlik çəkirlər. Çünki Ermənistanın “geopolitik müstəmləkə”yə çevilməsi ABŞ və Qərbə Cənubi Qafqazda genişmiqyaslı manevr imkanları açmır. Və bu səbəbdən də, daha effektiv manevr faktorlarına ehtiyac duyulur.

Maraqlıdr ki, ABŞ və Qərb hazırda yenə də köhnəlmiş metodlarla hədəfə can atma cəhdləri göstərməklə, diqqəti çəkir. Belə ki, Qərbin Cənubi Qafqazda geopolitik istinad nöqtələri tapmaq üçün reallaşdırmağa çalışdığı plan çox sadədir. Yəni, növbəti dəfə bu regionda genişmiqyaslı savaş törətməyə cəhd göstərirlər. Buna nail olacaqları təqdirdəsə, sülh danışıqları üçün mütləq beynəlxalq vasitəçilik mexanizmini yaratmağa üstünlük verəcəklər. Və bununla da, Cənubi Qafqaz ölkələrinə həm təzyiq, həm də təsir imkanları qazanmış olacaqlar.

Ancaq hələlik bu məkrli planlar boşa çıxmaqdadır. Çünki Ermənistan Qərb tərəfindən nə qədər sürətlə silahlandırılsa da, Azərbaycanla növbəti hərbi qarşıdurmaya tab gətirmək şansından çox-çox uzaqdır. Bunu həm Ermənistanda, həm də Qərbdə tam dəqiqliyi ilə anlayırlar. Ona görə də, Qərbin təlqinlərinə baxmayaraq, Ermənistan Azərbaycanla yeni genişmiqyaslı silahlı toqquşmalara cəsarət etmir. Və savaş hazırlığı çərçivəsində ara-sıra atəşkəsi pozsa da, mümkün qədər özünün sığortalamağa da çalışır.

Təbii ki, belə situasiyada ABŞ və Qərbin Cənubi Qafqazda yeni savaş törədib, regional prosesləri nəzarət altına salmaq planları hələlik ləngimiş olur. Halbuki, Qərb siyasi dairələri üçün bu region uğrunda mübarizədə uduşlu mövqelər qazanmaq baxımından, sürətli nəticələr olduqca vacibdir. Ona görə də, Azərbaycan və Ermənistan arasında hələ də davam edən sülh danışıqlarına müdaxilə etmək cəhdlərindən başqa çıxış yolu qalmamış kimi görünür. Və son vaxtlar Qərb siyasi dairələrinin Qafqaz sülh masasına kobud müdaxilə cəhdlərinin intensivləşməsi sə əslində, gözlənilməz deyil.

Məsələ ondadır ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in Malta sammitində Azərbaycan-Ermənistan sülh danışıqlarına müdaxilə cəhdi göstərmişdi. Belə ki, ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi üçün “məcburi vasitəçiliyə” çalışmışdı. Ancaq rəsmi Bakı qətiyyətlə həmin görüşdən imtina etməklə, ABŞ dövlət katibinin planını pozmuşdu. Və rəsmi Bakının ABŞ-ın Qafqaz masasına belə kobud müdaxilə cəhdini cəsarətlə bloklaması Ağ Evdə dərin məyusluq doğurmuşdu.

Ancaq ABŞ və Qərb geri çəkilmək niyyətindən də çox-çox uzaqdır. Belə ki, ABŞ Dövlət Deportamentindən verilən son açıqlamada Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğu vurğulanır. Eyni zamanda, Avropa Birliyi də növbəti dəfə analoji məzmunlu istəyini gündəmə gətirib. Və buna qaralel olaraq, Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışan Rusiya da öz vasitəçilik xidmətini təklif edib.

Göründüyü kimi, həm ABŞ və Qərb, həm də Rusiya böyük israrla Qafqaz masasına can atır və vasitəçiliyə hazır olduğunu vurğulayır. Halbuki, onların vasitəçiliyə hazır olması hazırda elə bir ciddi əhəmiyyət daşımır. Çünki həm ABŞ və Qərbin, həm də Rusiyanın vasitəçiliyi üçün ilk növbədə onların belə bir missiyanı öz üzərlərinə götürmələrinə ehtiyac da olmalıdır. Və hazırda bunu təsdiqləyə biləcək hər hansı geopolitik əlamət isə qətiyyən müşahidə olunmur.

Əksinə, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Fransanın Qafqaz sülh masasına müdaxiləsini qətiyyən istəmir. Eyni zamanda, Azərbaycan Rusiyanın vasitəçilik təklifini dəstəkləmək niyyətindən də çox-çox uzaqdır. Çünki keçmiş bağlı 30 illik təcrübə mövcuddur. Yəni, ABŞ, Avropa Birliyini təmsil edən Fransa və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ermənipərəst mövqedən vasitəçilik ediblər, müxtəlif siyasi manipulyasiyalarla problemin həllini əngəlləyərək, uzadıblar. Üstəlik, elə indi də ABŞ, Avropa Birliyi və Rusiya daha çox ermənipərəst narrativlərə bağlı mövqe tutur. Və bu baxımdan, onlardan ədalətli vasitəçilik gösləmək sadəlövhlük olardı.

Ona görə də, rəsmi Bakı Azərbaycanın maraqları baxımından, yeganə doğru və effektiv variant üzrə hərəkət etməyə üstünlük verir. Belə ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında ikitərəfli birbaşa təmaslar formatında israr edilir. Bununla “geopolitik setynota” salınmış ermənipərəst vasitəçilərin Qafqaz sülh masasına müdaxilə imkanları bloklanır. Bu baxımdan, yekun sülh sazişinin mətninin artıq böyük ölçüdə razılaşdırılmış olması da rəsmi Bakının ikitərəfli birbaşa təmaslar formatının tamamilə effektiv olduğunu təsdiqləyir. Və bu, o deməkdir ki, Qafqaz masasının uğuru məhz kənar “vasitəçilər”in müdaxilə imkanlarının bloklanmasından birbaşa asılıdır.

Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan

Rusiya-Ukrayna müharibəsində ən çox zərər çəkən tərəf məhz Avropadır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Vigen Akopyan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla hazırkı vəziyyət fonunda İrəvan AB-yə qoşulma prosesindən danışırsa, deməli, Ermənistan Rusiyanı de-yure üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə azad edir:

“Avropanın təhlükəsizliyimizin qarantı olacağı ilə bağlı səsləndirilən fikirlər isə ya çılğınlıqdır, ya da gözlənilən müharibə öncəsi ölkəni zəiflətmək üçün düşünülmüş addımdır. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin təhvil verilməsi ilə bağlı hansısa ayrıca razılaşma var”.

Prezidentlər birgə nahar etdi

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Xəbər lenti