![]() |
|
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova Şəhidlər Xiyabanını ziyarət edib.
Xiyabana gələnlər arasında "Qaçqınkom" sabiq rəhbəri Əli Həsənov və digər rəsmilər yer alıb.
Milli Məclisin deputatları və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib.
Millət vəkilləri Zahid Oruc, Fazil Mustafa, Fatma Yıldırım, Əli Məsimi və digərləri şəhid məzarları üzərinə güllər qoyublar.
Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov və general-polkovnik, Prezident yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev Şəhidlər Xiyabanını ziyarət ediblər.
Onları bir sıra dövlət rəsmiləri müşayiət edib.
Bundan əlavə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvavov da Şəhidlər Xiyabanını ziyarət edib.
Baş nazirin müavinləri Yaqub Eyyubov, Şahin Mustafayev və Samir Şərifov Şəhidlər Xiyabanını ziyarət edib.
S.Şərifov Baş nazir Əli Əsədova müavin təyin edildikdən sonra ilk dəfə görüntülənib.
Qeyd edək ki, S.Şərifov daha əvvəl maliyyə naziri idi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub:
"20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.