Hakan Fidan Bakıya gəlib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidanın ölkəmizə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir. /Report

Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir: ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb


Rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişi imzalanmadan Ermənistanın yeni iqtisadi-ticari məkana çıxış və təhlükəsizlik təminatı qazanmasının mümkün olmayacağı ilə barışmaq məcburiyyətində qalıb... Çünki ABŞ və Avropa Birliyi rəsmi İrəvana belə imkanlar açmaq niyyətində deyil, bu baxımdan, Qərbə inteqrasiyaya can atan Ermənistanın gələcək taleyi əslində, məhz Azərbaycan-Türkiyə İttifaqından asılıdır...

"Yeni Müsavat"xəbər verir ki, Ermənistan üçün prinsipial seçim mərhələsi böyük sürətlə yaxınlaşmağa başlayıb. Belə ki, bundan sonra rəsmi İrəvanın xaotik xarici siyasət kursu Ermənistan üçün ümidverici nəticələrdən uzaq qala bilər. Çünki Paşinyan hakimiyyəti indiyə qədər bir-birinə düşmənçilik münasibəti olan nəhəng dövlətlərlə paralel yaxın münasibətlərə üstünlük verirdi. Və rəsmi İrəvan belə geopolitik oyunların Ermənistana fayda verə biləcəyini düşünürdü.

Ancaq son baş verənlər onu göstərir ki, Paşinyan hakimiyyətinin dünya nəhəngləri arasında xaotik hərəkət trayektoriyası Ermənistanı artıq "geopolitik labirintə" salmağa başlayıb. Çünki ABŞ və Qərbin Rusiya ilə qlobal qarşıdurması hazırda həlledici mərhələyə yaxınlaşır. Bu baxımdan, həm ABŞ və Qərb, həm də Rusiya Ermənistandan tərəfini seçməsini istəyir. Belə ki, əgər, rəsmi İrəvan Qərbə inteqrasiya kursuna sadiqdirsə, onda Rusiya ilə müttəfiqliyə və KTMT üzvlüyünə yenidən baxmaq məcburiyyətindədir. Və bunu indi Ermənistandan hər iki tərəf tələb edir.

Xüsusilə də, rəsmi İrəvanın Avropa Birliyinə üzvlük niyyətini sənədləşdirməsi və Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması Kremldə ciddi qəzəblə qarşılanıb. İndi Kreml rəsmi İrəvanı Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT-dan qovula biləcəyi ilə təhdid edir. rəsmi İrəvan nə qədər Qərbə inteqrasiya siyasəti yürütsə də, Ermənistan üçün hələlik Avrasiya İqtisadi İttifaqına və KTMT-ya alternativ iqtisadi-ticari, eləcə də təhlükəsizlik məkanı yaradılmayıb. Və bu, o deməkdir ki, hazırda rəsmi İrəvan həm iqtisadi-ticari, həm də təhlükəsizlik baxımından, blokadaya düşmək ehtimalı ilə üzləşib.

Təbii ki, belə qəliz situasiyada Ermənistan üçün Azərbaycanla imzalanacaq yekun sülh sazişinin strateji əhəmiyyəti daha da artmış olur. Hər halda, Paşinyan hakimiyyətinin üzvlük cəhdlərinin perspektivsiz olduğu şübhə doğurmayan Avropa Birliyi və Ermənistanın strateji tərəfdaşlıq sazişi imzaladığı ABŞ rəsmi İrəvana təhlükəsizlik təminatı, eləcə də yeni "iqtisadi-ticari pəncərə" vəd etmir. Və rəsmi İrəvanı çıxılmaz vəziyyətə yaxınlaşdıran əsas məsələ də məhz budur.

Ona görə də, baş nazir Nikol Paşinyanın "sülh, qonşu ölkələrlə, başqalarının himayəsi olmadan dinc yaşamaq qabiliyyətidir" məzmunlu açıqlaması qətiyyən təsadüfi deyil. Belə ki, Qərbə inteqrasiyaya can atan erməni baş nazir Ermənistanın gələcək taleyinin məhz qonşu ölkələrdən, xüsusilə də, Azərbaycan və Türkiyədən asılı olduğunu da anlamamış deyil. Və ona görə də, Paşinyan hakimiyyəti manipulyativ də olsa, Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hər halda, "açıq qapı" buraxmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla sülh sazişinin imzalanması yaxın vaxtlarda Ermənistan üçün taleyüklü strateji hədəfə də çevrilə bilər. Çünki Qərbə inteqrasiya cəhdləri Kremlin Ermənistana qarşı iqtisadi-ticari sanksiyalarına yol açarsa, rəsmi İrəvan məhz Azərbaycan və Türkiyəyə möhtac duruma düşə bilər. Azərbaycanla yekun sülh sazişini imzalamadan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması isə qətiyyən mümkün görünmür. Və sülh sazişi üçün Qərbdən hələ icazə almamış rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının Ermənistan üçün "geopolitik labirint"dən alternativsiz "çıxış qapısı" ola biləcəyini də artıq anlayır.

Ancaq Paşinyan hakimiyyətinin Azərbaycanla yekun sülh sazişini imzalayaraq, Ermənistanı "geopolitik labirint"dən çıxarmağa nail olması üçün ilk növbədə qərəzli və bloklayıcı erməni narrativlərindən uzaqlaşması da lazımdır. Çünki artıq heç kimə maraqlı olmayan, əhəmiyyət verilməyən erməni narrativləri Ermənistanın önünü qapayır. Rəsmi İrəvana sülh şərtlərini qəbul etməyə imkan tanımır. Və nəticədə Ermənistanın gələcək mövcudluq şansları böyük təhlükələr qarşısında qalmış olur.

Rəsmi Bakının yekun sülh sazişinin imzalanmasından öncə Ermənistanın yerinə yetirilməsini tələb etdiyi şərtlər isə həm sadə, həm də beynəlxalq hüquq normalarına uyğundur. Belə ki, rəsmi İrəvan ilk növbədə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ifadə edən maddələri mütləq təmizlənməlidir. Eyni zamanda, iki ölkə arasında silahlı münaqişəyə son qoyulduğu üçün Ermənistan da Azərbaycan kimi, ATƏT-ə Minsk Qrupunun ləğv edilməsi ilə bağlı rəsmi müraciət göndərməlidir. Və nəhayət, tərkibi Qərb kəşfiyyatının əməkdaşları hesabına formalaşdırılmış, yalnız casusluq fəaliyyəti ilə məşğul olan Avropa Birliyinin mülki müşahidə missiyasi da ləğv edilməlidir.

Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi əslində, o qədər də uzaqda deyil. İlk növbədə sülh sənədinin bütün maddələri tərəflər arasında razılaşdırılmalıdır. Buna paralel olaraq da Azərbaycan Prezidenti İlham Əliyevin israr etdiyi tələblər mütləq yerinə yetirilməlidir. Əks halda, bunlar baş verməyəcəyi təqdirdə, Azərbaycan lideri yekun sülh sazişini imzalamaz. Və bundan yalnız Ermənistan ziyan çəkən tərəf olar.

Maraqlıdır ki, son vaxtlar rəsmi İrəvanın Azərbaycan Prezidenti İlham Əliyevin sülh sazişinin imzalanmasından öncə atılmalı olan addımlarla bağlı tələblərini icra etməyə meylli olduğu müşahidə edilir. Belə ki, rəsmi İrəvan yeni Ermənistan konstitusiyasının növbəti parlament seçkilərinə qədər hazır olacağını bəyanlayıb. Halbuki, buna qədər Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasının dəyişdirilməyəcəyini vurğulayırdı. Və indi bu məsələ ilə bağlı irəliyə doğru addımların atılma ehtimalı artıb.

Digər tərəfdən, rəsmi İrəvan Avropa Birliyinin müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinin delimitasiya edilmiş hissəsində fəaliyyətinə ehtiyac olmadığını bildirib. Böyük ehtimalla bu, rəsmi İrəvanın tədricən bu missiyadan imtina olunmasının mümkünlüyünə yönəlik mesajdır. Və Ermənistanın Cənubi Qafqazda Qərbin "geopolitik müstəmləkə"si durumuna düşdüyünü nəzərə aldıqda, bu məsələnin rəsmi İrəvanı müəyyən problemlərlə üzləşdirə biləcəyi də qətiyyən şübhə doğurmur.

Nəhayət, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi müraciət məsələsində də müəyyən pozitiv irəliləyiş ehtimalı artmış kimi görünür. Belə ki, "Hraparak" nəşri Paşinyan hakimiyyəti daxilindəki mənbələrinə istinadən iddia edir ki, rəsmi İrəvan yaxın aylarda Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət göndərmək niyyətindədir. Ermənistan siyasi dairələrində hesab edirlər ki, baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə son açıqlamalarından sonra öz əvvəlki mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin bütün şərtlərini yerinə yetirməyin qaçılmaz olduğunu artıq qəbul etməyə başlayıb. Rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişi imzalanmadan Ermənistanın yeni iqtisadi-ticari məkana çıxış və təhlükəsizlik təminatı qazanmasının mümkün olmayacağı ilə barışmaq məcburiyyətində qalıb. Çünki nə Avropa Birliyi, nə də ABŞ Ermənistana belə imkanlar açmaq niyyətində deyil. Və bu baxımdan, Qərbə inteqrasiyaya can atan Ermənistanın gələcək taleyi əslində, məhz Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlərə bağlıdır.
İlham Əliyev və İrakli Kobaхidze mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər.

***
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaхidze mətbuata birgə bəyanatla çıxış edirlər.
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb.

Görüş dövlət başçısının şəhərkənarı iqamətgahında keçirilir.

Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün Azərbaycan və Gürcüstanın birgə səylərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

"Report xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib.

"Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın göstərdiyi səylər nəticəsində BTQ-nin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin ayrılmaz hissəsidir. Hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal işlər görülür. Gürcüstanda yerləşən Poti və Batumi limanları da Orta Dəhlizin inkişafı üçün mühüm elementlərindəndir. Çox şadıq ki, bu gün aidiyyəti qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq. Bütün bunlar Azərbaycan və Gürcüstanın qitələrarası tranzit proseslərində mühüm həlqə kimi rolunu daha da gücləndirir”, - deyə o qeyd edib.

Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

Report xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.

Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.

Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan yaxın əməkdaşlığın inkişaf edən müsbət dinamiki qeyd edilib, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Ermənistan qurban verilir, Zəngəzur dəhlizi necə açılacaq? - SSENARİ

Şahmat oyunu çox vaxt siyasətə bənzədilir. Çünki şahmatla siyasət arasında çox oxşarlıq və paralellik mövcuddur. Şahmat debütündə qambit (həmlə) kombinasiya var. Bu zaman tərəflərdən biri piyada və ya yüngül fiqur qurban verməklə strateji üstünlüyə nail olmaq üçün həmləyə keçir. Odur ki, şahmatda bir xeyli qambit var. Vəzir qambiti, Siciliya qambiti, Budapeşt qambiti, Pirs qambiti və s. Məşhur qambitlərdən biri də "Türk qambiti" adlanır. Bu termin şahmatdan daha çox dünya siyasətində daha çox "Türk həmləsi" kimi qəbul edilir. Bu ad Boris Akuninin rus-türk müharibəsindən bəhs edən "Türk qambiti" romanından sonra dünyada siyasi-hərbi termin kimi qəbul edilib. 

"Türk qambiti" nəticəsində Osmanlı dövləti ruslar üzərində möhtəşəm qələbə əldə ediblər.

Şahmatda oyunçular qalib gəlmək üçün müxtəlif kombinasiyalar qurub həmlələr (qambit) etməklə yüngül fiqur qurban verib strateji üstünlüyə nail olmağa çalışdığı kimi, hərbdə və siyasətdə də rəqib və ya düşmən üzərində qələbə çalmaq üçün müxtəlif  hücum, müdafiə, manevr və kombinasiyalardan istifadə edirlər.

493430

Bu gün Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişənin nizamlanmasındakı proseslərə nəzər yetirsək, o zaman Azərbaycan Prezidenti İlham Əliyevin necə də siyasətdə bacarıqlı qrosmeystr olduğunu görərik.

Prezident İlham Əliyevin bölgədəki geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişib qalib olmaq üçün şahmatda olduğu kimi ən müxtəlif kombinasiyalar qurub, gah müdafiə, gah hücum, gah manevr və digər kombinasiyalardan istifadə etməklə düşmən üzərində birmənalı strateji üstünlüklər əldə edə bilib. Nəticədə "Türk qambiti"ndə olduğu kimi, Ermənistan və onun havadarları gözləmədiyi halda Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında qalib dövlət oldu.

İkinci Qarabağ savaşından sonra isə Azərbaycan Prezidenti Ermənistan və onun havadarlarına qarşı uğurlu kombinasiyalar quraraq sarsıdıcı psixoloji zərbələr endirməklə onların oyun planlarını darmadağın edir. 

493435

Nəticədə bölgədə maraqlı olan güclər və Ermənistanın havadarları Ermənistanı şahmatdakı qambit gedişində qurban verilən piyada və ya digər kiçik fiqur rolunda oynadır. Güclü həmlə hesab etdikləri kombinasiyalar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən gedişlər çox asanlıqla darmadağın olur. Bu səbəbdən də İrəvanın ən uğurlu hesab etdiyi qərarlar, sazişlər və ya atılan addımlar Ermənistanın gözləntilərini doğrultmur və əks effekt verir.

Odur ki, Azərbaycan Prezidentinin səsləndirdiyi istənilən fikir son illərdə Ermənistanda ciddi narahatedici rezonansa səbəb olur. Bu bir daha onu sübut edir ki, İrəvan havadarları və himayədarların köməyi ilə hansı addımı atsa da, Ermənistanın siyasi gündəliyini formalaşdıran Azərbaycandır.
 
İrəvanın yanvarın 14-də hakimiyyətinə cəmi bir neçə gün qaldığı Bayden hakimiyyəti ilə imzaladığı strateji tərəfdaşlıq saziş və orada əksini tapan müddəalar Ermənistan üçün yaxın perspektivdə uğurlu nəticə deyil, əksinə, ciddi təhdidlər vəd edir.

Bunun bariz nümunəsini Gürcüstanın timsalında görə bilərik. 2009-cu ildə ABŞ ilə Gürcüstan arasında analoji olaraq belə bir sənəd imzalanıb. Nəticə isə göz qabağındadır. Odur ki, İrəvanın ABŞ ilə imzalanan sənədi Ermənistanın uğurlu diplomatiyasının nəticəsi kimi təqdim etməsinin ciddi əsası yoxdur. Bundan sadəcə daxili auditoriyada müəyyən divident qazanmaq üçün istifadə oluna bilər. Reallıqda isə bu sənəd Ermənistanı maraqlı geosiyasi güclərin savaş meydanına çevirəcək ki, bundan da itirən tərəf ermənilər və Ermənistan dövlətçiliyi olacaq.

493437

Bunun səbəbi isə Ermənistanın sadəcə ənənəvi olaraq bölgədə maraqlı güclərin əlində maraqlarının təmin olunması rolunda çıxış etməsidir. Həmin güclər Ermənistandan istifadə etdikdən sonra atırlar. Necə ki, indiyədək belə olub.

Ermənistanın ABŞ ilə imzaladığı saziş İrəvandan daha çox Bakı üçün yeni fürsətlər yaradacaq.

Birincisi, bu saziş Ermənistanı maraqlı geosiyasi güclərin toqquşma məkanına çevirdiyindən zəiflədəcək və daha dərin böhrana sürükləyəcək. Bu toqquşma hətta Ermənistan dövlətçiliyinin böhranına səbəb ola bilər. Çünki maraqlı güclərin, xüsusən də hərbi bazası olan və daha ciddi təzyiq mexanizmləri olan Rusiyanın Ermənistandan asanlıqla əl çəkəcəyini düşünmək sadəlöhvlük olar. 

İkincisi, İrəvanın Qərbə sürətlə meyillənməsi, Ermənistan-İran münasibətlərini kəskinləşdirəcək. 

Üçüncüsü, Qərbin Ermənistanda güclənməsinə Gürcüstanın mövcud hakimiyyətinin maraqlarına cavab vermədiyindən Tbilisi bunu müsbət qarşılamayacaq. Rəsmi Tbilisi İrəvana açıq şəkildə mane olmasa da, pərdə arxasında Ermənistana qarşı hansısa təsir mexanizmlərindən istifadə edəcək. Onsuz da İrəvanın Bakı ilə ehtimal olunan sülh sazişi imzalanması və bunun nəticəsi olaraq kommunikasiyaların açılması heç də Tbilisinin ürəyincə olmayan məsələdir. 

493439

Bu amillər İrəvanın Bakı ilə sülh sazişini imzalamasına əngəllər yaradacaq ki, bu da həm Ermənistanın daha da zəifləməsinə və əhəmiyyətsiz "qurbanlıq keçi" rolunu oynayan ölkəyə çevirə bilər.

Dördüncüsü, yaranmış vəziyyət və çıxılmaz durum Ermənistanı daha çox Türkiyəyə yaxınlaşmağa məcbur edəcək. Və bu zaman İrəvan Türkiyə ilə normal münasibətlərin qurulması üçün Ankaranın şərtlərini qəbul etmək məcburiyyətində qalmalı olacaq. Təbii ki, Ankaranın münasibətlərin qurulmasında İrəvana ilkin şərti Bakının təklifləri əsasında sülh sazişini imzalamaq olacaq. 

Onsuz da İrəvan Bakının güclü gedişləri nəticəsində sülh sazişində nəzərdə tutulan 17 məsələdən 15-ni qəbul edib. Yerdə qalan iki məsələ də prinsipcə İrəvan tərəfindən qəbul olunur. 

İrəvan hazırda Zəngəzur dəhlizinin açılmasında israrlı mövqe sərgiləyərək Bakı və Ankaranın   irəli sürdüyü şərtlər daxilində açmasını istəmir. 

Amma proseslərin gedişi Bakı və Ankaraya Zəngəzur məsələsində də geniş fürsətlər yaradır. Bu bir daha Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara müsahibəsində "Zəngəzur dəhlizi açılacaq və açılmalıdır" bəyanatını səsləndirməklə nə qədər uzaqgörən siyasətçi və oyunçu olduğunu sübut edir.

493441

2020-ci il 10 noyabr sənədindən sonra Azərbaycan güclü mövqeyi nəticəsində ciddi itkilər vermədən öz ərazi bütövlüyünü təmin edib suverenliyini bərpa etməsi, Zəngəzur dəhlizini açılmasına imkan verəcək. İrəvan Zəngəzur dəhlizi ilə bağlı şərtləri qəbul etməkdən başqa alternativi qalmayacaq.

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistandan daha sərt şəkildə çıxan ölkə İrandır.  İrəvanın sürətlə Qərbə inteqrasiyasından sonra Tehran bu məsələdə tam mənada olmasa da, ciddi etiraz edən ölkə olmayacaq.  

Digər tərəfdən isə Qərb də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. 

Qərb, əsasən də ABŞ Ermənistan İran münasibətlərinin yüksək səviyyəsində olmasında maraqlı deyil. Xüsusən də ABŞ-nin yeni prezidenti Donald Trampın İrana münasibəti hamıya bəllidir. Tramp dövründə ABŞ-İran münasibətlərinin daha da kəskin xarakter alacağı proqnozlaşdırılır. 

Zəngəzur dəhlizi qaçılmaz tarixi reallıqdır – VİDEO

Bütün bu və digər amilləri nəzərə alsaq görərik ki, proseslər Ermənistanın deyil, daha çox Azərbaycanın xeyrinə inkişaf edir. Düzdür, bu proseslərin müəyyən mərhələsində Azərbaycan üçün bəzi çətinliklərin ortaya çıxması ehtimalı istisna deyil. Ancaq bunlar Azərbaycan üçün Ermənistanın üzləşəcəyi problemlər kimi olmayacaq, yüngül ötəri xarakter daşıyacaq.

Ermənistan tərəfi gözlənilən təhlükələrdən və fəlakətlərdən az itki ilə çıxması ancaq Bakı və Ankara ilə tez bir zamanda dil tapmasından keçir. 

Yoxsa Ermənistan Prezident İlham Əliyevin "Türk həmləsi" nəticəsində növbəti məğlubiyyətinə imza atacaq.

Prezident İlham Əliyev təsadüfən dəfələrlə bəyan etmir ki, Ermənistan dünyadakı prosesləri diqqətlə analiz edərək bundan dərs çıxarmalıdır. Proseslər Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın ziyanına inkişaf edir. 

Azərbaycanda bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.

Yol-xeber.az  xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.

Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması nəzərdə tutulur.

Sənəddə deyilir ki, dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması, beynəlxalq təcrübə əsas götürülməklə, dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması nəzərdə tutulur.

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqləndi

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti, Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.

Nazirlər Kabineti dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini 9 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat təqdim etməli, dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Prezident tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) bu Fərmanda nəzərdə tutulmuş illik planın icrasına nəzarəti həyata keçirməli, rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını 5 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-nə qədər Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməli, Prezidentin və Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görməli, Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Dövlət orqanlarına (qurumlarına) tapşırılsın, Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, Konsepsiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər, elektron xidmətlərdən istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər, ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin icrasına dair illik planın hazırlanmasını, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin etsinlər, informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə son istifadəçi kompüterlərini Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş, mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan lisenziyalı əməliyyat sistemləri və ofis proqramları ilə təmin etsinlər.

Xəbər lenti