![]() |
|
Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlardan çox ciddi narahatlıq keçiririk.
Axar.az xəbər verir ki, bu sözlər Qətər Mətbuat Mərkəzinin məsələ ilə bağlı yaydığı açıqlamada yer alıb.
“Araşdırmaları həyata keçirən qurumlardan Camal Qaşıqçı hadisəsinin tezliklə işıqlandırılmasını və hadisədə təqsiri olanların cavab verməsini istəyirik”, - QMM-dən bildirilib.
![]() ![]() ![]() ![]() |
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.
Trend-in məlumatına görə, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.
Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.
Yeni materialdan qoruyucu dam örtüklərinin və təmir materiallarının istehsalında istifadə etmək mümkündür.
ABŞ-ın Nyu York ştatının cənubunda yüngülmotorlu təyyarə Atlantik okeanına düşüb.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Konnektikuta ərazisindən havaya qalxan Piper PA-34 tipli təyyarə Lonq-Aylend adası sahilləri yaxınlığında yerə çırpılıb. Təyyarənin göyərtisində 3 nəfər olub.
ABŞ bilməlidir ki, əgər səhv addım ataraq Səudiyyə Ərəbistanını qızışdırıb üstümüzə salsa, İsrailin paytaxtı Təl-Əvivi yerlə yeksan edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu İranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi deyib.
Axund İranın İsraili vurmaq üçün güclü uzaqmənzilli raket sistemlərinə sahib olduğunu bildirib:
“Düşmən bilməlidir ki, bizim yumruğumuzu möhkəmləndirən və bizə düşmən qarşısında dayanmağa güc verən həmin raketlərdir”.
![]() ![]() ![]() ![]() |
Başqırdıstanın keçmiş rəhbəri Rüstəm Həmidov siyasətdən getdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Həmidov bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirib
Qeyd edək ki, Həmidov oktyabrın 11-də istefaya göndərilib. O, Başqırdıstanın rəhbəri vəzifəsini 2010-cu ildən icra edib. Həmidov indiyə qədər Rusiya regionlarının liderləri arasında ən nüfuzlu şəxslərdən biri kimi tanınıb.
Həmidovun yerinə isə Radiy Xəbirov təyin edilib. Xəbirovun həyat yoldaşı milliyətcə erməni olan Karine Avetisyandır.
“Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir”.
Bu barədə Kanadanın baş naziri Castin Trüdo Yerevanda erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
Trüdo region xalqlarının rifahı naminə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların sülh yolu ilə aparılması və dinc yolla tənzimləmənin vacibliyini vurğulayıb.
Bolton ABŞ Prezidenti Donald Trampın ən yaxın silahdaşlarından biridir. Boltonun səfəri heç də gündəlik, protokol səfər hesab olunmamalıdır.
Bu sözləri Axar.az-a ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-də edəcəyi səfəri şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanda olmağı planlaşdırır:
“Bu, ilk növbədə ABŞ-ın öz maraqlarından doğan səfərdir. Onun Rusiyaya səfəri olduqca əhəmiyyətlidir. Son vaxtlar Tramp və Putinin yenidən görüşəcəyi ilə bağlı KİV-lərdə xəbərlər yayılır. Yayılan xəbərlərdə Putin və Trampın görüşünün hazırlandığı qeyd edilir. Tramp və Putinin gələcək görüşünü hazırlayan əsas şəxslərdən biri də məhz Boltondur.
Onun Gürcüstana səfəri isə təftiş xarakterlidir. Abxaziya, Cənubi Osetiya məsələsi görüşdə əsas müzakirə mövzusu ola bilər. Gürcüstanın NATO üzvü olması istiqamətində də müəyyən danışıqlar aparılacağını istisna etmirəm”.
Politoloq qeyd edib ki, Boltonun Azərbaycana və Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsi baxımından əhəmiyyətlidir:
“Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu məsələdə birbaşa Trampa məruzə üçün Boltonun özü seçilə bilər. Buna görə də Azərbaycan üçün əsas istiqamətdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlar və Bakının fikirlərinin birbaşa ABŞ Prezidenti Donald Trampa düzgün çatdırılmasıdır”.
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtla gözlənilən məsələ deyil:
“Bütün beynəlxalq faktorlar və münaqişə tərəfləri müəyyən kompromisə getməklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu məsələni həll edə bilər. 2019-cu ildə müəyyən qədər diplomatik sahədə və digər istiqamətdə Azərbaycanın müsbət uğurları olması gözlənilir. Hətta deyərdim ki, Ermənistanda seçkilər bitdikdən sonra əgər Paşinyan qaıib gəlsə, onda bu istiqamətdə müəyyən addımların atılacağı ehtimal olunur”.