![]() |
|
İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar Bakı vaxtı ilə 11:00-da başlayacaq.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, danışıqlar Türkiyə prezidentinin Dolmabaxça sarayındakı ofisində baş tutacaq.
Görüş mediaya qapalı keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin martında da eyni məkanda iki ölkə arasında danışıqlar baş tutub.