AZCON Holding-in tərkibində fəaliyyət göstərən ADY bu ilin yanvar-aprel aylarında 3 milyona yaxın sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.
“Yol-xeber.az” xəbər verir ki, İlin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33% artaraq 8281 nəfər olub.