Qagik Çarukyanla Nikol Paşinyanın növbədənkənar parlament seçkisinin keçirilməsi barədə razılaşmasından sonra Respublikaçılar Partiyasında canfəşanlıq yaşanmağa başlayıb.

Ardını oxu...

 

Prezident nazirlərlə iclas keçirdi

Oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Sonra vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər. 

Azərbaycan prezidenti iclasda yekun nitqi söyləyib. 

 


 

 

Bu ölkədə nazirlər internetdə seçiləcək

İraqda yeni hökuməti quracaq Adil Əbdülmehdi nazir olmaq istəyənlər üçün internetlə namizədlik müraciətinin açıldığını bildirib.

“Dünya bülleteni”nə istinadən xəbər veririk ki, o, konstitusiyada yer alan bütün şərtlərin özündə olduğunu düşünən hər kəsin nazir olmaq üçün müraciət edə biləcəyini açıqlayıb.

8 oktyabrda Nazirlər Kabinetinin saytında başlayan müraciət müddəti 11 oktyabrda başa çatacaq.

Qeyd edək ki, Adil Əbdülmehdi prezident Bərham Salehlə görüşündə yeni hökumətin noyabrın əvvəlində qurulması barədə razılıq əldə edib.

 

 

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Norveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Olav-Nils Tue arasında tanışlıq görüşü keçirilib.

Ardını oxu...

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəməni alması üçün notariat kontoruna təqdim etməli olduğu sənədlərin siyahısı açıqlanıb.

Ardını oxu...

Kreml İnquşetiyadakı situasiyanı diqqətlə izləyir və respublika rəhbərliyindən informasiya alır.

Ardını oxu...


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Ardını oxu...

Misirli terrorçu Xişam Aşmavi cinayət məsuliyyətinə cəlb edilməsi üçün təcili olaraq Misirə təhvil verilməlidir.

Ardını oxu...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oqtaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Macarıstana səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər oktyabrın 8-9-da baş tutacaq.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərə yollanıb.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Ərdoğanla birlikdə prezidentin sözçüsü İbrahim Qalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ticarət naziri Ruhsar Pekcan, AKP baş katibinin sədri Cövdət Yılmaz və digər rəsmilər də Macarıstana gedib.

Xəbər lenti