Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirib.

Axar.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri qoyublar.

Toplantı iştirakçıları DYMX-nin Bakı şəhər Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsinin həyətində təşkil olunmuş yanğından mühafizə qüvvələrinə məxsus xüsusi texnika və avadanlıqlardan ibarət sərgi ilə tanış olublar.

Daha sonra dövlət himninin səsləndirilməsi ilə tədbir öz işinə başlayıb.

Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik edərək uğurlar arzulayıb. İttifaqın sədri Azərbaycanda yanğınsöndürmə dəstələrinin yaradılması tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilib. Ümummilli lider Heydər Əliyev 5 oktyabr 2002-ci ildə məhz bu tarixin Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd ediməsi barədə Sərəncam imzalayıb. Yanğından mühafizə sahəsinin daim Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən M.İsmayılov Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov respublika ərazisində baş vermiş yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edərək, qarşıda duran vəzifələrdən söz açıb. O, yanğından mühafizə xidmətinin ən müasir yanğınsöndürmə texnika və vasitələri ilə təmin olunduğunu bildirərək göstərilən qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Yanğınsöndürmənin çətin və şərəfli bir peşə olduğunu söyləyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov yanğınsöndürənləri peşə bayramları münasibətilə təbrik edib. O, xidmətdə fərqlənən yanğınsöndürənlərin təmsil etdiyi qurumun döş nişanı ilə təltif olunduqlarını bildirib.

Yanğınsöndürən veteranlar adından çıxış edən Azad Səmədov yanğın nəzarətinin həyata keçirilməsi və yanğından mühafizə sahəsində ciddi uğurlar qazanıldığını vurğulayaraq bu işdə əməyi olan insanlara minnətdarlığını bildirmiş, yanğınsöndürənlərə uğurlar arzulayıb.

Toplantıda yekun nitqi ilə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ümummilli lider Heydər Əliyevin “Yanğın söndürmək cəsarət və mərdlik məktəbidir” fikrini xatırladaraq bildirib ki, yanğınsöndürənlərimizin fədakarlığı nəticəsində ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, şəxsi, dövlət və ictimai əmlakın yanğından mühafizəsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. 2006-cı ildən etibarən respublikamızda 114 minə yaxın yanğın hadisəsinin qarşısının alındığını deyən nazir müavini yanğınsöndürənlərimizin dövlət başçısının göstərişinə əsasən, başqa ölkələrdə də yanğın-xilasetmə əməliyyatlarında müvəffəqiyyətlə iştirak etdiklərini bildirib. E.Mirzəyev qeyd edib ki, yüzlərlə yanğınsöndürənimiz vətənimizin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhidlər veriblər. Onlardan 2-si Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır. Natiq bildirib ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində sözügedən sahədə müasir standartlara uyğun maddi-texniki baza formalaşmış və bu siyasətin nəticəsində həm Dövlət Yanğından Mühafizə Xidməti, həm də Dövlət Yanğın Nəzarəti Xidməti qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Nazir müavini yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik etmiş, uğurlar arzulayıb.

Sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmrinə əsasən xidmətdə xüsusilə fərqlənmiş əməkdaşlara medallar təqdim olunub. Həmçinin xidmətdə fərqlənmiş və yubiley yaşı tamam olmuş bir qrup DYMX və DYNX əməkdaşına, eyni zamanda veteran yanğınsöndürənlərə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərmanları, qiymətli hədiyyələri, FHN-in iki nəfər əməkdaşına isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının döş nişanları təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.


Son günlər adı daha çox qalmaqallarda hallanan Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov mətbuatın gündəmini yenidən zəbt edib.

Ardını oxu...

Rusiyanın özünün cəlb olunduğu yeni müharibə ocaqları yaratmaq istəyinə inanmıram.

Ardını oxu...

ABŞ-ın vitse-prezidenti Mayk Pens Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itən jurnalist Camal Qaşıqçı barədə açıqlama verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Pens Səudiyyə Ərəbistanının yardım tələb edəcəyi halda ölkəsinin Türkiyəyə FTB dəstəsi göndərməyə hazır olduğunu bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya istefa verən ABŞ-ın qurumdakı təmsilçisi Nikki Heyliyə vida hədiyyəsi hazırladığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yazıb.

“O, çox xarizmatik insan idi, o bizim hamımız üçün fərqli biri idi”, - Nebenzya bildirib.

Rus diplomat hədiyyənin nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, ölkələr arasındakı soyuq münasibətlərə baxmayaraq hər iki dövlət rəsmisi arasındakı səmimi münasibət heç kimə sirr deyil.

Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgəsindən ağır silahların çıxarılması yekunlaşıb.

Ardını oxu...

Hazırda Avropa Şurası böhran yaşayır.

Report xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Avropa Şurasının gələcəyinə həsr edilmiş müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Avropa Şurası bu gün düşdüyü vəziyyəti dərindən təhlil etməlidir: “Avropa Şurasının bugünkü problemi düşündüyümüz kimi heç də yalnız maliyyə məsələsi deyil. Dəyərlərimiz ətrafında yenidən düşünməliyik. Avropa Şurasının yaşadığı bugünkü çətin vəziyyəti dərindən təhlil etdikdən sonra gələcək üçün qarşımıza yeni hədəflər qoya bilərik. Bunun üçün qrup, yaxud komissiya yaratmalıyıq. Həmin qurum da böhrandan çıxmağımız üçün konkret təkliflər hazırlamalıdır. Avropa Şurasına 47 üzv dövlətin 8-i digər üzv ölkə ilə müharibə vəziyyətindədir. Biz Avropa Şurasının tərkibinə yeni ideyalar gətirməliyik ki, onlar bütün üzv ölkələrə uyğun gəlsin və qəbul edilsin. Biz bir-birimizə qulaq asmağı və bir-birimizə hörmət etməyi özümüzə adət etməliyik”.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb. S.Seyidov oktyabrın 9-da keçirilən müzakirələrdə də Avropa Şurasının dəyərlərini dəyişməyə çağırıb.

 

Prezident Mikayıl Cabbarovla bağlı sərəncam verdi

Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Cabbarovla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Bu gün AŞPA Nazirlər Komitəsinin sədri, Xorvatiyanın Baş nazir müavini, Xarici və Avropa İşləri naziri Marija Prjcinovic Buric AŞPA-da geniş çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, Azad Demokratlar Qrupunun vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatın komitə sədrinə mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı suallar ünvanlayıb.

“Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? “Yeni dəyərlərə” ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?” - deputat vurğulayıb.

Sədr deputatın sualına cavabında bu məsələnin Avropa üçün də çox önəmli bir mövzu olduğunu bildirib:

“Özəlliklə üzv ölkələrdə bu mövzuya geniş yer verilməlidir. Təhsil və mədəniyyət vasitəsi ilə, gənclərlə bu mövzuda daha geniş iş aparmaqla bu dialoqları təşkil etmək olar. Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir, həm Avropa Şurası təşkilatlarında, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır”.

Q.Paşayeva sonda Marija Prjcinovic Buriclə qısa görüş də keçirib:

Xanım nazir Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsindən məmnun olduqlarını bildirib.

Millət vəkili də öz növbəsində Azərbaycan Xorvatiya ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlı olduğunu və ölkə prezidentinin rəhbərliyi ilə bu istiqamətdə bir çox addımların atıldığını diqqətə çatdırıb.

Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini həddindən artıq ucuz qiymətə alan şirkət müflis olub.

Axar.az xəbər verir ki, bu barədə Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan danışıb. Deputat kompleksin gizli şəraitdə özəlləşdirilməsinə etiraz edib və maliyyə hesabları ilə bağlı şəffaflığın təmin olunmasını istəyib:

“Muğan Aqrosənaye Kompleksini alan şirkət müflis olduğunu elan edib və vergisini ödəyə bilmir. Bu şirkət kompleksin ərazisini dəyərsiz torpaq qiymətinə alıb. Bu qədər imkana malik olan böyük bir kompleksi belə bir şirkətə necə satmaq olar?!”

O bildirib ki, kimin vergi ödəməyə qadir olub-olmadığı bəlli olmalı, hökumət vergi ödəmək iqtidarında olmayanlara xüsusi yardım göstərməlidir.

Xəbər lenti