Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da töhfələrini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır.

Ardını oxu...

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən gün açılışı olan “Star” neft emalı zavodu çox böyük bir layihədir.

Ardını oxu...

Əfqanıstanın Nanqarhar vilayətində 12 İŞİD terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin məlumatında deyilir.

Əməliyyatın Açin ərazisində baş tutduğu deyilir.

Terrorçulara məxsus silah-sursatın da müsadirə edildiyi deyilir.

Rusiyanın Suriyadakı əməliyyatları sayəsində İŞİD tamamilə darmadağın edilib.

Axar.az xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin iclasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

"Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və ya Suriyanın 95 faizdən çoxu terror təşkilatının nəzarətindən azad edilib. Biz Suriyada zəngin döyüş təcrübəsi toplamışıq və bunu bölüşməyə hazırıq ", - deyə o bildirib.

 

Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Toyvo Klaar ilə görüşüb. Görüşdə Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı məsələlər, həmçinin Cənubi Qafqaz regionunda münaqişələr müzakirə olunub.

Ardını oxu...

İsrail HƏMAS-a həlledici zərbə endirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman hərbi-siyasi kabinet üzvləri ilə görüşündə deyib.

O bildirib ki, bu zərbə mart ayından bəri davam edən zorakılığı bitirməyin yeganə həll yolludur.

Liberman vurğulayıb ki, Qəzza sektorunda keçiriləcək “Sarsılmaz Qaya” kimi yeni bir əməliyyat İsraili ən azı 5 il sülhlə təmin edəcək.



Qagik Çarukyanın Rusiyanın hakim Vahid Rusiya Partiyasının nümayəndələriylə görüşü Moskvanın ona yatırım edəcəyi ilə bağlı görüntü yaradır.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Moskva müxalifətlə əməkdaşlığa başlayacaq. Bu o demək deyil ki, Moskva antipaşinyan oyunu oynayacaq. O, sadəcə bütün yumurtaları bir zənbilə qoymaq istəmir. Ona görə ki, Moskva əməkdaşlıq üçün digər rıçaqlar axtaracaq. İndi məsələ Paşinyanın özünü bundan sonra necə aparacağıdır. Əgər o özünü regional siyasətdə doğru şəkildə göstərə bilsə, Ermənistanın milli maraqlarını qoruyub və Qərblə oyunlar oynamasa, o zaman Ermənistanda böhran bitəcək”, – deyə o bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev “TRT Vorld” kanalına müsahibə verib.

Axar.az xəbər verir ki, müsahibədə Hikmət Hacıyev bu gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olacaq “STAR Refinery” barədə danışıb. O, bu layihənin əsasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib. Layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsi olduğunu deyən Hikmət Hacıyev Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırdığını diqqətə çatdırıb.

Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını qeyd edən Hikmət Hacıyev Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələrlə ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsul deyil, əlavə dəyər qatılan hazır məhsullarla Aralıq dənizi hövzəsinə çıxdığını vurğulayıb. O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP, TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoşniyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.


Bütün dünyada Rusiya milyarderləri öz sərvətlərini hər kəsdən daha sürətli artırırlar.

Ardını oxu...

Ermənistanın yeni hökuməti Azərbaycana Qarabağı qaytarmağa hazırdır.

Ardını oxu...

Xəbər lenti