![]() |
|
Ukrayna Prezidenti Pyotr Poroşenko noyabrın 3-də Ankaraya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Poroşenko Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər arasında əsas müzakirə mövzusunun müdafiə, iqtisadi, siyasi əməkdaşlıq məsələləri olacağı bildirilib.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) tərəfindən yayılmış bəyanatı İordaniyanın nüfuzlu “Orobanyus” nəşrində dərc edilib.
Axar.az xəbər verir ki, “Dmitri Savelyev: Xocalıda törədilmiş hadisə Azərbaycan xalqına qarşı soyqırımıdır” sərlövhəli materialda Xocalıda Azərbaycan qarşı törədilmiş soyqırımından bəhs olunur.
Rusiyalı parlamentari qeyd edir ki, 26 il bundan əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib, heç bir təqsiri olmayan 613 nəfər qətlə yetirilib. RF Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib: “Bu, soyqırımıdır. Bu cinayəti törədənlər isə hələ də cəzalandırılmayıb. Biz hamımız birlikdə Xocalı soyqırımı haqqında həqiqəti dünyaya çatdırmağa çalışmalıyıq ki, bu faciənin təqsirkarları layiqli cəzalarını alsınlar”.
Türkiyənin tələbi olarsa səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı istintaq məsələsini dəyərləndirə bilərik.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında deyilib.
Bəyanatla bağlı ətraflı məlumat verilməyib.
İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib.
"Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq.
Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır", - İlham Əliyev qeyd edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub
İranın Nəqliyyat və Şəhərsalma naziri Abbas Axundi istefa verib.
Axar.az xəbər verir ki, istefası barədə açıqlama verən nazir hökumətlə şəhərlə əlaqədar dəyişiklik və iqtisadi metodlarla bağlı yaşanan münaqişə səbəbindən istefa verdiyini bildirib.
Bu ilin sentyabrın 1-də istefa məktubunu Prezident Həsən Ruhaniyə təqdim edən Axundi ötən gün məlumat yayıb.
O, hökumətin şəhərlə əlaqədar dəyişikliklə bağlı səmərəli iş apara bilməməsindən və bazarlara çox müdaxilə etməsindən şikayətlənib.
Həqiqətlərin ortaya çıxarılması lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri Camal Qaşıqçının ölümünə münasibət bildirən Hollandiya Baş naziri Mark Rutte bildirib.
"Tam olaraq nə oldu? Kim məsuliyyət daşıyır? Genişmiqyaslı araşdırma aparılması mühümdür", - Rutte söyləyib.
Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı sübutların incələnməsi üçün təcili olaraq beynəlxalq səviyyədə istintaq başladılmalıdır.
Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin rəhbəri Antonio Tajani deyib. O, səudiyyəli jurnalistin ölümü ilə bağlı detalların aydınlaşdırılmasının vacib olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib.