Son zamanlar Çeçenistan və İnquşetiya arasında ərazi problemi yeni mərhələyə daxil olub.

 

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, problem Sujen və Malqobek rayonlarını əhatə edir:

"Çeçenlər iddia edir ki, bu ərazilər 1934-cü ildən İnquşetiyanın ərazisi olaraq qəbul edilsə də, əslində Çeçen Respublikasına məxsusdur. 1992-ci ildə Çeçenistan və İnquşetiyanın ayrılmasından sonra bu rayonlar İnquşetiya sərhədləri daxilində qalıb.

İnquşetiya Respublikasının başçısı Yunus Bek Yevkurov və Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov arasında Sujen rayonunun Çeçenistana verilməsi haqqında müqavilə imzalandıqdan sonra inquşlar buna etiraz əlaməti olaraq mitinq və nümayişlər təşkil edir".

Politoloq vurğulayıb ki, əsas məsələ çeçen və inquşlar arasında bu ərazi mübadiləsi məsələsinin niyə indi müzakirəyə çıxarılmasıdır:

"Rusiyanın ənənəvi olaraq ərazi problemlərini çıxararaq xalqları bir-birilərinə qarşı qoymaqla bağlı zəngin təcrübəsi diqqətə alınarsa, Rusiyanın “barıt çəlləyi” deyə biləcəyimiz Şimali Qafqazda ərazi problemlərini gündəmə gətirməsi, bölgədə yaşanması ehtimal edilən konfliktin Rusiya tərəfindən idarə edilə bilməsi üçün önləyici tədbir olaraq xüsusən hazırlanmış plan olaraq da dəyərləndirilə bilər. Rusiyanın son zamanlarda federal respubliklarada bölgənin avtoxton xalqlarının ana dillərində təhsil alma imkanlarını məhdudlaşdırmasından sonra bölgə xalqları arasında tarixi anlaşmazlıqlar elə rusların özləri tərəfindən müzakirəyə çıxarılır. Rusiyanın mövcud ictimai-siyasi və daxili təhlükəsizlik mühiti diqqətə alınarsa, bu dönəmdə daxili sabitliyin qorunması ən zəruri məslələrdən olduğu anlaşılır. Buna rəğmən Şimalı Qafqaqz xalqları arasında ciddi hərbi nəticələr doğura bilən ərazi məsələləri gündəmə gətirilir və yaxud gətirilməsi üçün imkan yaradılır".

Politoloqun sözlərinə görə, inquşların etirazları o qədər güclü olub ki, Rusiya polis və ordunu şəhərə gətirərək bunun qarşısını almağa çalışır:

"Hadisələrin məcrasının hansı yönə dəyişəcəyi diqqətə alınarsa, Rusiyanın bu problemin gündəmə gətirilməsində nə kimi marağı olduğu da ortaya çıxacaqdır".

15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Xəbər lenti