![]() |
|
Əsəd rejimi İŞİD terror qruplaşmasının Suriyanın Süveyda mahalında 25 iyulda təşkil etdiyi hücuma şərait yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı hesabat hazırlayıb.
Hesabatda hadisə şahidləri və yaxınlarını itirən bəzi şəxslərin ifadələrinə yer verilib. Bundan əlavə hesabatda may ayında rejim və İŞİD arasında əldə olunan razılıq əsasında 1200 terrorçunun paytaxt Dəməşqdəki Yermuk düşərgəsindən Süveydanın şərqindəki əraziyə getdiyi və rejim qüvvələrinin bölgədəki hərbi nöqtələri boşaldaraq İŞİD-ə şərait yaratdığı bildirilib.
“Rejim qüvvələri hücumlardan 3 gün əvvəl Süveyda mahalında yerli milislərə verdiyi silahları geri aldı. Ancaq bəzi bölgələrdəki milislər silahlarını verməyi qəbul etmədi. Daha sonra məlum oldu ki, İŞİD sadəcə silahları təslim edən kəndlərə hücum edib”, - hesabatda deyilib.
Qeyd edək ki, Süveyda mahalında iyulda baş verən İŞİD hücumu zamanı 150 nəfər həlak olmuşdu.
Bir qrup şəhid ailəsi birdəfəlik ödəmə alan zaman problemlərlə üzləşirlər.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Deputat şəhid ailələrinin narahatlıqları ilə bağlı dövlət qurumlarına çağırış edib:
“Hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir. Onlar bəzi şəhid ailəsi statusu alanların cənab Prezidentin imzaladığı fərmandan yararlanana bilməməsi məsələsinin parlamentdə qaldırılmasını xahiş edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta”nın nümayəndələri ilə danışdıqda bu qurumlar da ortaya çıxan bəzi problemlərin həllində maraqlı olduqlarını qeyd edirlər. Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar başımızın tacıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri ilə görüş zamanı cəmiyyətə mesaj verdilər ki, şəhid ailələri hər zaman xüsusi diqqətdə olmalıdır. Ancaq bir qisim ölkə rəhbərinin bu humanist fərmanından yararlana bilmir. Şəhid ailələrinin böyük hissəsinin bu birdəfəlik ödəməyə ehtiyacı var”.
Millət vəkili şəhid ailələrinin parlamentə yönəldilməsindən təəssüfləndiyini qeyd edib:
“Millət vəkili olaraq həmin şəhid ailələrinə müsbət cavab verməkdə çətinlik çəkir, pis vəziyyətdə qalırıq. Problemlərini qaldıraraq onların narahatlığının parlamentdə də nəzərə alındığını göstərmək istəyirik. Cənab sədr, sizin və parlamentimizin də hər zaman şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını bilirik. Ona görə də yaxşı olardı ki, bu məsələnin müsbət həlli məqsədilə qarşıdan gələn büdcə müzakirələrindən əvvəl aidiyyəti hökumət qurumları ilə görüş keçirilsin”.
11:59
ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Pompeonun səfər çərçivəsində Səudiyyə Ərəbistanı kralı ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının başına gələnlərlə bağlı danışıqlar üçün Dövlət katibi Pompeonu təcili olaraq Ər-Riyada göndərəcəyini ötən gün açıqlamışdı.
Pompeonun Ər-Riyaddan sonra Türkiyəyə gələcəyi gözlənilir.
***
Kral Salman bin Əbdüləzizlə Mayk Pompeo arasında görüş baş tutub.
Görüşdə yoxa çıxmış Səudiyyə vətəndaşı, jurnalist Camal Qaşıqçı barədə müzakirə aparılıb.
Məlumata görə, C.Qaşıqçının işi üzrə təhqiqatın şəffaf aparılmasının Ər-Riyad tərəfindən dəstəklənməsinə görə krala təşəkkürünü bildirib.
12:11
Hazırda Rəşid Mahmudovun vəziyyəti yaxşıdır.
Bu sözləri Axar.az-a açıqlamasında R.Mahmudovun həyat yoldaşı söyləyib.
“Yaşlı adamdır. Hərdən halı pisləşir. Şükür ki, indi vəziyyəti düzəlib. Hələlik həkimlər heç bir diaqnoz qoymayıb”, - deyə o bildirib.
Qeyd edək ki, tanınmış həkim Rəşid Mahmudov dünən axşam xəstəxanaya yerləşdirilib. Nyus24.az onun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində müalicə aldığını yazıb.
Mən bu il Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla iki dəfə - iyul və sentyabr aylarında görüşmüşəm.
Report xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin XİN başçılarının görüşündə jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Ermənistanda yeni hökumət zamanından Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dinamikasını saxlayıb.
Ermənistan XİN başçısı xatırladıb ki, tezliklə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər.
Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə özündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəndi əks etdirən qətnamə qəbul edilməsini şərh edərkən bildiriblər:
“Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə “Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnamə qəbul edildi və qətnaməyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edildi. Burada, ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması ifadə olunur”.
Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür.
Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, “dövlətlər qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir”.
Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur:
“İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”. Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur.
Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur”.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.