![]() |
|
Sanksiya və ticarət müharibələri beynəlxalq siyasətdə gərginliyi pik həddinə çatdırıb.
Axar.az xəbər verir ki, bunu Asiya-Avropa sammitində çıxışı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, hazırkı şəraiti Karib böhranı ilə müqayisə etmək olar.
O, sammitin ABŞ, Rusiya, Çin, Avropa Birliyini və digər gücləri dünyadakı mövcud fikir ayrılıqlarını həll etməyə çağırmalı olduğunu bildirib:
“Əgər Ukrayna, Suriya və digər problemlər həll edilməsə, situasiya pisləşəcək. Ballistik raketlərin yayılması təhdidi qaldıqca beynəlxalq terrorizm də başlıca problem olaraq qalır”.
Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Özbəkistanda ilk atom elektrik stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
Axar.az xəbər verir ki, tədbir Putinin Özbəkistana səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, bu səfər zamanı Rusiya ilə Özbəkistan dəyəri 27 milyard dollar olan 800-ə yaxın müqavilə imzalayıb.
Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.
Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.
Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.
Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azəri Layt” və “Kərkük” neft növlərini emal etmək mümkündür.
Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.
Jurnalist Camal Qaşıqçı ABŞ-da yaşadığından onun itkin düşməsinə görə, bu ölkə məsuliyyyət daşıyır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Axı, o ABŞ-da yaşayırdı. O, Rusiyada deyil, ABŞ-da yaşayırdı. Bu mənada onunla bağlı baş verənlərə görə, ABŞ müəyyən mənada məsuliyyət daşıyır. Sözsüz ki, bu, belədir”, - deyə Kreml rəhbəri bildirib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.63-1-ci yarımbənd əlavə edilsin:
“3.0.63-1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin”.
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.
Axar.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Başçısınin səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat Xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı BŞİH-in Mətbuat Xidmətinə işə qəbul olunub.
Qeyd edık ki, Ayna Əliyeva gəncdir, bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb.
ABŞ qırıcıları Somalidə Əş-Şəbab terror qruplaşmalarının mövqelərini hədəf alıb.
Axar.az xəbər verir ki, bombardmanın Mudu əyalətində Harardere birliyinin yaxınlığında baş tutduğu deyilib.
60 terrorçunun öldüyü hücum son illərin ən ölümcül zərbəsi adlandırılıb.
Rəsmi məlumata görə, əməliyyatda mülki şəxs ölümü qeydə alınmayıb.