![]() |
|
2019-cu il üzrə dövlət büdcəsində artımlar gözlənilir. hələlik artımın nə qədər olduğu açıqlanmır.
Qeyd olunub ki, müəyyən istisnalarla son illərdə daim büdcədə əvvəlki illə müqayisədə artımlar olub: “Büdcəyə sonradan dəyişikliklər nəticəsində artımlar edilib. Bildiyiniz kimi, 2018-ci ilin büdcəsinə də bu ilin növbədənkənar sessiyasında dəyişiklik edildi, dövlət büdcəsinə təxminən 2 milyarddan bir qədər artıq artım əlavələr edildi. Odur ki, növbəti ilin büdcəsində artım olacağı gözlənilir.
Həmçinin bildirilib ki, büdcədə bir sıra sahələr üzrə də əvvəlki illə müqayisədə azaldılmalar edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, qeyd edək ki, 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi layihələrinin MM-də müzakirə ediləcəyi tarix də məlum olub.
Büdcə zərfinə daxil olan layihələr parlamentin noyabrın 13-14-15-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Sənədlər eynin zamanda, yaxın vaxtlarda MM-ə göndəriləcək və ilkin olaraq, komitə iclaslarında müzakirələrdən keçiriləcək, sonra isə plenar iclaslara tövsiyə olunacaq.
Büdcə zərfi ilə bağlı deputatları maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.
Azərbaycan Ordusunun bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilib.
Müdafiə Nazirliyinə istinadən xəbər veririk ki, məşqlərdə şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar yerinə yetirilib, hərbi qulluqçuların döyüş vərdişləri təkmilləşdirilib.
Milli Məclisin (MM) növbəti plenar iclasının vaxtı dəyişdirilib.
iclas oktyabrın 12-də keçiriləcək. Sonrakı iclasın isə oktyabrın 16-da keçirilməsi planlaşdırılır. MM-in oktyabr ayı üçün sonuncu plenar iclası bu ayın 30-da baş tutacaq.
Xatırladaq ki, oktyabrın 19-da da plenar iclasın keçirilməsi nəzərdə tutulmuşdu.
Ukrayna kəşfiyyatı Suriya və Ukraynada döyüşən və Rusiya ilə bağlantısı olan “Vaqner” adlı qruplaşmanı deşifrə edib.
Axar.az xəbər verir ki, 206 nəfərlik siyahıda Ukrayna, Belarus, Ermənistan, Moldova, Qazaxıstan ve Özbəkistandan olan vətəndaşlar da yer alır.
Üstəlik sözügedən qrupdan 58-nin bir neçə ay öncə Suriyanın Deyr əz-Zor bölgəsində öldürüldüyü deyilib.
Məlumatda daha öncə Suriya və Ukraynada muzdlu olaraq döyüşən 600-ə yaxın “Vaqner” üzvünün öldürüldüyü xatırlanıb.
Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Sultan Jumaqulov bu gün səhər saatlarında dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Jumaqulov uzun sürət xəstəlikdən sonra 59 yaşında vəfat edib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Axar.az xəbər verir ki, dövlət başçısı Vladimir Putinə ad günü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Postsovet məkanının ən qədim münaqişəsi olan Dağlıq Qarabağ problemi sonda SSRİ-nin dağılmasına gətirib çıxartdı. Şimali Qafqazda yeni milli münaqişə ocağı da Rusiya Federasiyasında analoji prosesi başlada bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Kabardin-Balkardan sonra çeçenlərlə inquşlar arasında da milli zəmində qarşıdurma baş verib:
“Çeçenlər və inquşlar eyni vaynax xalqıdır. Çeçenlər teyplərdən ibarətdir. Vaxtı ilə inquşlar da çeçen teyplərinə daxil idilər. Sonradan inquşlar çeçenlərdən ayrıldılar. SSRİ vaxtı çeçenlərlə inquşlar eyni respublikada birləşdirildilər, SSRİ dağılandan sonra ayrı-ayrı respublikalar oldular. Birinci və ikinci çeçen-rus müharibələrində inquşlar ruslarla rəsmi müharibəyə girməsə də, çeçenlərin yanlarında oldular. Çeçenstanın ilk prezidenti mərhum Cövhər Dudayev verdiyi dəstəyə görə İnquşetiyanın ilk prezidenti Ruslan Auşevə təşəkkür etmişdi”.
Politoloq qeyd edib ki, indi bu iki qardaş xalqı bir-birinə qarşı vuruşdurmaq istəyən qüvvələr var:
“SSRİ dağılmağa yaxın olanda da milli münaqişələr çoxalmışdı. İndi də Qafqaz xalqlarını bir-birlərinə vurdurmaqla məşğuldurlar. İnquşetiya Şimali Qafqazın ən balaca respublikasıdır. Hələ ötən əsrin 90-cı illərindən Şimali Osetiya ilə İnquşetiya ərazi problemləri yaşayıb. İndi də iki qardaş müsəlman-vaynax xalqları olan çeçenlərlə inquşlar arasında ixtilaf yaradılır. Çeçenistanın İnquşetiya və Dağıstana qarşı müxtəlif dövrlərdə ərazi iddiaları olub. Bundan isə həmişə başqaları istifadə edib”.
Politoloq Çeçenistanla İnquşetiya arasında rayon dəyişilməsinə də münasibət bildirib:
“Çeçenistanla İnquşetiya arasında Sunjenskiy rayon ətrafında mübahisələr olub. Rəhbərlik əski inquş torpaqlarını Osetiyadan alıb İnquşetiyaya vermək əvəzinə, İnquşetiya və Çeçenistan arasında lazımsız ərazi dəyişikliyi edir. Mümkündür ki, bu qarşıdurmanın nəticəsində onların hətta muxtar statusu əllərindən alınsın”.
Politoloq vurğulayıb ki, bu, çox riskli oyundur:
“Hələ 19-cu əsrdə bir deyim var idi: “Polşa və Qafqaz Rusiyanın barıt çəlləyidir”. Polşa XX əsrin əvvəlində, Cənubi Qafqaz da XX əsrin sonunda Rusiyadan ayrılaraq müstəqilliklərini bərpa etdilər. İndi Şimali Qafqazda aktivlik başlayıb”.
Qeyd edək ki, son günlər Şimali Qafqazda vəziyyət gərginləşib. Belə ki, Kabardin-Balkarda çərkəzlərlə balkarlar arasında toqquşma yaşanıb. Nəticədə Kabardin Balkarın rəhbəri Kazbek Kokov Yuri Kokovla əvəzlənib. Bununla bərabər, Çeçenistanla İnquşetiya arasında ərazi mübadiləsi barədə razılaşma imzalanıb. Nəticədə İnquşetiyanın Sunjensk rayonu Çeçenistana, Çeçenistanın Nadtereç rayonu isə inquşlara verilib. Bundan sonra İnquşetiyada etiraz aksiyaları baş tutub. Etiraz aksiyaları Rusiya Milli Qvardiyası tərəfindən yatırdılıb.
Tonoyanın qondarma rejimə səfəri həm ordunu təftiş etmək, həm də ordunun “nəbzinin necə döyündüyünə” aydınlıq gətirməklə bağlı ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan ölkə daxilində və işğal altında olan bölgədə özünün nəzarətindən kənarda cərəyan edəcək hər hansı bir hadisəyə görə narahatdır:
“Ermənistan Müdafiə naziri David Tonoyan dünən qondarma rejimə getmədən Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan istiqamətində yerləşən hərbi birlikləri təftiş edib. Tonoyanın bu səfəri Azərbaycanın cəbhə xəttində atəşkəsi pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ehtimalından daha çox, Azərbaycan-Ermənistan sərhədində və işğal altında olan bölgələrdə Ermənistan ordusunun atəşkəsi pozaraq hərbi əməliyyatlara başlama narahatlığı ilə bağlı ola bilər. Bildiyimiz kimi, cari ilin aprel-may aylarında Ermənistanda yaşanan inqilab dalğası hələ səngiməyib və bir neçə gündür daha ciddi mərhələyə qədəm qoyub. Bu gün Paşinyan hökuməti üçün ölkə daxilində hakimiyyətini qoruyub saxlamaq və sabiq iqtidar, indiki müxalif Ermənistan Respublikaçılar Partiyasına qarşı mübarizə nə qədər əhəmiyyətlidirsə, Azərbaycan-Ermənistan sərhəd xəttində və işğal altında olan bölgələrdə atəşkəsə əməl edilməsi ən azı o qədər əhəmiyyətlidir”.
Politoloq vurğulayıb ki, Paşinyan ölkədə hakimiyyəti tam olaraq ələ aldığından əmin deyil:
“Onu narahat edən ən ciddi məsələlərdən biri də ordu daxilində Sərkisyanın adamlarının bilərək atəşkəs rejimini pozma və Paşinyan hökumətini çıxılmaz vəziyyətlə üz-üzə qoyma ehtimalıdır. Tonoyanın qondarma rejimə səfəri orada yerləşən ordu birliklərinin Paşinyan hökumətinə sadiq qalmaları məsələsinə açıqlıq gətirməsi ilə də bağlı ola bilər. Paşinyan hökuməti hazırda hər hansı bir gözlənilməyən siyasi və hərbi gedişdən əsla məmnun olmaz. Ən azından hökumətin iradəsindən kənar hər hansı bir hadisənin yaşanması Paşinyanın siyasi gələcəyi məsələsi ilə tərs mütənasibdir. Əlbəttə, Tonoyanın bu səfəri eyni zamanda qondarma rejimdə Ermənistanın daxili ictimai-siyasi vəziyyətilə bağlı narahatlığı azaltmaq məqsədi də daşıya bilər. Çünki Ermənistanın siyasi həyatında yaşanan hər hansı bir qırılma dərhal qondarma rejimdə bütün gücü ilə hiss edilir”.
Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə naziri David Tonoyan Baş Qərargah rəisi Artak Davtyanla birgə Naxçıvanla sərhədə baş çəkdikdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gəlib.