Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında reformların vacibliyini təsdiqləyiblər.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modinin birgə bəyanatında yer alıb. Bəyanatda reformların müasir dünya nizamını özündə əks etdirməsi üçün vacib olduğu bildirilib:

“BMT TŞ qlobal çağırışlara daha effektiv reaksiya verməlidir. Rusiyanın Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə daxil olması ilə bağlı dəstəyi dəyişməz olaraq qalır”.

Ermənistan Azərbaycan ilə silahlanma yarışına girməyi düşünür. Düşmən ölkə gələn il üçün hərbi xərclərini yenidən artırmaq istəyir.

Axar.az xəbər verir ki, bu məsələni Azərtac-a şərh edən analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistan 2019-cu ildə hərbi büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə düşüb. İşğalçı ölkənin müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-ci ildə olub. Həmin vaxt hərbi büdcə 2017-ci ildəkinə nisbətən 17,6 faiz artaraq 518 milyon dollar təşkil edib. Gələn il daha çox artım gözlənilir və bu göstərici təxminən 647 milyon dollar olacaq. Hərbi büdcənin bu cür artırılması ümumi daxili məhsulda hiss ediləcək şəkildə əks olunub. Belə ki, bu göstərici bu il 3,8 faizə yaxın olub, gələn il isə 4,5 faizə çatacaq. Hərbi büdcənin belə sürətli artımı əlbəttə ki, Ermənistan üçün ciddi çətinliklər yaradacaq. Bu rəqəmin ümumi daxili məhsulda nisbəti 5-6 faizdən çox olması ölkə iqtisadiyyatı üçün kifayət qədər ciddi təhlükədir. Amma bu artım Ermənistanın Azərbaycan ilə ayaqlaşa biləcəyi demək deyil. Əksinə, hərbi büdcənin belə artımı ölkə iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi deməkdir. Aydındır ki, hətta indiki artım nəzərə alınmaqla Ermənistanın hərbi büdcəsinin Azərbaycandakına çatmasına hələ çox var. Bu baxımdan, Ermənistanın hərbi büdcəsini artırması onun çöküşünü daha da sürətləndirəcək. Belə ki, Ermənistan həmin vəsaitə ancaq sosial sahələrə ayrılan xərcləri azaltmaqla nail ola bilər. Ancaq Ermənistanın elə böyük iqtisadi potensialı və gəlir mənbəyi yoxdur ki, paralel olaraq həm sosial, həm də hərbi sahədə eyni dərəcədə büdcə artımına qərar verə bilsin.

“Buna görə də maraqlıdır, Ermənistan hərbi xərcləri hansı ehtiyatlara əsaslanaraq artırmağı düşünür?! Dağılmış vəziyyətdə olan ölkə iqtisadiyyatının əsas hissəsi xarici dövlətlərin nəzarətindədir. Amma görünən odur ki, indiki hökumət xalqdan gələn sosial tələbin bu yöndə olduğunu düşünür. Çünki Azərbaycan hərbi büdcəsini mütəmadi qaydada artırır. Azərbaycanın həm büdcəsini, həm də hərbi xərclərini artırması Ermənistanda narahatlıqla qarşılanır. Yəqin ki, yeni rəhbərlik bunu nəzərə alaraq, Ermənistan cəmiyyətini “sakitləşdirmək” üçün belə bir addım atmağa qərar verib. Amma sosial vəziyyəti ağır olan ölkələrdə hərbi xərclərin artırılması heç bir iqtisadi məntiqə əsaslanmır və bu, yaxşı nəticə vəd etmir. Ermənistan hərbi xərcləri nə qədər artırsa da, bu, Azərbaycanın hərbi xərcləri üçün nəzərdə tutulan vəsaitdən dəfələrlə azdır. Hazırda Azərbaycanda hərbi, hərbi sənaye və hüquq mühafizə orqanlarına xərclənən məbləğ ümumi büdcənin 30 faizə qədərini təşkil edir. Azərbaycan müdafiə xərclərinə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik xərclərinə təqribən 4 milyard vəsait ayırıb ki, Ermənistanın dövlət büdcəsi heç o qədər deyil”, - deyə E.Aşırlı qeyd edib.


MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır.

Ardını oxu...

10:18

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında 2018-ci il sentyabrın 6-da Zaqreb şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında” Əsasnamənin və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Prezidentinin 2004-сü il 14 yanvar tarixli 14 nömrəli Fərmanı (Azərbayсan Respublikasının Qanunveriсilik Toplusu, 2004, № 1, maddə 20, № 4, maddə 229) ləğv edilsin.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, oktyabrın 6-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Heç bir qurum və cəmiyyəti təmsil etməyən şəxslər Dağlıq Qarabağ adı altında aksiya keçirirlər. İnsanlar onların ideyalarını dəstəkləmir. Onlar Azərbaycanın əsas problemi ilə bağlı məsələni ortaya atmaqla həm erməni dəyirmanına su tökürlər, həm də cəmiyyətdə anlaşılmazlıq yaradırlar.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O, bildirib ki, Azərbaycan prezident danışıqlarda ölkənin ərazi bütövlüyünü prinsipial məsələ olaraq ortaya qoyub:

“Prezident keçirdiyi görüşlərdə, beynəlxalq qurumlarla apardığı danışıqlarda nəinki Dağlıq Qarabağ, eləcədə vaxtı ilə ermənilərə verilən ərazilərin Azərbaycanın olması, azərbaycanlıların oradan qovulmasını diqqətə çatdırır. Cəmiyyət də öz prezidentini dəstəkləyir. Prezident ictimaiyyət qarşısında daima hesabat verir. İstər Bakıda keçirilən forumlarda, istərsə də regionlara səfəri zamanı xalqla görüşlərdə bu haqda məlumat verir. Məhz bu səbəbdəndir ki, seçkilərdə xalqımız prezidentə səlahiyyət verib ki, bu işlərlə məşğul olsun, danışıqlar aparsın”.

Novruzov əlavə edib ki, 1990-ci ildən qalma insanlar iddia edirlər ki, mitinqi keçirməklə prezidentə təzyiqlərin qarşısını alırlar:

“Bu nə düşüncədir? Prezident Qarabağ məsələsində ən kəskin mövqe tutur. Burada prezidentə hansı təzyiqdən söhbət gedə bilər? Qarabağ Azərbaycanındır. Azərbaycan həm danışıqlarda tutduğu mövqe, həm də ordunun gücləndirilməsində bu məsələnin istənilən variantına hazırlığını sübut edib. Bu il keçirilən iki parad buna bir nümunədir”.

Komitə sədri əlavə edib ki, mitinq keçirənlər indi də bir milyondan artıq qaçqınlara mənəvi terror edir, o bölgədən olan insanlara “siz niyə mitinqə gəlmirsiniz” kimi ifadələr işlədir:

"Bunlar qəbuledilməzdir. Qarabağ hər bir azərbaycanlınındır. Heç kimin səlahiyyəti yoxdur ki, qaçqınları təhdid etsin, aşağılasın. Qaçqınlara qarşı belə ifadələr işlətmək onları aşağılamaqdır. Qarabağ münaqişəsi futbol meydanında keçirilən mitinqlə həll ediləsi deyil. Bu prezidentin rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində və Azərbaycan qanunları əsasında sülh və ya hərb yolu ilə azad ediləcək. Görək bu çağırışı edən şəxslərin övladları gəlib bu prosesdə iştirak edəcəkmi? Onlar bulanıq suda balıq tutmaq istəyirlər. Onlar üçün əsas şərt Azərbaycanın ərazi bütövlüyü deyil, oyunbazlıqdır. Qaçqınlar onları boykot edib. Çünki onların fəaliyyətinə görə qaçqın düşüblər. Oyunbazlar gedib öz işləri ilə məşğul olsun”.

Moskva yaxınlığında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi qəzaya düşüb.

Axar.az xəbər verir ki, TASS agentliyi qəza zamanı pilotların katapult edərək həyatlarını xilas etdiklərini bildirib.

Qeyd edək ki, ötən gün Rusiyanın Kostrom vilayətində helikopterin qəzaya uğraması nəticəsində Rusiya Baş prokurorunun müavini Saak Karapetyan ölüb.

Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununa dəyişiklik edib.

Axar.az xəbər verir ki, dəyişikliklər haqqında millət vəkillərinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri xatırladıb ki, parlament yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması və tətbiq edilməsi haqda qanun qəbul edib.

Onun sözlərinə görə, artıq bu qanun icra edilir və vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri verilməsinə başlanılıb. Bu qanuna görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi zamanı vətəndaşdan əl-barmaq izləri götürülür. Beynəlxalq standartlara görə, 15 yaşı tamam olmayan vətəndaşlardan əl-barmaq izləri götürülmür. Dəyişikliyə əsasən, 15 yaşına çatmayan şəxslərdən əl-barmaq izi götürülməyəcək”.

Mən və digər deputatlar tərəfindən Milli Məclisdə bu məsələ zaman-zaman qaldırılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə diplomatik pasport verilmir.

Axar.az xəbər verir ki, bu məsələni Milli Məclisin toplantısında deputat Qüdrət Həsənquliyev qaldırıb.

Deputat əlavə edib ki, MSK sədri Məzahir Pənahov bununla bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə məktubla müraciət edib:

“Hakimi seçən qurumun üzvlərinə diplomatik pasport verilir, amma prezidenti, Milli Məclisin üzvlərini seçən qurumun nümayəndələrinə diplomatik pasport verilmir. Bu anlaşılan deyil. MSK üzvlərinə də diplomatik pasport verilməlidir. Mən MSK üzvü olmuşam və bilirəm ki, MSK üzvləri mütəmadi olaraq xarici ölkələrə səfərlər edirlər. Cənab sədr, mən xahiş edirəm ki, Prezident Administrasiyası ilə bu məsələni müzakirə edin”.

 

Prezident palata ilə bağlı fərman verdi

Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

  fərmanda qeyd olunur ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınır:

1. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 449; 2017, № 6, maddə 1115) ləğv edilsin.

Xəbər lenti