![]() |
|
İsrail dinc aksiyalara tanklardan atəş açaraq cavab verir.
Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Fevzi Bərhum bəyanat yayıb.
“İsrailin dinc aksiyalara tanklardan atəş açaraq cavab verməsi, Qəzzada mühasirə altındakı məsum şəxslərə qarşı işlədiyi günahları sübuta yetirir. Ərəb dünyası və beynəlxalq toplumun səssizliyi İsraili işlədiyi günahlar məsələsində cəsarətləndirir”, – deyə o bildirib.
Venesuela əhalisinin qayğıya, ölkənin isə təmizliyə ehtiyacı var.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çili Prezidenti Sebastyan Pinyera ilə görüşü zamanı deyib.
“Venesuela Prezidenti Nikolas Maduro bizimlə görüşmək istəyir. Görək bundan nə çıxacaq. Venesuelada özbaşınalıq hökm sürür və onu təmizləmək lazımdır. İnsanların qayğıya ehtiyacı var”, – deyə o bildirib.
Brejnevin ən etibarlı dostlarından biri olan Semyon Kuzmiç Sviqun baş katibin Moldaviya klanının əsas fiqurlarından biri sayılıb. Adətinə xilaf çıxmayan Brejnev daha yüksək postlara sahib olduqca, ona sədaqət göstərən məsləkdaşlarını, o cümlədən Sviqunu da yüksək vəzifələrə çəkib. Təbii ki, bu siyasi “mehribanlıq” əvəzsiz qalmayıb.
Semyon Sviqun 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olub, Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib, sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb. II dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.
Brejnevlə dostluq münasibətlərinə baxmayaraq, Sviqun 1967-ci ilə qədər Moskvada ümumittifaq miqyaslı vəzifəyə sahib ola bilməyib. Bu da səbəbsiz deyil. Vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi olmuş, sonra Xruşovun təqdimatı ilə SSRİ DTK-sının sədri olan Semiçastnı ilə Sviqunun arasında soyuq münasibətlər hökm sürüb. Semiçastnı Moldaviyanın ikinci katibinə sui-qəsd cəhdində Sviqundan şübhələnib, ancaq konkret faktlarla onu ittiham edə bilməyib. Bu hadisədən sonra Sviqunun Moskvada xidmət etməsi Semiçastnı üçün arzulanmaz olub.
1967-ci ildə Siyasi Büronun iclasında DTK sədrinin gözlənilmədən iclasa çağırılması, Brejnevin kəskin çıxışı nəticəsində Semiçastnı vəzifəsindən uzaqlaşdırılıb, Brejnev hətta onun Moskvada qalmaması üçün Ukraynada yeni vəzifənin təsis olunmasına dair göstəriş verib. Beləliklə, Semiçastnı Ukrayna Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunaraq Kiyevə yola salınıb.
Yuri Andropov DTK sədri təyin olunduğu gün Brejnevin ona ilk “məsləhət”i belə olub:
- Sviqunu Moskvaya gətirmək lazımdır.
Brejnevlə Sviqunun isti münasibətlərindən xəbərdar olan Andropov öz arzusuna məcburən zidd olaraq səhərisi gün Sviqunun SSRİ DTK sədrinin müavini vəzifəsinə təyin olunması ilə bağlı Leonid İliçə təqdimat verib. Qısa müddətdən sonra isə Sviqun 1-ci müavin postuna təyin olunub, ordu generalı rütbəsi alıb, Mərkəzi Komitənin üzvü seçilib.
Əslində Sviqunun bu posta təyinatı SSRİ dövlət təhlükəsizliyi orqanlarında xidmətin keyfiyyətinin artırılmasından daha çox, Andropovu nəzarətdə saxlamaq xarakteri daşıyırdı. Və Sviqun bir çox ciddi, dövlət əhəmiyyətli məsələləri Andropovla deyil, birbaşa Brejnevlə müzakirə edib.
Hər halda bu fikrin nə qədər həqiqət olub-olmadığını indi araşdırmaq çətin məsələdir. Amma fakt odur ki, hər iki ailə bir-biri ilə çox mehriban olublar. Bu mehribanlığın arasında nələr dayandığını da anlamaq artıq bu gün üçün gecdir. Amma Roza
Yermolovanın gündəliyində maraqlı məqamlar az deyil:
“Bakıdan uçan təyyarə məni Moskvaya gətirmişdi. Hava limanından birbaşa Leonid İliçgilin yaşadığı bağa yollandım. Viktoriya məni həmişəki kimi böyük sevinclə qarşıladı. Bir az keçməmiş Leonid İliç zəng vurdu, Viktoriya ona qonaq gəldiyimi söylədi. 20 dəqiqədən sonra Brejnev bağa gəldi. Qucaqlaşıb mehribanlıqla salamlaşdıq. Sonra hamımız qonaq otağına keçdik. Viktoriya süfrə açdı. Leonid İliç Sviqunu soruşdu, mən ona bildiyim qədər həyat yoldaşımın işlərindən danışdım. Xeyli zarafatlaşdıq, Leonid İliç araq, biz isə konyak içirdik. Sonda isə hamımız şərab içdik. Viktoriya çay süfrəsi düzəldəndə Leonid İliç Sviquna zəng etdi, hal-əhval tutdu, dedi ki, Moskvaya gələndə hökmən görüşməliyik, bəzi məsələləri müzakirə etmək lazımdır. Sonra zarafatlaşmağa başladılar:
- Semyon Kuzmiç, mən indi sənin yoldaşınla konyak içirəm. Viktoriya isə iki saatdan sonra gələcək, onda da çay içərik yəqin ki...
Bu anda Viktoriya dəstəyi götürdü:
- Semyon Kuzmiç, Moskvaya gəlmək lazımdır, biz konyak içərik, bunları isə çaya dəvət edərik.
Beləcə, çox maraqlı bir gecə keçirdik. Səhər Leonid İliç mühafizəçiyə mənə bağa gəlmək üçün uzunmüddətli buraxılışın verilməsi barədə göstəriş verdi...”.
Birinci versiya briliyant oğurluğu ilə bağlıdır. Belə ki, sirk ustası İrina Buqrimovanın mənzilindən oğurlanan qızıl və briliyantlara görə “Qaraçı” adı ilə məşhur olan, Böyük Teatrın artisti Boris Buryats həbs olunmuşdu. Buryatsın bu işlə qrup şəkildə məşğul olması da aydınlaşmışdı və bu onun birinci oğurluq işi deyildi. Və bu qrupda Qalina Brejnevanın da adı hallanırdı. Çünki Qalina ilə Buryatsın sevgi məcaraları da heç kimə sirr deyildi və münasibətlər Leonid İliçin heç də xoşuna gəlmirdi. Versiyaya görə, Qalina Brejnevanın istintaqa cəlb olunması mütləq sayılıb, Andropov Sviquna deyib ki, bu məsələnin necə həll olunmasını Suslovla müzakirə etmək lazımdır və bu işi öz üzərindən ataraq ona həvalə edib. Bu versiyanı söyləyənlər qeyd edirlər ki, Suslovla Sviqunun arasında olan söhbət o qədər kəskin şəkil alıb ki, hər iki tərəfin hətta psixoloji durumuna mənfi təsir göstərib. Və bu görüşdən sonra Sviqun öz bağında sürücüsünün tapançası ilə özünü vurub. Bir neçə gündən sonra isə Suslov səhhətində qəfil yaranan problemlərdən vəfat edib.
Bu versiyanı təkzib edənlər belə əsaslandırırlar ki, Qalina Brejneva ilə bağlı məsələni Sviqun heç vaxt Suslovla müzakirə edə bilməzdi. İstənilən vaxt birbaşa Brejnevlə görüşmək imkanı olan Sviqun təbii ki, bu məsələni onunla müzakirə edə bilərdi.
İkinci versiya Sviqunun xəstəliyi ilə bağlıdır. Belə ki, o xərçəng xəstəliyindən əziyyət çəkib. Bu haqda akademik Çazov öz memuarlarında qeyd edib:
“Sviqun xərçəng xəstəsi idi. Son zamanlar xəstəliyi şiddətlənmişdi. Belə hesab etmək olar ki, onun özünə sui-qəsd etməsi də elə bununla bağlı olub...”.
Bu versiyanı elə həmin dövrdə DTK-nın yüksəkçinliləri təksib edib.
Sviqunun intiharı ilə bağlı versiyalar çox, onları təkzib edən faktlar da elə bir o qədərdi.
Semyon Kuzmiç Sviqun xarakter etibarı ilə qapalı insan olub. Və yəqin ki, o, bu qapalılığı ilə söylənilən bütün versiyaların heç birinə uyğun olmayan bir səbəbdən intiharının sirrini də özü ilə birdəfəlik aparıb.
Ordu generalının nekroloqunda isə ölüm səbəbi bir cümlə ilə əksini tapmışdı: “Uzun sürən xəstəlikdən sonra...”. Və bu nekroloqa uzun illərin dostu, silahdaşı, məsləkdaşı Leonid İliç Brejnev imza atmamışdı...
Kəşfiyyat mövzulu neçə-neçə kitabın, ssenarinin müəllifi olan, nəhayət, “Baharın on yeddi anı” filminin baş məsləhətçisi Sviqunun Azərbaycandan başlayan yüksəliş yolu Moskvada müəmma ilə bitərək SSRİ tarixinə 1982-ci ilin ən faciəli hadisələrdən biri kimi düşüb...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkellə keçirəcəyi mətbuat konfransı gərginliyə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Gərginliyə Almaniyada yaşayan türkiyəli müxalif jurnalist Can Dündarın konfransa akkreditasiya olunması səbəb olub.
Ərdoğanın mətbuat konfransını ləğv edəcəyi bildirilir.
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.
İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Report-a açıqlamasında bildirib ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib.
General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər. Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir. Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.
Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.
Ermənistanın Respublikaçılar Partiyası növbədənkənar parlament seçkisində iştirak etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin deputatı və partiya sədrinin müavini Qalust Saakyan deyib.
“Biz partiyamızın iclasında daxili siyasi vəziyyəti müzakirə etdik. Respublikaçılar Partiyası parlament seçkisinin növbədənkənar qaydada keçirilməsini doğru hesab etmir. Parlamentin buraxılması ölkə üçün təhlükəli ola bilər. Respublikaçılar Partiyası bütün variantlara hazırdır və əgər növbədənkənar seçki keçirilsə, biz burada iştirak edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Respublikaçılar Partiyası Serj Sərkisyanın rəhbərliyi ilə xüsusi iclasını keçirib.
14:30
Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçiriləcək görüşü zamanı Türkiyədə insan haqlarının hazırki vəziyyəti və bu ölkədə həbsdə olan alman vətəndaşları ilə bağlı müzakirə aparacağını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Almaniyanın Türkiyəyə iqtisadi yardımı ilə bağlı sualı cavablandıran Merkel birbaşa maliyyə yardımı ehtimalını istisna edib.
“Türkiyənin sabit bir ölkə olaraq qala bilməsi üçün ağıll əlaqələr qurması vacibdir. Birbaşa maliyyə yardımından söhbət getmir, ancaq iqtisadi cəhətdən birlikdə çalışmağa məcburuq və mütləq nələrsə barədə razılıq əldə edə bilərik”, - Merkel bildirib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 günlük rəsmi Berlin səfəri çərçivəsində bu dəqiqələrdə Almaniya kansleri Angela Merkellə görüşür.
Liderlər görüş başa çatdıqdan sonra birgə mətbuat konfransı keçirəcəklər.