![]() |
|
Putinin Bakıya qısamüddətli və işgüzar səfəri olduqca məzmunlu idi.
Bunu Axar.az-a Rusiya Prezidentinin Bakıya səfərinin yekunu ilə bağlı danışan sabiq dövlət başçısı Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Putinin Bakıya səfəri Rusiyanın bölgədə ölkəmizə birinci dərəcəli əhəmiyyət verdiyinin və Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaşı olaraq qəbul etdiyinin bariz göstəricisidir:
“Bu, əlaqələrin gələcəkdə daha yeni məzmun çalarları ilə zənginləşməsinə böyük imkanlar açır. Səfər zamanı prezidentlərinin təkbətək görüşü xüsusi əhəmiyyətə malikdir. Bir müddət öncə Azərbaycan Prezidenti Soçidə rusiyalı həmkarı ilə 1 saatdan çox təkbətək görüş keçirmişdi. Hər iki görüşdə sırf Azərbaycanı maraqlandıran məsələlərin müzakirə edildiyi şəksizdir. Liderlərin bir ayda iki dəfə baş tutan və kifayət qədər məhsuldar keçən görüşü dövlətlərarası əməkdaşlığa ciddi aydınlıq gətirdi. Belə olan halda görüşlərdə Dağlıq Qarabağ məsələsi istiqamətində də məzmunlu fikir mübadiləsinin aparıldığına şübhə yeri qalmır. Danışıqların mahiyyəti açıqlanmasa da, Azərbaycanın strateji maraqlarına daxil olan Qarabağ məsələsi ilə bağlı bəlli bir qənaətə gəlindiyini düşünmək olar”.
Politoloq Rusiya və Azərbaycan prezidentlərinin Bakı görüşünün İrəvanı əməlli-başlı silkələdiyini deyib:
“Putinin Bakını seçərək İrəvanı arxa plana atması Ermənistana ciddi mesaj idi. Hər halda Paşinyan hökumətinin əvvəlki atmosferi xeyli dərəcədə aşağı düşüb və onlar artıq arxalarında hər hansı bir qəyyumun olmadığı reallığını dərk ediblər. Moskvanın İrəvanla bu cür davranışı göstərir ki, Kreml cırtdan Ermənistana əvvəlki kimi odlu-alovlu danışmağa imkan verməyəcək. Üstəlik, Paşinyan artıq danışıqlarla bağlı əvvəlki lovğalıq və təkəbbürünü davam etdirə bilməyəcək”.
Politoloq onu da qeyd edib ki, bu siyasi perspektivlər ruhlandırıcı məzmunda düşünməyə imkan verir:
“Rusiyanın Azərbaycana nümayişkarənə bir surətdə diqqət göstərməsi regionda bir çox ölkələrə nümunə olacaq. Çünki Bakı və Moskva arasındakı bağların artması qarşılıqlı etimad mühitini də gücləndirəcək”.
Qarabağ mitinqini kimin və ya hansı təşkilatın keçirməsindən asılı olmayaraq, hamımız Qarabağ adına olan bütün aksiyaları dəstəkləməliyik və qoşulmayılıyıq. Qarabağ məsələsinə bütün siyasi qüvvələr dəstək verməlidir.
Bu sözləri Axar.az-a BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı sabah baş tutacaq Qarabağ mitinqi ilə bağlı danışarkən bildirib.
N.Orduxanlı deyib ki, BAXCP Qarabağ mitinqi ilə əlaqədar yerli rayon şöbələrinə məlumat verib və mitinqdə iştirak etməyi məqsədəuyğun hesab edib:
“Sentyabrın 29-da “Məhsul” stadionda keçirilən mitinqin əsas təşkilatçiları Qarabağ əlilləri və qaziləridir. Qarabağ bizim ümimmilli məsələmizdir. Kimin və ya hansı təşkilatın keçirməsindən aslı olmayaraq, biz Qarabağ adına olan bütün aksiyaları dəstəkləməliyik və qoşulmayılıyıq!
Biz partiya olaraq mitinqin hazırlıq prosesində iştirak etməmişik və mitinqə hansı siyasi partiyaların, QHT-lərin, ziyalıların qatılacağını bilmirik. Düşünürəm ki, bu bir milli məsələ olduğuna görə, hər kəs öz dəstəyini əsirgəməməlidir.
Sabah həmin mitinqə iştirak edəcəyik. Hər kəs çox yaxşı bilir ki, BAXCP hər zaman milli məsələrə dəstək verib və bundan sonra da verəcək”.
Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda Qarabağla bağlı mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.
Rusiya Suriyaya S-300 zenit raket kompleksləri verməklə İsraili cilovlaya bildi.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşrində Levinin köşə yazısı dərc olunub.
Jurnalistin sözlərinə görə, İsrail son illərdə nəzarətdən çıxaraq digər ölkələri bombardman edir, Rusiya isə İsrailə onun təsir gücünün sərhədsiz olmadığını və ABŞ-ın həmişəlik onu qoruya bilməyəcəyini xatırlatdı.
“Ana Rusiya, çox sağ ol ki, çoxdandır heç kimin sakitləşdirmədiyi uşağın əl-ayağını yığırsan”, - Levi bildirib.
Müəllifin sözlərinə görə, bu cür məhdudiyyətlər İsrail üçün hava-su kimi vacibdir. Çünki son zamanlarda onun ölkəsi nəzarətdən çıxaraq Suriyanı sərbəst şəkildə bombalayıb. Rusiya isə Suriyaya S-300 sistemləri verməklə rəsmi Təl-Əvivə elə onun anlayacağı dildə cavab verib
Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitində Ermənistan Baş naziri Nikol Paşinyanla qısaca danışıq aparıb.
Axar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanla Putinin qısa söhbəti zamanı Rusiya liderinin Ermənistana səfərinin perspektivlərinin müzakirə edilmədiyini vurğulayıb.
O bildirib ki, qısa danışıq baş verən hadisələr ətrafında olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Qaralov Zakir Bəkir oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Kamran Bayram oğlu
Əsgərov Namiq Əli oğlu
Usubov Rüstəm Sabir oğlu
Vəliyev Xanlar Rüstəm oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abbasov Elşən Akif oğlu
Abbasov İlqar Rza oğlu
Əhmədov Eldar İbad oğlu
Nağıyev Əli Nağı oğlu
Rəcəbov Nazim Hafiz oğlu
Sultanov Müqəddəs Hətəm oğlu
Şahverdiyev Səbuhi Zəhmət oğlu
“Tərəqqi” medalı ilə
Ələkbərov Taryel Əkbər oğlu
Həsənəliyev Fazil Əsgər oğlu
Həsənov Yaşar Əli oğlu
İmanov Sərdar Eyzam oğlu
İmranov Şəfahət Aydın oğlu
Rəsulov Fuad Mirmehti oğlu
Talıbov Məhərrəm Yusif oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abdullayev Natiq Saleh oğlu
Ağayev Elşad Cəlil oğlu
Axundov Aqil Asif oğlu
Ələsgərov Fəxri Murtuz oğlu
Əhmədov Ülvi Rövşən oğlu
Əsgərov Əsrafil Cəfər oğlu
Hadıyev Ramazan Ədyar oğlu
Həsənov Mürvət Kamil oğlu
İbrahimov Salman Müzəffər oğlu
Kərimbəyli Aygün Əli qızı
Məmmədov Heydər Vidadi oğlu
Məmmədov Qürbət Surxay oğlu
Musayev Emin Özbək oğlu
Qayıbov İsmayıl İsmət oğlu
Qocayev Mehman Alı oğlu
Quliyeva Gülşən Əzizulla qızı
Rzayev Ramil Əli oğlu
Sarıkişiyev Asəf Vaqif oğlu
Səfərov Qabil Qurban oğlu
Talibli Nigar Ağakişi qızı
Talıbov Kamal Hüseyn oğlu
Verdiyev Amid Asif oğlu
Vəliyev Teymur İbrahim oğlu
Zeynalov Rauf Nurəddin oğlu.
Ötən gün Tacikistana səfər edən prezident İlham Əliyev MDB ölkə liderləri üçün nəzərdə tutulan gecə gəzintisinə qatılıb.
Emomali Rahmonun təşkilatçılığı ilə ötən gecə baş tutan gəzintidə ölkə liderləri Tacikistanın təbii nemətləri ilə tanış olublar. Sərgidə meyvə-tərəvəzlər, quru meyvələr, bal nümayiş olunub.
Qeyd edək ki, artıq bu gündən MDB Dövlət Başçıları Şurasının iclası öz işinə başlayıb. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Belarus dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan lideri Nursultan Nazarbayev, Moldova lideri İqor Dodon, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rahmon və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edir.
Türkmənistan lideri Qurbanqulu Berdımuhammedov BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etdiyi üçün sammitə qatıla bilməyib. Düşənbədə onu baş nazir müavini təmsil edəcək. Eyni zamanda, bu dəfə Ukraynadan da heç kim təmsil olunmur.
Sammit “Somon” sarayında keçirilir.
15:51
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Axar.az xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış ediblər.
Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.
***
- Hörmətli Vladimir Vladimiroviç, icazə verin, Sizi Azərbaycanda bir daha salamlayım, xoş gəlmisiniz.
Biz Sizi görməyimizə həmişə çox şadıq. Sizin bügünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin parlaq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik. Bir daha “Xoş Gəlmisiniz!” deyir və səfərə görə təşəkkür edirəm”.
***
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Bakıya dəvətə və cüdo üzrə dünya çempionatında olmaq imkanına görə çox sağ olun. Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər. Bu, təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfədir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.
“Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu gün elə bu barədə danışacağıq. Sağ olun”, - deyə V.Putin bildirib.