Ermənistan Boks Federasiyasının yenidən formalaşdırılmış rəhbərliyinin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.

 

Report xəbər verir ki, jurnalistlərlə görüşü avqustun 2-də seçilən, lakin Ermənistan İdman Nazirliyinin tanımadığı qurumun rəhbərliyi pozub.

 

Həmin federasiyanın prezidenti Artur Gevorqyan məşqçilər korpusu və idmançılarla zala daxil olaraq tədbirin baş tutmasına imkan verməyiblər. Onlar jurnalistlərin əvəzinə özləri suallar ünvanlamağa başlayıblar. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mətbuat konfransı rinqə çevrilməsə də, yarımçıq qalıb. Tədbiri təşkil edənlər isə zalı tərk ediblər.

Qeyd edək ki, Ermənistan Boks Federasiyasının avqustun 2-də keçirilmiş növbədənkənar konqresində Artur Gevorqyan yekdilliklə və alternativsiz yenidən prezident seçilib. Bir qrup məşqçi və boks ictimaiyyətinin nümayəndələri Milli Yığıncağın deputatı olan Gevorqyanın qanunsuz yolla seçildiyini iddia ediblər. Onlar İdman Nazirliyinə və Ermənistan Milli Olimpiya Komitəsinə (MOK) şikayət ediblər. Öz növbəsində, Nazirlik seçkinin həqiqətən də ciddi qanun pozuntuları şəraitində keçdiyini açıqlayıb. Gevorqyan isə Nazirlik və MOK-u müstəqil federasiyanın işlərinə müdaxilədə ittiham edib.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti