![]() |
|
İranla nüvə razılaşmasına imza atan Avropa Birliyi ölkələri razılaşmanı dəstəkləyir və Tehranı öz öhdəliklərini icra etməyə çağırır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
“İranla imzalanan razılaşma ideal deyil, amma bu, ölkənin nüvə proqramının inkişafına maneə yaradıb. Avropa İranla iqtisadi mübadiləni inkişaf etdirəcək”, – o bildirib.