Qagik Çarukyanla Nikol Paşinyanın növbədənkənar parlament seçkisinin keçirilməsi barədə razılaşmasından sonra Respublikaçılar Partiyasında canfəşanlıq yaşanmağa başlayıb.

 

Axar.az xəbər verir ki, razılaşmanın elanı və Daşnaksütyun Partiyasının Paşinyanla razılaşma üçün optimist bəyanatları keçmiş hakim partiyadakı bəzi deputatların mövqelərini dəyişməsinə səbəb olub. Belə ki, “inqilab”dan dərhal sonra Respublikaçılar Partiyasını tərk edən deputatlar Artur Gevorkyan və Arman Saakyan Paşinyanın mövqeyini dəstəkləyiblər və növbədənkənar seçkinin dekabrda keçirilməsi gərəkdiyini bildiriblər.

Serj Sərkisyanın partiyasına ən böyük zərbə hazırkı deputat Gevork Kostanyandan gəlib. Belə ki, keçmiş baş prokuror Kostanyan (partiya üzvü deyil, amma Respublikaçılar Partiyasının fraksiyasında yer alır – red.) açıq şəkildə hakimiyyətin mövqeyini dəstəklədiyini bildirib. O, Nikol Paşinyana inandığını və hər zaman onun yanında dayanmağa hazır olduğunu deyib.

Kostanyanın açıqlaması ilə yanaşı, dünən Respublikaçılar Partiyasını deputat Alik Sərkisyan da tərk edib. O, buna səbəb kimi növbədənkənar seçki ilə bağlı partiyanın göstərdiyi mövqeni dəstəkləməməsini göstərib.

Bununla Respublikaçılar Partiyasını tərk edən deputatların sayı 9-a çatıb. Bundan öncə partiyanı Aşot Arsenyan, Arman Saakyan, Artur Gevorkyan, Samvel Aleksanyan, Artak Sərkisyan, Feliks Çolakyan, Naapet Gevorkyan və Şirak Torosyan tərk edib. Deputat Manvel Qriqoryanın həbsi də nəzərə alınacağı təqdirdə Respublikaçılar fraksiyasının parlamentdəki deputatlarının sayı 48-ə düşüb.

Digər tərəfdən, qeyri-rəsmi olaraq partiyadan artıq uzaqlaşan deputatların sayı daha çoxdur. Belə ki, bu gün həmçinin 14 deputat növbədənkənar seçkinin dekabrda keçirilməsi ilə bağlı çağırış edib. Maraqlı məqam odur ki, seçkini dəstəkləyənlərin əksəriyyəti Respublikaçılar fraksiyasının keçmiş və indiki üzvləridir. Onlar arasında partiyanı tərk edənlərlə bərabər, Taçat Vardapetyan (biznesmen), Arsen Mixaylov (rus icmasının nümayəndəsi), Knyaz Həsənov (kürd icmasının nümayəndəsi), Akop Akopyan, Arutyun Karapoqosyan da var.

Hazırda parlamentdə respublikaçılardan sonrakı yerdə Çarukyan Bloku (31), Yelk Bloku (9), Daşnaksütyun Partiyası (7) qərarlaşıb. Bitərəf deputatların sayı isə 9-dur. Nəticədə Paşinyan Serj Sərkisyana qarşı böyük üstünlük qazana bilib. Daşnakları da dekabrda yeni seçkiyə razı salacağı təqdirdə Paşinyanın dəstəkləyən deputatların sayı 57 nəfərə çatacaq.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti