Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşdu: 4 yaralı
Yaralılar xəstəxanaya yerləşdirilib

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. İlkın məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bakıda MTK-nın aldatdığı vətəndaş intihara cəhd etdi
Paytaxtın Nəsimi rayonunda intihara cəhdin qarşısı alınıb.

"Yol-xeber.az" xəbər verir ki, rayonun Mirəli Qaşqay küçəsində Damət Ağayev yaşadığı binanın damına çıxaraq intihar etmək istəyib.
Damət Ağayevin intihar etməyinə səbəb MTK-nən narazılığıdır. D.Ağayev binanın kommunal təhcizatından narazı olduğu üçün özünü öldürmək qərarına gəlib.
Damət Ağayev yaşadığı binanın MTK-sindən şikayət edib.
O, 2006- cı ildə "Aslan MTK"-ya 45 min manat ödəyərək sənəddə sahəsi 81 kv metr göstərilən mənzil alıb. Bir neçə il sonra evini təmir etdirərkən bilib ki, mənzilin real sahəsi 81 yox 68 kv metrdir.

Damət Ağayev MTK-dən pulunu verib 81 kv metr adı ilə aldığı mənzilini geri istəyir.

İllərdir bu probleminin həll olmadığını bildirən Damət Ağayev artıq bu şəraitdən bezdiyini bildirib.

Hadisə yerinə gələn FHN-nin Xilasediciləri bir qədər söhbətdən sonra Damət Ağayevi intihar etmək fikrindən yayındırıblar.

Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır. 

DİN əməliyyat keçirdi: Bakıya narkotik maddələr gətirənlər saxlanılıb - FOTO
Faktla bağlı cinayət işi başlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar. M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddətdir ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

Aeroport yolunda daha bir qəza: "Prado" "Opel"i belə vurdu - REAL VİDEO
Son anda "Opel" digər avtomobilə dəyməyə az qalsa da ikinci qəza baş vermir

Bakıda baş vermiş qəza anı kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, "Toyota Prado" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən "Opel" markalı avtomobilə çırpılır. Hadisə səbəb kimi "Opel"in sürücüsünün sürəti azaltması olsa da "Prado" sürücüsü də ara məsafəsini düzgün seçməyib.

Son anda "Opel" digər avtomobilə dəyməyə az qalsa da ikinci qəza baş vermir. Videonu təqdim edirik:

 

Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. 

Nəticədə avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə taksidə olan 1995-ci il təvəllüdlü Muradov Rauf Feyzulla oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hacıqabulda evakuator "KamAZ"-la toqquşub, bir nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax magistral yolunda, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ucar sakini, 1993-cü il təvəllüdlü Hacıyev Orxan Şakir oğlunun idarə etdiyi evakuator "KamAZ" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində evakuatorun sürücüsü ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda sürət yarışı qəzaya səbəb olub - FOTO
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb. Avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

 

 

Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü
Bakıda baş vermiş qəza anı kameraya düşüb.

"Yol-xeber.az" avtosfer.az-a istinadla xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırıb və asta sürətlə hərəkət edib. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq, ona yaxınlaşıb və irad bildirib.

Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyib. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılıb. Digər avtomobil isə “Toyota”ya dəyib. Bütün bu hadisələrin fonunda beşinci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulub.

Bir anın içində avtomobillərdən düşən sürücü və sərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçıb və sürücünü döyməyə başlayıblar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışıb. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırıblar.

Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - YENİLƏNİB
Faktla bağlı araşdırmalar davam etdirilir

***22:00**

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.  

 

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

***00:15***

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ölüb.

Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

Xəbər lenti