![]() |
|
Türkiyənin Dənizli vilayətində it zəncirvari yol qəzasına səbəb olub. Yol-xeber.az xəbər verir ki, insident ötən gün Dənizli – Muğla avtomagistralının Tavas qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Muğla istiqamətində hərəkətdə olan Leyla S. idarə etdiyi 20 K 5467 qeydiyyat nömrə nişanlı avtomobillə qarşısına çıxan iti vurmamaq üçün anidən dayanıb. Bundan sonra Leyla S.-nin maşınına arxadan gələn Mustafa G.-nin idarə etdiyi 34 BEL 834 qeydiyyat nömrə nişanlı avtomobil, Mustafa G.-yə də Yaşar D.-nin idarəetməsində olan 20 DK 330 qeydiyyat nömrə nişanlı maşın çırpılıb.
Toqquşma nəticəsində 20 DK 330 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsində sərnişin qismində olan 75 yaşlı Havanə Dönməz ağır, daha bir nəfə isə yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Ağır yaralanan 75 yaşlı Havanə Dönməz, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatının xilas etmək olmayıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.
Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir.
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. “Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.
Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.
Polad Əliyev idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı avtomobil ona çırpılıb.
Zərbənin gücündən "Fiat Doblo" aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan "KİA" markalı avtomobilin üzərinə düşüb.
Qəza zamanı "Fiat"-ın sürücüsü P.Əliyev xəsarət alıb.
Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.
Yol-nəqliyyat hadisələri insan ölümünün səbəbləri arasında səkkizinci yerdədir. Hər il dünyada avtomobil qəzaları nəticəsində 1,35 milyon adam ölür. Mövcud tendensiyaya görə, ən çox yol-nəqliyyat hadisələri həyat səviyyəsi və gəlirləri yüksək olan ölkələrdə baş verir. Dünya üzrə avtoqəzaların 40%-i gəlirləri yüksək olan ölkələrdə izlənilir.
Yol-xeber.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, avtoqəzalarda tez-tez motosikletçilər, piyadalar ölür. Bu qəzalarda ölənlərin cəmi 1%-ni velosipedçilər təşkil edir. Bu ilin ilk altı ayı ərzində Azərbaycanda 342 nəfər avtomobil qəzalarında həyatını itirib. Bu rəqəm 2018-ci ilin analoji dövrü ilə müqayisədə 31 nəfər çoxdur.
Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti orta yaşlı insanlardır. Dünyadakı tendensiya isə bunun əksini deyir. Araşdırmalar göstərir ki, maşınların təkərləri altında adətən ən çox 5 yaşdan yuxarı uşaqlar, eləcə də yeniyetmələr və yaşı 29-dək olan gənclər qalır.
Heç də əksər hallarda qəzaya səbəb sürücülərin maşını sərxoş vəziyyətdə idarə etməsi olmur. Azərbaycanda bu ilin altı ayı ərzində cəmi 12 sərxoş sürücü qəza törədib. Avtoqəzalara ən çox sürət həddini aşma səbəb olur. Yol-nəqliyyat qəzalarının statistikası barədə ətraflı infoqrafikada tanış ola bilərsiz.
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini, Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin, Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.
Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, qadın özünü körpüdən atmaq istəyib.
İntihar etməyə çalışan orta yaşlı qadını YPX əməkdaşları xilas edib.
Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.