![]() |
|
Bakıda zəncirvari yol qəzası baş verib. Yol-xeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki "Qəsr" Yaşayış Kompleksinin qarşısında hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşaraq yolun kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, avtoqəza Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində baş verib.
Motosiklet və minik avtomobilinin toqquşması zamanı hər iki sürücü - Məhərrəm Rəsulov və 1990-cı il təvəllüdlü Elvin Maqsudov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı 24 yaşlı Rəsulov Məhərrəm Əflatun oğlu və 29 yaşlı Maqsudov Elvin Nəriman oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. M.Rəsulova sağ çiynin əziyi, E.Maqsudova isə qarnın və onurğanın küt travması diaqnozu qoyulub
Serbiya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində narkotiklərin yayılması ilə məşğul olan cinayətkar qrupu yaxalayıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib. Onun sözlərinə görə, “qara bazar”da dəyəri 5 milyon avro olan 77 kiloqram heroin ələ keçirilib. “Polis əməkdaşları 77 kq təmiz heroin götürüb və ölkədə qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinən üç nəfərdən ibarət cinayətkar qrupu ələ keçiriblər”, - deyə nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.
Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur.
Gəncədə 32 yaşlı kişi itkin düşüb. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib. Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Slovakiyada sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident bu gün Nitra - Zlate-Moravçe şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb.
Məlumata görə, daş yüklü yük maşını böyük sinif şagirdlərini daşıyan avtobusa çırpılıb.
Şahidlər bildirir ki, avtobusun sürücüsü qəzadan qaçmaq istəyib, lakin yük maşını onu yan tərəfdən vurub. Zərbənin gücündən avtobus yol kənarına aşıb.
Nəticədə azı 13 nəfər dünyasını dəyişib, daha 20 nəfər isə xəsarət alıb. Ölənlərin artacağı istisna edilmir.
Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib.
Bakıda baş vermiş qəza kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində baş verib. İşıqforun qadağanedici nişanının tələblərini pozan “Nissan” markalı avtomobilin sürücüsü yolayrıcında digər avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Qeyd edək ki, qəzaya uğrayan avtomobillərdən biri ARB televeziyasına məxsusdur. Videonu təqdim edirik:
Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Qala qəsəbəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Feyruz Kamil oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.