![]() |
|
Yağışlı havada yol qızaları tez-tez baş verir. Xüsusilə də magistral yollarda. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır. Avtosfer.az-ın təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtına düşür. Birinci video gündüz vaxtə çəkilib. İlk baxışdan hər şey normaldır. Amma hərəkətdə olan “Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirir. Yeriş sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olur. Nəticədə öz yolu ilə gedən “Chevrolet” markalı maşına dəyir. Qəza zamanı xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyir.
İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçmir. Nəticədə sürüşərək öndəki maşına dəyir. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşur. Zəncirvari qəzadan son anda arxadan yüksək sürətlə gələn avtomobil xilas ola bilir. Videonu təqdim edirik:
Bu gün səhər saat 09:14 radələrində Yasamal rayonu. Mətbuat prospektində (Nəşriyyatın yanı) “Kral Transport” MMC şirkətinə məxsus, 39 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən, 90 JZ 706 dövlət nömrə nişanlı, “İsuzu” markalı avtobusun sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun əks istiqamətinə çıxıb.
Bununla da İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozub. Maddənin tələblərinə görə, sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq olunmalıdır. Eyni zamanda Bakı Nəqliyyat Agentliyi və daşıyıcı şirkət müvafiq tədbirlər görməlidirlər.
Fotoları təqdim edirik:
Bakının Sabunçu rayonunda yaşlı kişi avtomobil zərbəsi nəticəsində xəsarət alıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsi ərazisində təxminən 50-55 yaşlı kişini minik avtomobili vurub. Sürücü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. O, cərrahi əməliyyat edilib. Vəziyyəti isə ağırdır.
Fakt araşdırılır.
Vətəndaş Vasif Adil oğlu Dünyamalıyev sosial səbəkələr və bəzi kütləvi informasiya vasitələrində yol polislərinin onu saxladığı zaman maşınından 27 min manat pulunun itdiyini idda edir. Bildirir ki, onun avtomobili duracağa aparılan zaman pulu oğurlanıb. O, bu məsələdə yol polislərini ittiham edir.
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qeyd olunanlarla bağlı məlumatlıdır. “Həqiqətən də Vasif Adil oğlu Dünyamalıyev bu barədə müxtəlif instansiyalara, o cümlədən Bakı şəhər Baş Polisi İdarəsinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, şikayətçi 02.10.2019-cu il tarixdə özünə məxsus 99 SU 819 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil ilə hərəkətdə olarkən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində avtomobili səkiyə vuraraq zədələmişdir. Sərxoş vəziyyətdə olduğu üçün yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Bəxtiyar Cabbarovdan 10 manat pul müqabilində onu evə aparmasını istəyib. Hərəkət edərkən Nərimanov rayonu, Təbriz küçəsində taksi sürücüsü ilə şikayətçi arasında mübahisə yaranıb. Yəni Vasif Dünyamalıyev taksi sürücüsünə avtomobilindən telefonunun və pulunu oğurladığını bildirib. Aralarında yaranan mübahisə zəminində Dünyamalıyev Cabbarovu vurub. Nəticədə Cabbarov avtomobildən düşərək uzaqlaşıb. Bu barədə isə DİN 102 telefon xidmətinə şikayət edib. Daha sonra Dünyamalıyev sərxoş vəziyyətdə öz avtomobilinə əyləşərək hərəkətini davam etdirib. Bir qədər hərəkət etdikdən sonra 99 YP 459 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Əvvəlcə polisə tabesizlik göstərsə də, YPX əməkdaşları onu tibbi müayinə üçün aidiyyəti üzrə apara biliblər. Dünyamalıyevin orta dərəcədə sərxoş olduğu həkim müayinəsi ilə təsdiqlənib.
Daha sonra aidiyyəti üzrə iş Nərimanov rayon 18-ci polis bölməsinə təhvil verilib, avtomobil isə müvəqqəti duracağa aparılıb. Vətəndaş Dünyamalıyev Vasif yalnız oktyabr ayının 5-də 102 xidmətinə müraciət edərək avtomobilindən 27 min manat məbləğində pulun oğurlanması barəsində məlumat verib.”
Vaqif Əsədov bildirib ki, aparılan araşdırma zamanı vətəndaş Dünyamalıyev özünü qeyri-səmimi aparıb. “Əvvəlcə oğurlanan pulun ev almaq üçün olduğunu və maşınında saxladığını bildirmişdi. Lakin araşdırmalar zamanı həqiqətlərin üzə çıxdığını görərək pulun məhz taksi sürücüsü Bəxtiyar Cabbarov tərəfindən oğurlandığını və yol polisinin bu məsələdə heç bir günahının olmadığını etiraf etdi. Onu da əlavə edim ki, vətəndaş yol polislərinin onu müayinəyə apardığı zaman avtomobildə pulun olduğu barəsində heç bir məlumat verməyib.”
Vaqif Əsədov onu da əlavə edib ki, YPX avtomobilində olan kamera görüntülərinə baxılıb. “Görüntülərdə Dünyamalıyevin yol polislərinə qarşı təhqiramiz ifadələr işlətdiyi və cəmi 5 manatının olmasını deyərək onu buraxmağını istəməsi də əks olunub.”
Qeyd edək ki, hazırda iş aidiyyəti üzrə Xətai rayonu 37-ci polis bölməsi tərəfindən aparılır.
Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
Yol-xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verib.
Belə ki, “Qazel” markalı yük maşını geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını arxadan gələn “Honda” markalı avtomobili gözləmədiyindən ona çırpılıb.
Qəza nəticəsində “Honda”da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "Lada Priora" markalı avtomobil sürət həddini aşaraq "99-LD-786" dövlət nömrə nişanlı, "Hyundai Santafe" markalı avtomobili vurub. Qəzanı törədən "Lada Priora"nın sürücüsü hadisə yerindən qaçıb.
Əraziyə DYP əməkdaşları cəlb edilib, araşdırma aparılır.
Bakıda avtomobil son anda ağır qəzadan xilas olub. Yol-xeber.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman qəfil maşının təkəri partlayıb. Nəticədə təkərdən qığılcımlar çıxıb. Sürücü son anda avtomobili yolun sağına çəkməyə nail olub. Görüntüləri təqdim edirik:
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə royonun Sığırlı kəndi ərazisində, yolun 167,9-cu km-də qeydə alınıb. Mingəçevir şəhər sakini, 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlunun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Qaradağ rayon sakini 1974-cü il təvəllüdlü Şahverdiyev Bəxtiyar Əliosman oğlunun idarə etdiyi “Kamaz 55102” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı A.Cabbarlı və onun sərnişini Mingəçevir sakini 1990-cı il təvəllüdlü İsmayılova Könül Faiq qızı xəsarət alıb, digər sərnişin Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlivan oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Saatlıda qatarla avtomobil toqquşub, iki nəfər ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qorunmayan dəmiryolu keçidində baş verib.
Avtomobil Şirvan-İmişli xətti üzrə hərəkət edən qatarla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sürücü - Sabirabad rayonu, Kovlar kənd sakini, 57 yaşlı Cəbrayıl Abasov və sərnişin-Qəzli kənd sakini, 55 yaşlı Eldar Məmmədov hadisə yerində ölüblər. Ölən şəxslərin meyitləri Saatlı rayon morquna təhvil verilib.
Faktla bağlı İmişli xətt polisi tərəfindən araşdırma aparılır.
Salyanda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun 14-cü kilometrliyində, rayonun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Sadıq Mustafayev yolu keçmək istəyən zaman onu maşın vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Qəza törədən avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, qəzada 49 yaşlı Süleymanov Bahadur Bəhlul oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.