Maştağada qəza: üç nəfər yaralandı, biri reanimasiyalıq oldu
Avtomobil ağaca çırpılıb

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

Qəza Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fərhad oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

 

Nəticədə avtomobil ağaca çırpılıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə olan sərnişinlər, 1995-ci il təvəllüdlü Muradov Fuad Firuz oğlu və 1997-ci il təvəllüdlü Əliyev Taleh Nəriman oğlu xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. F.Muradovun qaraciyəri ağır zədələndiyindən reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda yolayrıcında qəza: taksi motosikletlə belə toqquşdu - REAL VİDEO
Analoji qəzalar paytaxt küçələrində tez-tez baş verir

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Fizuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində, Heydər Əliyev adına Sarayın yanında baş verib. İşıqforun qırmızı işığının son saniyələrində Fizuli küçəsi ilə hərəkətdə olan motosiklet sürücüsü sarı tora daxil olur. Bu zaman Bülbül prospekti ilə hərəkət edən taksi sürücüsü də eyni qayda ilə son saniyələrdə yolayrıcına girir. Nəticədə taksi motosikleti vurur.

Hadisə nəticəsində ilkin olaraq motosiklet sürücüsünün qoruyucu geyimi olduğu üçün ağır xəsarət almadığı görünür. Taksi isə zərbənin gücündən idarəetməni itirərək səkiyə çırpılır. 

Qeyd edək ki, analoji qəzalar paytaxt küçələrində tez-tez baş verir. Bu isə əksər hallarda sürücü məsuliyyətsizliyi ucbatından olur.

 

Videonu təqdim edirik:

 

Bakıda yük və minik avtomobilləri toqquşdu - VİDEO
Hadisənin təfərrüatı araşdırılır

Bakının Binəqədi rayonunda yük və minik avtomobilləri toqquşub. 

Qəza Azadlıq prospektində qeydə alınıb. 

Yusif Hüseynov idarə etdiyi “Shacman” markalı yük maşını ilə Binəqədi şossesində hərəkətdə olarkən sola dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını qarşıdan gələn Elşad İbrahimovun idarə etdiyi Gürcüstan dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı minik avtomobili ilə toqquşub. 

 

Qəza zamanı “Volkswagen”in sürücüsü Elşad İbrahimov yüngül xəsarət alıb.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır. 

 
Abşeronda minik avtomobilləri toqquşub, ərazidə tıxac yaranıb
Hər iki avtomobilə xeyli ziyan dəyib

Abşeron rayonunda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Heydər Əliyev prospektində "Opel zafira" markalı avtomobil qarşıdan gələn "Opel vectra" markalı minik avtomobilinin yoluna çıxıb. Nəticədə "Opel zafira" yoldan çıxaraq, "Azərişıq" ASC-nin Komplekt Transformator Məntəqəsinin (KTM) qoruyucu hasarına çırpılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə xeyli ziyan dəyib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, qəza həmin ərazinin elektrik enerjisi təchizatında heç bir problem yaratmayıb:

"Ərazidə KTM yenicə quraşdırılıb və təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq gərginlik olan ərazi dəmir barmaqlıqlarla hasarlanıb. Bu səbədən də qəzaya uğrayan avtomobil yalnız hasara çırpılaraq dayanıb. Hazırda ərazidə adi günlərdə olduğu kimi elektrik enerjisi təchizatı davam etdirilir", - deyə Tanrıverdi Mustafayev əlavə edib.



Taksi yola çıxdı, qəza baş verdi, piyada son anda xilas oldu - REAL VİDEO
Sağa baxmadan yola çıxanda axırı belə olur

Bakıda baş vermiş qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtda təmir olunan küçələrin birində baş verib. Belə ki, yolun bir təttrəfi bağlandığı üçün avtomobillər müvəqqəti olaraq qarşılıqlı hərəkət edirlər. "Mercedes 190" markalı taksi sürücüsü köməkçi yoldan çıxaraq sola getmək istəyir. Bu zaman soldan avtobus gəlir. Sağdan gələn maşını gözləməyən taksi sürücüsü yola çıxan kimi onunla toqquşur. Hadisələrin fonunda yolun ortasındakı arakəsmə səki ilə gedən piyada zərbənin gücündən qopmuş qəlpələr ona dəyir. Piyada son anda ağır xəsarət almaqdan canını qurtarır. Videonu təqdim edirik:

 

 
Şəmkirdəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Yol-xeber.az-ın “Report”a istinadən xəbərinə görə, dekabrın 14-də saat 07:00 radələrində, Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayon sakini, 1964-cü il təvəllüdlü Telman Firuddin oğlu Şıxməmmədov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Beyləqanda həbs edilən polkovniki BURAXDILAR


“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb!”

Bu barədə Qarabaz Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.
O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.
“Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilmişdi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Q.Vəlişov Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. DİN-in məlumatında bildirilib ki, Qadir Vəlişov onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırıb, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib”.
Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdi. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Yaxınları isə bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib.
Q.Vəlişov Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri olan polkovnik 2016-cı il aprel döyüşlərində ağır yaralanıb. O, Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçilərdən biri kimi tanınıb.
Bu əməliyyat zamanı yaralandıqdan 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.

Qadir Vəlişov “Aprel döyüşləri”ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabitlərdən biridir.

Q.Vəlişov Naxcıvanski adına Hərbi litseydə bir müddət rəis müavini vəzifəsin icra edib, 6 ay öncə Silahlı Qüvvələrdən tərxis olunub. (modern.az)
DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Daxili İşlər Nazirliyi (DİN) polkovnik Qadir Vəlişovun həbsi ilə bağlı məlumat yayıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.

 

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Metroda sərnişinin relslərin üstünə yıxılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib

Bakı Metrosunda təhlükəli anlar yaşanıb.

 20 yaşlı oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

 

Qurum rəsmisi hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə səhər saat 08:33 radələrində metronun “Azadlıq Prospekti” stansiyasında baş verib:

“1999-cu il təvəllüdlü O.E. adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çəxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib”.

B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb.

Goranboyda avtomobillə vurulan məktəbli xəstəxanada ölüb
Tovuz rayon sakininin idarə etdiyi “Daewoo" markalı minik avtomobili tərəfindən vurulmuşdu

Goranboyda bir neçə gün bundan əvvəl avtomobillə vurulan piyada, 2004-cü il təvəllüdlü Gülzarə Əhmədova Afiq qızı həkimlərin səyinə baxmayaraq, xəstəxanda dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dekabrın 12-də axşam saatlarında Bakı-Qazax magistralının rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edək ki, 15 yaşlı G.Əhmədova Tovuz rayon sakininin idarə etdiyi “Daewoo" markalı minik avtomobili tərəfindən vurulmuşdu. 

Xəbər lenti