Bakıda polisin vətəndaşı döyməsi iddiasına — RƏSMİ MÜNASİBƏT


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddiaların əsassız olduğu bildirilib:

"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını almaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəflərinə aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıb. Əlavə edək ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb".
Bakıda dəhşətli qəza: Yolun ortasında dayanan "02"-ni belə vurdular - REAL VİDEO
Təcili olaraq təhlükəsizlik qaydalarına əməl etmək zəruridir

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq vaxtı, Aeroport yolunda, şəhər istiqamətində, "Olimpiya stadionu"nun yaxınlığında baş verib. Üzərində soyuducu yüklənmiş "VAZ 2102" markalı avtomobil yolun ortasında dayanır. Görünür hansısa nasazlıq baş verir. Bu zaman sürücü təhlükəsizlik qaydalarına əməl etmir. Arxadan gələn digər maşın isə onu görmür və yüksək sürətlə avtomobilə çırpılır.

Hadisə nəticəsində ağır qəza baş verir. "VAZ 2102"ni digər avtomobilin sürüsünün görə bilməməsinə əsas səbəb isə arxa stop işıqlarının yanmaması olub. 
Dəfələrlə qeyd edirik ki, avtomobildə nasazlıq yarandığını hiss edən kimi yolun hərəkət hissəsindən kənara çəkmək lazımdır. Bu mümkün olmadıqda isə təcili olaraq təhlükəsizlik qaydalarına əməl etmək zəruridir. Əks halda bu cür ağır qəzadan xilas olmaq mümkünsüz olur.

Videonu təqdim edirik:

 

Bu ilin 11 ayında baş verən yol qəzalarında 738 nəfər ölüb
Bu qəzalardan 42.7 faizi piyadaların vurulması ilə bağlı olub ki, həmin qəzalarda 298 piyada olub

Bu ilin 11 ayı ərzində respublika ərazisində 1681 yol nəqliyyat hadisəsi baş verib.

Bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib.

O bildirib ki, qəzalar nəticəsində 738 nəfər ölüb, 1535 nəfər isə xəsarət alıb: "Bu qəzalardan 42.7 faizi piyadaların vurulması ilə bağlı olub ki, həmin qəzalarda 298 piyada olub".

Piyada keçidindən keçməməyin acı sonu - VİDEO
Hadisə nəticəsində piyadanın ayağı sınaraq xəsarət alıb

Dünən Bakı-Şamaxı yolunda piyada vurma hadisəsi baş verib. Avtosfer.az-a verilən məlumata görə yol nəqliyyat hadisəsi Müşviq qəsəbəsində Niva markalı avtomobilin iştirakı ilə baş verib. Yerüstü piyada keçidindən istifadə etməyən 17 yaşlı qız yolu müəyyən olunmayan hissədən keçən zaman avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində piyadanın ayağı sınaraq xəsarət alıb.

Bir daha piyadalara tövsiyə edirik ki, yolu keçərkən piyada keçidindən istifadə etsinlər. Tələsərək qadağan olunmuş yerdən keçməyiniz doğmalarınızı gözü yaşlı qoya bilər.

 

Bakı polisi sürücünün YPX maşını ilə aparılması görüntülərinə münasibət bildirib
“Onun barəsində inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb"

“Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb”

Bu barədə Bakı şəhər baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib.

Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.

 

Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib. Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protolok tərtib olunaraq sərbəst buraxılıb.

Mərdəkan qəsəbəsində piyadanı avtomobil vurub
Qəza ilə bağlı araşdırma aparılır

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib. 1959-cu il təvəllüdlü Süleymanov Zakir Bilal oğlu piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçərkən onu minik avtomobili vurib. Həkimlərin verdiyi məlumata görə, yaralı xəstəxanaya ağır vəziyyətdə gətirilib.

 

Qəza ilə bağlı araşdırma aparılır.

 Zərdabda mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıbla
Faktla bağlı cinayət işi başlanılıb

Zərdab rayonunda mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Belə ki, Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən 3 mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının oğurlnması barədə məlumat veriblər. Şöbə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zərərçəkənlərin izahatları alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin Zərdab rayonu Əlibəyli kənd sakinləri Yalçın Qasımzadə, Elmaz Hüseynov və Ələddin İsazadə tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin Zərdab və ətraf rayonlarda digər hüquqazidd əməllərdə iştirak edib-etmədikləri araşdırmalardan sonra məlum olacaq.
Bahalı avtomobillə "protiv" gedən sürücü: Xırdalandakı özbaşınalıq - VİDEO
Əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib

Xırdalanda qayda pozaraq avtomobillərə qarşı əks hərəkət edən sürücünün görüntüləri digər avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, dekabrın 23-ü Hacı Zeynalabdin Tağıyev küçəsində hərəkət edən 99-XX-125 qeydiyyat nişanlı "Chevrolet Camaro" markalı avtomobilin sürücüsü yolunu qısaltmaq üçün əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. O, bu hərəkəti ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib.

 

Əks istiqamətə çıxıb yolu bağlayan avtobus sürücüsü - VİDEO
40 nömrəli marşurut avtobusunun sürücüsü qaydaları belə pozur

Bakıda qaydaları kobud şəkildə pozan daha bir avtobus sürücüsü vətəndaşlardan biri tərəfindən görüntülənib. Yol-xeber.az xəbər verir ki, 10 TH 022 dövlət nömrə nişanlı, 40 nömrəli marşurut xətti ilə hərəkətdə olan avtobusun sürücüsü tıxacda əks istiqamətdə hərəkət edir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrinin önünü kəsir. Daha sonra zolağa qayıtmaq istədikdə isə ümumiyyətlə hər iki yolda tıxac yaradır. 

Qeyd edək ki, bu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Cəriməsi isə 100 manat və 4 baldır. Videonu təqdim edirik. Ümid edirik ki, DYP və BNA sürücü barəsində müvafiq tədbir görəcək.

 

Avtoxuliqanlıq sonda qəza ilə nəticələndi - FOTO
H.Hətəmlinin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlub olub

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaratmaqla qəza törədən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Hətəmli idarə etdiyi “Mersedes Benz” markalı, 99-SR-457 dövlət qetdiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edib. Daha sonra isə idarətməni itirib və nəqliyyat vasitəsini yolun kənarında dayanmış "Nissan Teana" markalı avtomobilə vurub. Yol polisi əməkdaşları tərəfindən saxlanılan H.Hətəmlinin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlub olub.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

 

 

Xəbər lenti