Yolayrıcına sürətlə girən maşın, yol kənarında taksilərlə toqquşdu - REAL VİDEO
Yol kənarındakı piyada son anda xilas oldu

Bakının Nərimanov rayonunda baş verən qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yaşıl işığın son saniyəsində sürətlə yolayrıcına daxil olan sürücü idarəetməni itirib. Nəticədə düz istiqamətdə gedərək yolun kənarında dayanmış taksilərə çırpılır. Qəza nəticəsində avtomobillərə ziyan dəyir. Səki ilə gedən piyada isə son anda xilas ola bilir. Görüntüləri təqdim edirik:

 

 
Polis ticarət mərkəzində reyd keçirdi: 588 pirotexniki məmulat götürülüb
Tədbirləri davam etdirilir

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilmiş reydlər nəticəsində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 588 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat aşkar edilərək götürülüb.

Bakıda dərsdə cangüdənlə oturan məmur nəvəsinin kimliyi məlum oldu - ŞOK
O, təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir

Bakıda dərsdə "teloxranitel" ilə oturan məmur nəvəsinin kimliyi məlum olub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir. O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub. Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir. 

Məsələ ilə bağlı 6 və 134 saylı məktəblərin telefon nömrələri ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğu üçün telefon zənglərimizə cavab verən olmadı. Image result for Məzahir Pənahov səs verdi

Xatırladaq ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli bir neçə gün öncə sosial şəbəkə hesabında "status" yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur.

 

Tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Bu müzakirələrdən sonra Anar Nəsəfli yazdığı "statusu" sosial şəbəkə hesabından silsə də, onun sosial şəbəkə hesabından silinən həmin "statusunu" olduğu kimi təqdim edirik: "Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!".

Yeraltı keçidin üstündə qəza: Dəmirlərin arasından keçən gənc vuruldu - VİDEO
Bəzi piyadalar sanki bir neçə saniyə vaxt itirməmək üçün həmin keçiddən istifadə etmir

Dekabrın 20-də Bakı-Qazax yolunun 31-ci kilometrliyində  yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Çayko Yelena Mixaylovnanın idarə etdiyi, 90 GA 567 dövlət nömrə nişanlı, "Audi Q7" markalı avtomobil yolu keçən Qaradağ rayon sakini Camalov Səhyəddin Maşallah oğlunu vurub. Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altında müalicə olunur. 
Hadisənin baş verdiyi ərazidə yeraltı piyada keçidi var.

Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları ilə birlikdə hadisə baş verən ərazidə çəkiliş aparıb. Məlum olub ki, həqiqətən də yeraltı piyada keçidi həmin ərazidə uzun illərdir fəaliyyət göstərir. İşıqlandırma təmin edilib və piyadalar ordan normal şəkildə istifadə edə bilir. Lakin təəssüflər olsun ki, bəzi piyadalar sanki bir neçə saniyə vaxt itirməmək üçün həmin keçiddən istifadə etmir və yolun hərəkət hissəsində dəmir arakəsmələri keçərək qarşı tərəfə çıxmağa çalışırlar. Bununla da ciddi təhlükə yaradırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Rəşad Ağayev Avtosfer.az-a bildirib ki, ərazidə piyada keçidi olduğu halda bəzən qaydalar pozulur. "Biz dəfələrlə xəbərdarlıq edirik, cərimə tətbiq olunur. Amma piyadalar da anlamalıdır ki, keçiddən istifadə etmək onların təhlükəsizliyi üçündür. Əks halda bu cür bədbəxt hadisələr baş verir ki, nəticəsi ağır olur. Odur ki, ərazisində yaşayan sakinlərə bir daha müraciət edərək piyada keçidlərindən istifadə etməyi tövsiyə edirik." 

 

Vətəndaş İsa Tağıyev Avtosfer.az-a bildirib ki, həmişə keçiddən istifadə edir. "Məsuliyyət dərk etmək lazımdır. Çünki 1-2 dəqiqə tələsmək bizi həyatımızdan edə bilər."


Videoreportajı təqdim edirik:

 

Bakıda ana və azyaşlı qızını maşın vurdu: Uşaq öldü
Faktla bağlı araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yol-xeber.az APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 

Rayon sakinləri M.N. və qızı 2016-cı il təvəllüdlü T.N. (adlar şərtidir) yolu keçmək istəyərkən, onları avtomobil vurub. Qəza nəticəsində azyaşlı T.N. aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ana isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Həsən Əliyev küçəsində iki avtomobil toqquşub, qəza törədən sürücü ərazidən yayınıb - VİDEO
Faktla bağlı araşdırma aparılır

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, avtoqəza Həsən Əliyev küçəsində qeydə alınıb.

H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb. Hadisəni törədən "BMW" markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb. Yol qəzası nəticəsində, həmçinin bir nəfər xəsarət alıb.

 

Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 
Polis keçmiş məhkumlarda narkotik vasitə aşkarlayıb

Bakıda keçmiş məhkumlarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Xəzər və Səbail rayon ərazilərində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarərsinin (RPİ) 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar – 1962-ci il təvəllüdlü H.Rzayev və 1993-cü il təvəllüdlü F.Mehdizadə saxlanılıb.

 

Onların üzərinə baxış keçirilən zaman H.Rzayevdən 466 qram heroin, F.Mehdizadədən isə 502 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Səbail RPİ-nin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1987-ci il təvəllüdlü F.Əliyevdən 139 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Xeyli miqdarda pirotexniki vasitələr aşkarlanıb
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Transit" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin salonunda - torpedonın və salondakı döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən 4872 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qarşısına çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olanlar - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda Atatürk prospektində tuneldə ağır qəza baş verib
Faktla bağlı araşdırma başlanılıb

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, qəza tunelin Atatürk prospektinə ayrılan hissəsində baş verib.

"Toyota" markalı avtomobilin sürücüsü İbrahimli Nicat Qabil oğlu tuneldə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi tunelin istinad divarına çırpılıb.

 

Hadisə zamanı "Toyota"nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. 

Hadisə nəticəsində avtomobilin yağı və yanacağı yola dağıldığından əraziyə FHN-in briqadası cəlb edilib.

Polis əməkdaşları tuneldə tənzimləmə işləri aparıb.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbər lenti