![]() |
|
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Yüsif Səfərov küçəsində baş verib.
Hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü Qasımova Heyranə idarəetməni itirərək yol kənarında dayanmış VAZ 2107 markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində “Jiquli”də olan bir nəfər şəxs xəsarət alıb. Xanım sürücü isə yol polis əməkdaşları tərəfindən alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakının Səbail rayonunda yol-nəqliyytı hadisəsi zamanı iki nəfər xəsarət alıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili aşırıb. Avtomobil istinad divarına dəyərək dayanıb. Qəza nəticəsində iki sərnişin ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.
Unikal.org Oxu.Az-a istinadla xəbər verir ki, “Hyundai” markalı avtomobil idarətmədən çıxaraq beton dirəyə çırpılır.
Qeyd edək ki, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.
İmişli rayonunda altı gün əvvəl avtomobillə vurulan piyada Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 23-ü rayon ərazisində qeydə alınıb. Belə ki, yolu keçən, 1979-cu il təvəllüdlü Nəsimi Orucov “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Müayinədən sonra ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 29-u orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Tofiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Təbriz küçəsilə hərəkətdə olarkən yol hərəkəti nişanının tələbini pozaraq sağa dönmə əməliyyatı etmək istəyib.
Bu zaman onun avtomobili Həsənoğlu küçəsilə hərəkətdə olan və Emin Ağayevin idarə etdiyi “Peugeot” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Daxili İşlər Nazirliyi Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Xidmət rəisi qeyd edib ki, polis əməkdaşının özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb: "Əllərindən yüngül xəsarətlər alıb və Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq".
Xatırladaq ki, Salyan rayonunun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üstünə alışdırıcı maddə tökərək özünü yandırmağa cəhd edib.
Azərbaycan Silahlı Qüvvələrinin kamikadze PUA-sı - “Harop” düşmənin arzusunu ürəyində qoyub.
2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən “Harop”lardan istifadə edilib. Nəticədə bir çox vacib düşmən hədəfləri dəqiqliklə vurulub.
Daha ətraflı videodan izləyin:
Bu barədə "Ölkə.Az"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, cari ilin 20 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”, 6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılıb.
23 dekabr tarixində isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə hadisə yerində 24 kq 765 q narkotik vasitə (4 kq 065 q “heroin”, 20 kq 700 q “tiryək”) aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Yol-xeber.az"ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Şirvanın girişində qeydə alınıb.
“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.
Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.