Yasamalda gənci avtomobillə vuran sürücü hadisə yerindən yayınıb
Faktla bağlı araşdırma aparılır

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. Yol-xeber.az-ın APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərifzadə küçəsində baş verib. Minik avtomobilinin sürücüsü Əşrəf Şahmarovu vurub. Sürücü əraziyə təcili tibbi yardım briqadasını çağırıb, özü isə hadisə yerindən yayınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

İsmayıllıda avtonəqliyyat qəzası ilə əlaqədar 200 abonentin qaz təchizatında fasilə yaranıb
200 abonentin qaz təchizatında fasilə yaranıb

İsmayıllı rayonunun Kürdmaşı kəndində qəza zamanı avtomobillə qaz xətti zədələnib.

Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirlib ki, bərpa işləri aparılıb, lakin müvəqqəti olaraq hələlik 200 abonentin qaz təchizatında fasilə yaranıb.

Azərbaycanda bələdiyyə üzvlüyünə namizəd narkotiklə tutulub
Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

 

F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

Azərbaycanda icra başçısı həbs edildi - DTX əməliyyat keçirib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavininin saxlanılma səbəbi məlum oldu

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və müavininin saxlanılması səbəbi məlum olub. Lent.az -ın əldə etdiyi məlumata görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən rüşvətə görə tutulublar. 

***

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı saxlanılıb. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub. Onunla birlikdə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavinlərindən birinin də əməliyyat zamanı saxlanıldığı barədə məlumat var. Onlar saxlanılaraq Bakıya gətirilib. N.Quliyevin və müavinin saxlanmasının səbəbləri hələlik məlum deyil. Əməliyyat barədə rəsmi qurumlar da hələlik heç bir açıqlama yaymayıb.

 

Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb.

***

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətini başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub. Avtosfer.az həbs edilən N.Quliyevin dosyesini təqdim edir.

N.Quliyev 1954-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqtisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il sentyabrın 24-dəki sərəncamı ilə Goranboy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. N.Quliyev 2019-cu il aprelin 5-də isə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nizaməddin Quliyev 2014-cü il sentyabrın 2-də Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

 
Sağ-sol edib ötməyin sonu belə bitir - Bakıda dəhşətli qəzanın REAL VİDEOsu
Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozur

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq vaxtında baş verib. Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozur. Nəticədə digər avtomobilin yoluna çıxaraq ona yandan toxunur. Sürücü idarəetməni itirir və avtomobil sürüşərək təhlükəsizlik adacığına, orda da körpünün başlanğıcına dəyir.

Hadisə nəticəsində sürücü xəsarət alır. 

Bəzən zolaqlar üzrə hərəkət qaydalarını pozan sürücülər bunu kobud qayda pozuntusu hesab etmir. Amma nəticələri belə ağır da olur.

 

Videonu təqdim edirik:

 

DYP-dən Quba yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMA - VİDEO
Sürücü sükan arxasında yatıb

Baş Dövlət Yol Polisi İdarəsi dekabrın 17-i səhər saatlarında Bakı-Quba yolunda iki nəfərin ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb. İdarədən Yol-xeber.az-a bildirilib ki, dekabr ayının 17-də, təxminən saat 05:45 radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 32-ci kilometrliyində Saatlı rayon Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu idarə etdiyi "Standart Lizing" MMC-yə məxsus "Hova" markalı 90 JR 522 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə içərisi dolu yüklə hərəkətdə olarkən idarəetməni itirərək dəmir məhəccərə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişin Rəşad Rəhimov hadisə yerində vəfat edib. 
Hadisə günün qaranlıq vaxtı, süni işıqlandırma olmayan ərazidə baş verib. İlkin məlumata görə, hadisə sürücünün iş və istirahət rejiminə əməl etməməsi, fasiləsiz olaraq Bakı-Quba istiqamətində 16-17 dekabr tarixlərində 13 saat nəqliyyat vasitəsini idarə etməsi və anidən yuxulamasi səbəbindən törədilib. 
Hadisə ilə bağlı araşdırma aparılır.

 

 
Bakıda orta yaşlı kişini avtomobil vurub
Faktla bağlı araşdırma aparılır

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

Hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

"Odlar Yurdu" Universitetinin qarşısında yolu keçmək istəyən Bəhram Əsədovu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona alın nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Ötən gün baş verən yol qəzalarında - 3 ölü, 2 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, dekabr ayının 17-də törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Azərbaycanda taksi sürücüsü 3 uşaq anasına TƏCAVÜZ ETDİ
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda 3 uşaq anası zorlanıb.

Unikal.org Baku.ws-ə isrinadən xəbər verir ki, rayonun Dondar Quşçu kənd sakini 1992-ci il təvəllüdlü A.Abbasova bildirib ki, onu tanıdığı taksi sürücüsü zorlayıb. Qadının iddasına görə taksi sürücüsü A.Abbasovanı anasının xəstələnməsi ilə bağlı evinə aparmaq adı ilə aldadaraq Kür çayının sahilinə aparıb və orada zorlayıb.

Adı çəkilən şəxslər Tovuz rayon Polis Şöbəsinə çağırılıb, faktla bağlı araşdırma aparılır.

DYP-dən Quba yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMA
Sürücü sükan arxasında yatıb

Baş Dövlət Yol Polisi İdarəsi bu gün səhər saatlarında Bakı-Quba yolunda iki nəfərin ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb. İdarədən Avtosfer.az-a bildirilib ki, dekabr ayının 17-də, təxminən saat 05:45 radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 32-ci kilometrliyində Saatlı rayon Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu idarə etdiyi "Standart Lizing" MMC-yə məxsus "Hova" markalı 90 JR 522 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə içərisi dolu yüklə hərəkətdə olarkən idarəetməni itirərək dəmir məhəccərə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişin Rəşad Rəhimov hadisə yerində vəfat edib. 
Hadisə günün qaranlıq vaxtı, süni işıqlandırma olmayan ərazidə baş verib. İlkin məlumata görə, hadisə sürücünün iş və istirahət rejiminə əməl etməməsi, fasiləsiz olaraq Bakı-Quba istiqamətində 16-17 dekabr tarixlərində 13 saat nəqliyyat vasitəsini idarə etməsi və anidən yuxulamasi səbəbindən törədilib. 
Hadisə ilə bağlı araşdırma aparılır.

 

Xəbər lenti