Bakıda 2 avtomobil toqquşdu: xəsarət alan var - VİDEO
Faktla bağlı araşdırma aparılır

Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Əsas yoldan köməkçi yola çıxmaq istəyən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 99-AN-192 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilə çırpılıb. Hadisə zamanı "Daewoo"nun sürücüsü yüngül xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.  Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Azərbaycanda nə qədər avtomobil qaçırılıb?
2018-ci ildə ölkədə 14 avtomobil axtarışa verilib

Azərbaycanda qaçırılan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Oxu.Az statistik göstəricilərə istinadən xəbər verir ki, bu zamana qədər 2177 avtomobil axtarışda olan nəqliyyat vasitələrinin siyahısına daxil edilib.

2018-ci ildə ölkədə 14 avtomobil axtarışa verilib.

 

2019-cu ildə isə Azərbaycanda cəmi dörd avtomobil axtarışda olan avtomobil siyahısına salınıb.

İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb
Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər

Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri - 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər.

Şəmkirdə polis yol qəzasında ölüb
Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir. 

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda ölümə səbəb olan qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub
“VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb

Bakıda hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

“Azərbaycan Dəmir Yolları”: Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib
Yaralılar xəstəxanaya çatdırılıb

Bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.

“Report” quruma istinadən xəbər verir ki, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb. 

 

Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Heydər Əliyev prospektində yol qəzası baş verib - VİDEO
Qəza yerinə YPX əməkdaşları cəlb olunub, araşdırma aparılır

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Nurlan Əliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Ceyhun İzbatovun idarə etdiyi "Daewoo" markalı avtomobil toqquşub. Hadisə nəticəsində yaralanan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Qəza yerinə YPX əməkdaşları cəlb olunub, araşdırma aparılır.

 

 

Kürdəmirdə “Coca-Cola”nın yük maşını aşdı
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az"ın eport-a istinadən xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Coca-Cola” şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını aşıb.  Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib. 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xaçmaz-Bakı yolunda zəncirvari qəza baş verib, yaralılar var
Faktla bağlı araşdırma aparılır

Xaçmaz rayonunda yol qəzası baş verib

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Bakı avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Mercedes", "Lexus" markalı avtomobillərlə Şabran-Xaçmaz marşrutu üzrə hərəkət edən avtobus toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Şəkidə minik avtomobili betona çırpıldı: yaralanan var – VİDEO
Faktla bağlı araşdırma aparılır

Şəki rayonunda yol qəzası baş verib. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Röyal Bayramov "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı su ötürücüsünün betonuna çırpılıb. Sürücü sol çiyinin parçalanmış yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Xəbər lenti