![]() |
|
"Yol-xeber.az" APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.
1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlunun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Mağazaya da ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Bakıda yol qəzası baş verib.
Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, hadisə Zabratda qeydə alınıb.
Belə ki, baş verən qəzada avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Qəzaya düşən sürücü 5 gündən sonra xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatın görə, yanvarın 10-da Abşeron rayonu Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsində ağır bədən xəsarətləri almış 1967-ci i təvəllüdlü Nuriyev Yaşar Əsgər oğlu dünyasını dəyişib. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 53 yaşlı kişini xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda baş verən şok piyadavurma qəzası kameraya düşüb. Avtosfer.az xəbər verir ki, piyada keçidində avtomobillər dayanır və piyadalar keçidə daxil olur. Ana və azyaşlı uşaq da keçiddən keçir. Hətta bir qədər də tələsirlər. Bu zaman arxadan gələn yük maşını "Niva"ya çırpılır. Zərbənin gücündən "Niva" qarşıdakı "Mercedes"ə dəyir. Ardınca isə çevrilərək artıq yolun bir hissəsini keçən ana və uşağı vurur. Yolun ortasında plasmas arakəsmə olduğu üçün piyadalar avtomobil və arakəsmə arasında qalırlar. Bu isə onların ağır xəsarət almasına maneə olur.
Videonu təqdim edirik:
Bakı-Sumqayıt yolunda özünü ölümə aparan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, yanvarın 13-ü səhər saat 09:05 radələrində Bakı-Sumqayıt yolunda hərəkət edən 10 VB 212 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. O, digər qayda pozan sürücülərdən fərqli olaraq yolun üzü Bakı istiaqamətinə olan hissəsinin sürətli zolağında yüksək sürətlə hərəkət edərək qarşısından gələn avtomobillərin üzərinə sürüb. Hadisəni qeydə alan əməkdaşımız bildirir ki, təhlükəni görən anda avtomobili sağa manevr etməsəydi ölümlə nəticələnən qəza baş verecəkdi.
Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücü barədə araşdırma apararaq barəsində ciddi tədbir görəcək.
Yol hərəkəti qaydasını saymayaraq təhlükəli şəkildə avtomobil idarə edən sürücü barədə redaksiyamıza şikayət daxil olub. Avtosfer.az xəbər verir ki, 90-DN-104 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü yanvarın 12-i Sumqayıt şəhəri Sülh küçəsində yüksək sürətlə hərəkət edib. O, həmin vaxt avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan təhlükəsizlik adacığında hərəkət edərək digər sürücülərə təhlükəli vəziyyət yaradıb. Sürücü yolayrıcında 4.1.4 düzünə və sağa məcburedici nişanı olan yerdən sola dönərək hərəkətinə davam edib.
Dekabrın 27-də həmin sürücü qeyd etdiyimiz avtomobillə hərəkət etdiyi küçədə ziqzaqvari hərəkətlər edərək avto şou göstərib. Görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, sürücü avtomobilin konstruksiyasına da əlavələr edərək qabağını qaldırıb, arxasını isə aşağı salaraq normativ tələbləri pozub.
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Rüstəmov Murad Ələmşah oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Toğana kəndində qeydə alınıb. Gəncə sakini 1994-cü il təvəllüdlü Tağıyev İbrahim Raqif oğlu idarə etdeyi “VAZ 2106” 10-KH-997 nömrəli dövlət qeydiyyat nömrəli minik maşını ilə Gəncə istiqamətdə hərəkətdə olarkən idarə etməni itirib. Qəza zamanı avtomobil yolun kənarındakı qayaya çırpılıb. Sürücü xəsarət alaraq xətəxanaya yerləşdirilib.
Xəstəxandan bildirilib ki, sürücünün ayağı sınıb. Onun vəziyyətinin kafi olduğu bildilir.
Faktla bağlı araşdırma aparılır.
Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Qeyd edilir ki, onların arasında vəziyyəti ağır olan var.
***
Bakı-Qazax avtomobil yolunda baş verən qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. Magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində (Şəmkir rayonuna yaxın ərazidə-red) baş vermiş avtomobil qəzasında xəsarət alanlar 1992-ci il təvəllüdlü Ruslan İsfəndiyarlı, onun qardaşı və daha bir nəfər xəsarət alıb. Onlardan R.İsfəndiyarlının vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, qəzaya yolda olan itin cəsədi səbəb olub. Belə ki, sürücü idarəetməni itirib və qarşıdan gələn digər avtomobilə toqquşub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Qaradağ rayonunda avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb.
Hadisə Buta qəsəbəsində baş verib.
1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılıb.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. E.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.