Bakıda "VAZ" yanıb
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində "VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, qaraj və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mingəçevirdə baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Mingəçevirdə baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb. Yol-xeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov açıqlamasında bildirib ki, yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Vaz 2107 markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

 

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda tanınmış fotoqrafın anasını yük avtomobili vuraraq öldürüb
Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib

Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

 

Qeyd edək ki,  ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib
Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Məhərrəməli Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 3 bükümdə psixatrop maddə olan metamfetamin, ona məxsus avtomobildən 12 bükümdə ümumi çəkisi 17,76 qram metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 ədəd bükümdə çəkisi 145 qram narkotik vasitə tiryək və 1 ədəd xəncər aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Ötən il avtomobildən pul oğurlayan şəxs saxlanılıb - Bakıda

Faktla bağlı araşdırma aparılır

Bakıda ötən il avtomobildən oğurluq edən şəxs saxlanılıb. Yol-xeber.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə 2019-cu il noyabrın 11-də paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Sənan Musayevə məxsus “Hyundai” markalı avtomobilindən 1205 avro, 20 ABŞ dolları və sənədlər oğurlayıb.

Daha sonra S.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

 

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ər arvadını döyərək ona xəsarət yetirib - Bakıda
Faktla bağlı araşdırma aparılır

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 1971-ci il təvəllüdlü Qəniyeva Könül Xasay qızı həyat yoldaşı tərəfindən döyülərək çox saylı sınıq xəsarətləri alıb. Yaralı 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Avtomobil beton maneyə çırpıldı: sürücü xəsarət alıb - Salyanda
Faktla bağlı araşdırma aparılır

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın “Report”a istinadən məlumatına görə, hadisə gecə saatlarında “Stansiya” adlanan yaşayış massivində qeydə alınıb. Massivin 20 Yanvar küçəsində yaşayan sürücü, 1982-ci il təvəllüdlü Tağıyev Əşrəf İsa oğlu“QAZ-031”markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı beton maneyə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Goranboyda qarda batan avtomobilə yardım edilib
"112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub

Goranboyda avtomobil qarda batıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

24 cinayətin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

20 Yanvar faciəsindən 30 il ötür


Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Xəbər lenti