Azərbaycanda rəis müavini iş başında vəfat etdi
Yardımlı rayonunda polis əməkdaşı iş başında vəfat edib.

Oxu.az məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov infarkt keçirib. 

Rəis müavini 50 yaşında ölüb.

Qeyd edək ki, Şöhrət Kərimov Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilmişdi. O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışmışdı.

Bakı-Sumqayıt yolunda əks yola çıxan sürücü tutuldu - VİDEO
Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü saxlanılıb

Xəbər verdiyimiz kimi, yanvarın 13-də “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki. bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev açıqlama verib. Onun sözlərinə görə, Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü saxlanılıb. R.Quliyev bildirib ki, videogörüntülərə baxış keçirilib, dərhal zəruri tədbirlər görülüb:

“Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobilin sürücüsü saxlanılıb. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunub”.

 

Həmkəndlisinə qarşı xuliqanlıq edən şəxs saxlanıldı
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Quba rayonunun Birinci Nügədi kənd sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri uğurlu təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəmnində zərərçəkənə xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Sükan arxasında yuxulayan sürücü ağır qəzaya səbəb olub.

 Hadisə rayon yollarının birində baş verib.

Belə ki, səki ilə hərəkət edən iki nəfəri qəfildən idarəetməni itirən “Mercedes”” markalı avtomobilin sürücüsü vurub. 

Hadisə nəticəsində yaşlı kişi yolun kənarına düşüb. Əlində qarpız aparan gənc isə zərbənin gücündən yaxınlıqdakı kamera dirəyinə dəyib və hadisə yerindəcə keçinib. (avtosfer.az)

Bakıda taksi sürücüsü qəza törədib
Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsarət alıb.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Əsgərov Azər, 1989-cu il təvəllüdlü Rzayeva Aysel və 1984-cü il təvəllüdlü Əliyeva Fəridə ağır bədən xəsarətləri alıblar.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağırdır.

Sükan arxasında yuxulamağın acı sonu - REAL VİDEO
Yuxu şirindir, amma acı oyanışı ola bilər

Yol nəqliyyat hadisələrində, sürücülərin yuxulaması ucbatından baş verən qəzalar kifayət qədərdir. Araşdırmalar göstərir ki, elə hallar olub ki, sürücülər 14-15 saata qədər sükan arxasında olub və həmin sürücünün yuxulaması da sonda ağır nəticələrə səbəb olub.

Ölkədə sərnişin və yük daşımalarla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi norma və qaydalar olsa da, bu mexanizmə əməl edən, demək olar ki, yoxdur. Hökümətin tətbiq etdiyi qaydalara görə, sürücülərin həftəlik iş vaxtı, iş zamanı yolda istirahət vaxtı müəyyən edilib.

Dəfələrlə yol polisi sürücülərə müraciət edərək, onlardan yuxulu olduğu halda, yaxınlıqdakı DYP postlarında istirahət etməyə çağırıb. Amma görünən odur ki, şərait olsa da, bu sürücülərin maraq dairəsində deyil.

 

Yuxu şirindir, amma yollarda, sükan arxasındakı yuxunun sonrası acı, faciəli oyanışı ola bilər. Ünvana heç çata bilməməkdənsə, gec çatmağı daha məqbuldu. Çünki hər bir sürücü və sərnişinin gözü yolda olanı var.

 

Bakıda marşrut avtobusu qəza törətdi: ölən var
Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb

Bakıda marşrut avtobusu ağır qəza törədib.
 Yol-xeber.azAxar.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi-Novxanı yolunda baş verib. 165 saylı marşrut avtobusu yolu keçən 1958-ci il təvəllüdlü Hidayət Mahmud oğlu Əliyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən 90 LZ 839 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb.
İki evdən oğurluq edən şəxs saxlanılıb - Xaçmazda
Araşdırmalar zamanı 23 yaşlı Cavid Xanbabayev saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən cinayətkar, avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sabunçuda iki maşın toqquşub, xəsarət alan var
1951-ci il təvəllüdlü Qəmbərov Söhbət Qüdrət oğlu xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, qəza paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 1951-ci il təvəllüdlü Qəmbərov Söhbət Qüdrət oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Bakıda yük avtomobili kişinin üzərindən keçdi
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Yol-xeber.az” report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib. 

Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti