![]() |
|
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Qəza Maştağa qəsəbəsində baş verib.
49 yaşlı Süleymanov Bahadur Bəhlul oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili "Hyundai" markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə "VAZ 2107"-nin sürücüsü xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. B.Süleymanova qaşüstü nahiyənin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Azərbaycan Dəmir Yolları" QSC-dən Yol-xeber.az-a verilən məlumata görə Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır. "Azərbaycan Dəmir Yolları" QSC bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Şəmkirdə baş verən qəza hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hərəkətdə olan avtomobil qəfil qarşısında yolda 360 dərəcə dönmə edən VAZ 21 099 markalı maşını görür. Qəzadan yan keçmək üçün sola çəkən sürücü digər maşını vurur. Belə ki, VAZ 21 099 markalı avtomobilin sürücüsü dönmə etdikdən sonra gözləmədən yola çıxır. Nəticədə qəza baş verir. Videonu təqdim edirik:
Aeroport yolunda polis əməkdaşının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aeroport-Koroğlu metrostansiyası istiqamətində yolda xidmət aparan polis əməkdaşı “Toyota Prado” markalı avtomobil tərəfindən vurulub.
Hadisə yerinə yol polisinin əməkdaşları gəlib
Bakıxanov dəmir yolu stansiyasının ərazisində soyğunçuluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib. Gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıblar. Zərərçəkən başına gələn hadisə barədə polisə məlumat verən kimi dərhal cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi və Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov tutularaq məsuliyyətə cəlb ediliblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf ediblər.
Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Şəmkirdə baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən 5 nəfərin kimliyi müəyyən olub:
Əliyeva Həyat Rəşad qızı (azyaşlı, təqribən 1yaş)
Orucova Nübar Dilqəm qızı 1994-cü il təvəllüdlü, Şəmkir sakini
Orucov Vüqar Bayram oğlu 1974-cü il təvəllüdlü, Şəmkir sakini
Orucov Dilqəm Bayram oğlu 1970-ci il təvəllüdlü, Şəmkir sakini
Orucova Rəsmiyyə Nurəddin qızı 1971-ci il təvəllüdlü, Şəmki sakini
Qeyd edək ki, vəfat edənlər bir ailənin üzvləridir.
***
22:45
Şəmkirdəki dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 5-ə çatıb. Hadisə “VAZ 21011” və “Pajero” markalı maşınlar arasında olub.
***
21:30
Hadisə yerində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Nəsimi rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyatı hadisəsi Həsən Əliyev küçəsində baş verib. Belə ki, 34 yaşlı İsmayılova Fərqanə Sovet qızı yüksək sürətlə idarə etdiyi “Changan” markalı minik avtomobili ilə qəfil dönmə əməliyyatı edib. Bu zaman onun idarə etməsində olan nəqliyyat vasitəsi İraq Səfirliyinin qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Sürücü F.İsmayılova xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza zamanı ziyan dəyən “Hyundai” markalı nəqliyyat vasitəsi İraq Respublikasının Azərbaycandakı səfirliyinin xidməti avtomobilidir.
Bakının Nəsimi rayonunda iki nəqliyyat vasitəsi toqquşub. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib. Belə ki, Ayaz Mikayılov idarə etdiyi “Renault” markalı avtomobillə işıqforun qırmızı işığında dayanıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Opel” markalı nəqliyyat vasitəsi ona çırpılıb. Faktla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, "Reno" markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.
Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar.