Bakıda avtomobil piyada qadını vurdu: vəziyyəti ağırdır
Faktla bağlı araşdırma aparılır

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, avtoqəza B.Çobanzadə küçəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Məmmədova Fəridə Mehman qızını vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

DİN Sumqayıtdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində ötən gün iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub.

Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Göyçayda zəncirvari yol qəzası: 5 avtomobilə ziyan dəyib - FOTO
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda zəncirvarı yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 5 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomibillərə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 
Bakı küçələrində erməni mahnısı səsləndirdilər

Dünən sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub.

 BakuPost.az xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib.

Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər.

Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.

Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın "Report"a istinadən verdiyi verdiyi məlumata görə, hadisə Tanrıqullar kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vuraraq öldürüb. Bu zaman yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ötən gün baş verən yol qəzalarında – 8 ölü, 3 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 1-dən 2-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə, ümumilikdə, 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Nəsimi polisi oğurlanmış maşını tapdı
Nəsimi RPİ-də araşdırma aparılır

Noyabrın 1-nə keçən gecə paytaxtın Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 1-nə keçən gecə Y.Vəzirov və N.Məlikov küçələrində “Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, “KİA” markalı avtomobildən içərisində 700 manat olan pulqabı və “Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması da müəyyən edilib.

 

Nəsimi RPİ-də araşdırma aparılır.

22 yaşlı sürücü qəza törətdi
Qaxda baş verən qəzada 4 nəfər xəsarət alıb.

"Yol-xeber.az"ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunda baş verib.

Qax şəhər sakini, 1997-ci il təvəllüdlü Mustafa Füzuli oğlu Mirzəyev idarə etdiyi “Qaz 31 10” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və  maşını yolun kənarındakı dirəyə, sonra isə divara vurub. 

Qəzadan sonra sürücü M.Mirzəyev və avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə, 1997-ci il təvəllüdlü Elvin Vasif oğlu Dəmirçiyev və 1999-cu il təvəllüdlü Sənan Abid oğlu Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Ü.Əhmədzadə və M.Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılıb. A.Abudlinin və E.Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

DİN vəkilin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb
Abşeron Rayon Polis Şİdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) ötən gün piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 8 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Fazil Nəhmətov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmyerlisi Esmira Mustafayevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis Şİdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F.Nəhmətov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabirabad kəndində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1968-ci il təvəllüdlü Həsənov Azər Tapdıq oğlu və 1983-cü il təvəllüdlü Ələkbərov Ramil Adil oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti