Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb.

Ardını oxu...


Reks Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi.

Ardını oxu...


Britaniya xüsusi xidmət orqanları Rusiya rəhbərliyi ilə yaxın əlaqələrdə şübhəli bildiyi 6 oliqarxa qarşı təzyiqlərini gücləndirmək niyyətindədir.

Ardını oxu...


Avropa Birliyi Ukrayna hakimiyyətinin daxili siyasət ambisiyalarının əsirinə çevrilməməlidir.

Ardını oxu...


Kolumbiyanın eks-prezidenti Belisario Betankur 95 yaşında vəfat edib.

Ardını oxu...


İranın Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyarinin Cilovluq qırğını ilə bağlı ifadələrinə İran parlamentinin azərbaycanlı millət vəkilləri sərt reaksiya veriblər.

Ardını oxu...


“Sarı jiletlilər”in növbəti aksiyasında iştirak etmək üçün yüzlərlə insan Parisin Etual meydanına toplaşmağa başlayıb.

Ardını oxu...


Bu video dekabrın 6-da Sankt-Peterburq şəhərində MDB ölkələri rəhbərlərinin sammitində çəkilib.

Musavat.com-un xəbərinə görə, videodan görünür ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşır və ona dirsəyi ilə dürtmə vuraraq qulağına nəsə deyir.

Bu hərəkət çoxlarına adi bir jest kimi görünə bilər. Ancaq son aylarda Ermənistan və Belarus arasında yaşanan gərginlikdən hali olanlar bilirlər ki, "Batka"nın bu hərəkəti boşuna deyil və sırf Paşinyana yerini göstərmək mənası daşıyır.

Məsələ ondadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunun vaxtından əvvəl Ermənistandan alınıb Belarusa verilməsi təşəbbüsü ilə bağlı iki ölkə arasında söz atışması olmuşdu. Belarus tərəfi Ermənistanı acıqlandıran açıqlamalar vermişdi. Ermənilər də Belarusu sözlə incitməyə çalışmışdılar.

Lukaşenkonun Paşinyanı dürtmələməsi təxminən bu deməkdir: "O gün nə özünüzü yırtırdınız?"

Onu da deyək ki, Nikol Paşinyan MDB prezidentləri arasında "yeni" olduğundan "köhnələr", "dedovşina" rejiminin hökm sürdüyü hərbi hissələrdə olduğu kimi, onu "molodoy" yerinə qoyur, həmişə küncə itələyirlər.


Əslində hamımızın üzərində bir "sarı jilet" var. Çünki hamımızın cəmiyyətdəki gedişatla bağlı müəyyən narahatlıqları mövcuddur. Siyasətçilər buna mümkün olduğu qədər cavab verməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte Fransadakı "Sarı jiletlilər" hərəkatına münasibət bildirərkən deyib.

"Sarı jilet"li nümayiş miqrasiya, iqlim dəyişikliyi, iqtisadi gəlirlər kimi məsələləri özündə əks etdirir. Bunlar hər kəsin narahat olduğu vəziyyətdir", - Rutte qeyd edib.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.

 

Hamı təmkinli, ehtiyatlı olmalı və qarşılıqlı hörmət nümayiş etdirməlidir.

Axar.az xəbər verir ki, bunu Paris şəhərinin meri En Hidalqo “Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ilə bağlı çıxışında deyib.

“Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, - deyə mer bildirib.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.

Xəbər lenti