Gürcüstan polisi Tiflisdə Prezident Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçurini saxlayıb.

Axar.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Onun polisin axtarışında olan şəxslərdən biriylə birgə yaxalandığı bildirilib. DİN Qoqoçurini qanunsuz odlu silah saxlamaq ittihamı ilə həbs etdiyini açıqlayıb.

Qeyd edək ki, Marqvelaşvilinin birinci evliliyindən olan qızıyla ailə quran Qoqoçuriyə 2017-2018-ci illərdə iki sui-qəsd cəhdi olub. Hər iki hücum zamanı o yaralanıb.


İtaliyanın Milan şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 25-ci illik iclası işə başlayıb.

Report xəbər verir ki, iclasda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iştirak edir.

Görüş zamanı İtaliyanın bu il ATƏT sədri kimi fəaliyyəti nəzərdən keçiriləcək.

XİN başçıları ATƏT məkanında mövcud olan münaqişələrin həlli, ATƏT-in böhranların idarə olunması qabiliyyətinin gücləndirilməsi və müasir çağırışlara cavab vermək məsələlərini müzakirə edəcəklər.

İclasda həmçinin 2019-cu ildə ATƏT-ə sədrlik edəcək Slovakiyanın prioritetləri açıqlanacaq.


Biz Trans-Nistru və Dağlıq Qarabağ münaqişələrinin həllinə dair ATƏT-in səylərini dəstəkləyirik.

Report xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Rusiyalı nazir həmçinin ATƏT üzv ölkələrini Helsinki Yekun Aktında əks olunan prinsiplər çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dialoqa və əməkdaşlığa çağırıb.


Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır.

Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb. O bu addımı ölkənin müdafiə imkanlarının gücləndirilməsi üçün atdıqlarını bildirib.

Qeyd edək ki, Kerç insidenti ilə əlaqədar Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin 30 gün müddətində davam edəcəyi bildirilib.

Neft bazarının nümayəndələri ABŞ Prezidenti Donald Trampın OPEK-ə təsirindən narahatdır.

Ardını oxu...

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir.

Report xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin bildirib.

“Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, - nazir vurğulayıb.

Ukraynanın XİN rəhbəri həmçinin region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platform olaraq qaldığını diqqətə çatdırıb.


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləri davam etdirmək lazımdır.

Report xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ues Mitçell Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyərək regionda gərgin vəziyyət yaradır:

"Gürcüstanda və Moldovada bunu müşahidə edirik. Onlar Gürcüstan torpaqlarının işğalını davam etdirməklə və qoşunlarını bu ölkələrin ərazilərindən geri çəkməməklə münaqişələri uzadır və regionda parçalanmanı dərinləşdirir".

Mövcud münaqişələr ATƏT məkanında sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur.

Report xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

İclasda nitq söyləyən nazir XİNŞ-nin ötən il Vyanada keçirilən əvvəlki iclasından sonrakı dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərəçarpan irəliləyişin baş vermədiyini vurğulayıb.

“Azərbaycan torpaqları hələ də işğal altındadır”, - deyən E.Məmmədyarov Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti dəyişmək cəhdləri göstərdiyini diqqətə çatdırıb: “Ermənistanın bu addımları etimadı pozur”.

Gürcüstan parlamenti Kutaisidən Tiflisə köçürüləcək.

Axar.az xəbər verir ki, bu barədə qərarı Gürcüstan parlamenti qəbul edib. Parlamentin 150 deputatından 77-i qərarın lehinə səs verib, iki deputat isə qərara qarşı çıxıb.

Yeni reqlamentə əsasən parlament Tiflisdəki köhnə binasına qayıdacaq. Bununla bərabər parlamentin binasının yanğın, fövqəladə və hərbi vəziyyətlər zamanı dəyişilə biləcəyi qeyd edilib. Yeni qərar Gürcüstan prezidentinin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci ildə Kutaisiyə köçürülmüşdü. Parlamentin Tbilisidəki köhnə binasında isə parlamentin komitə iclaslarının keçirilməsinə izn verilmişdi.


Sankt-Peterburqda Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirilə bilər.

Ardını oxu...

Xəbər lenti