Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır

Keçmiş Federal Təhqiqat Bürosu (FBI - FTB) rəhbəri Ceyms Kominin paylaşımı ABŞ-də rezonans doğurub.

Onun instaqram profilində rəqəmlərlə bağlı post yerləşdirməsi, Prezident Donald Trampa təhdid mesajı kimi yozulub.

Belə ki, C.Komi dəniz sahilində olan daşlarla "8647" yazılmasını əks etdirən fotonu və "Sahildə gəzərkən balıqqulaqlarının qeyri-adi formalaşması ilə qarşılaşdım" qeydini paylaşıb.

“86” rəqəmi bəzən qətlə çağırış kimi şərh edilir, “47” isə Trampı ABŞ-nin 47-ci prezidenti kimi göstərə bilər.

Məxfi Xidmət araşdırmaya başlayıb.

"Prezident Tramp hazırda Yaxın Şərqə beynəlxalq səfərdə olarkən, keçmiş FTB direktoru açıq-aydın ABŞ-nin vəzifədə olan prezidentinə "hücum" kimi təfsir oluna biləcək bir şeyi açıqladı - qumda qoyulmuş mesaj", - Ağ Ev Aparat rəhbərinin müavini Taylor Budoviç yazıb.

Kiçik Donald Tramp bildirib: "Sadəcə Ceyms Komi təsadüfən atamın öldürülməsinə çağırış edir."

Daxili Təhlükəsizlik katibi Kristi Noem əlavə etdi: “Keçmiş FTB direktoru Ceyms Komi indicə prezidentin öldürülməsinə çağırış edib".

Bununla bağlı nüfuzlu şəxslərin paylaşımları olub.

Komi isə daha sonra bu paylaşımı silib və belə izah edib: “Mənim şəklimin zorakılığa çağırış kimi qəbul ediləcəyi heç ağlıma da gəlməzdi”.

 

 

 
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək

Xəbər lenti