![]() |
|
Gürcüstan parlamenti Kutaisidən Tiflisə köçürüləcək.
Axar.az xəbər verir ki, bu barədə qərarı Gürcüstan parlamenti qəbul edib. Parlamentin 150 deputatından 77-i qərarın lehinə səs verib, iki deputat isə qərara qarşı çıxıb.
Yeni reqlamentə əsasən parlament Tiflisdəki köhnə binasına qayıdacaq. Bununla bərabər parlamentin binasının yanğın, fövqəladə və hərbi vəziyyətlər zamanı dəyişilə biləcəyi qeyd edilib. Yeni qərar Gürcüstan prezidentinin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci ildə Kutaisiyə köçürülmüşdü. Parlamentin Tbilisidəki köhnə binasında isə parlamentin komitə iclaslarının keçirilməsinə izn verilmişdi.