![]() |
|
Kolumbiyanın eks-prezidenti Belisario Betankur 95 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə “El Universal” saytı məlumat yayıb.
Betankurun böyrək xəstəliyindən əziyyət çəkdiyi, Boqota şəhərindəki xəstəxanalardan birində öldüyü bildirilib.
Qeyd edək ki, Betankur 1982-1986-cı illərdə Kolumbiya prezidenti olub. Məhz o, ilk dəfə Kolumbiyanın müxtəlif partizan qruplarıyla ilə sülh danışıqlarına başlayıb. O həmçinin prezidentlikdən sonra məşhur yazar və hüquqşünas kimi tanınıb. Betankur məşhur Roma klubunun Latın Amerikası üzrə fəxri təmsilçisi statusuna sahib olub.