![]() |
|
“Faynənşl Tayms” amerikalı milyarder Corc Sorosu ilin adamı seçib.
Axar.az xəbər verir ki, qəzet Sorosun 2018-ci il ərzində siyasətdəki populist tendensiyalara qarşı liberal demokratiyanın simvolu rolunu oynadığını bildirib. Məhz bu amilə görə, Sorosun ilin adamı seçildiyi vurğulanıb.
Qeyd edək ki, Soros əslən Macarıstandan olan yəhudidir. 88 yaşı olan iş adamının Açıq Cəmiyyət Fondunun fəaliyyətinə dünyanın bir sıra ölkələrində qadağa qoyulub. Buna səbəb isə Sorosun bu fond vasitəsilə rəngli inqilabları dəstəkləməsi olub. Belə ki, məhz Sorosun sayəsində postsovet məkanında bir sıra rəngli inqilablar gerçəkləşdirilib.
Maraqlı məqam odur ki, Sorosun öz vətənində - Macarıstanda belə fəaliyyəti qadağan olunub. O, həmçinin ABŞ-dakı son seçkidə Demokratlar Partiyasının əsas sponsoru kimi tanınıb. Soros hazırda Breksit əleyhdarlarının da əsas maliyyəçisi sayılır.
Sorosun sərvəti 8,3 milyard dollardır.
CNN telekanalının efirində “ABŞ Prezidenti Donald Trampa iqtisadiyyat sahəsində qazandığı uğurlara görə minnətdarlıq etmək” çağırışı ilə video-çarx yayımlanıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Yaşar Əli Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Trampa minnətdarlıq etmək üçün təklif olunan nömrə 2020-ci ildə keçiriləcək prezident seçkilərində hazırkı prezidentin seçki kampaniyasına resurs toplanması hesab oluna bilər. Jurnalist bu cür yanaşmanı seçki kampaniyalarında qeyri-adi hal adlandırıb.
Qeyd edək ki, bir qədər əvvəl Konqresə seçkilərdən sonra Trampın reytinqinin kəskin şəkildə aşağı düşdüyü bildirilmişdi.
Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışı olub.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına binada yaradılan şərait barədə məlumat verib.
Türkiyəli tele-jurnalist Fatih Portakal prezident Rəcəb Tayyib Ərdoğanın "Birisi - portağaldır, mandarindir - ortaya çıxıb xalqı küçəyə çağırır. Həddini bil. Həddini bilməsən, bu millət çənəni partladar", sözlərinə münasibət bildirməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, F. Portakal verilişində Ərdoğanın sözlərinə cavab verməyəcəyini bildirib: "Türkiyənin ciddi problemləri var, onların həlli daha vacibdir".
Qeyd edək ki, Fatih Portakalın Parisdəki etirazlardan sonra "Qiymət artımlarına etiraz edin, neçə nəfər küçəyə çıxa biləcək" sözləri Ərdoğanın qəzəbinə tuş gəlib.
"Özünü, həddini tanımayan, ədəbdən yoxsul biri TV-yə çıxıb insanları küçəyə çıxmağa çağırır. Əxlaqsıza bax, əxlaqsıza bax, bu nə tərbiyəsizlikdir", - deyə Ərdoğan Portakal haqqında etdiyi çıxışında bildirib.
Qətər ABŞ-ın enerji layihələrinə yaxın 5 il ərzində 20 milyard dollar yatırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu Qətərin Energetika naziri Səad bin Şrida əl Kabi deyib. Onun sözlərinə görə, yatırımlar daha çox sıxılmış təbii qaz və neft hasilatına ediləcək.
O, ABŞ-ın investisiya yatırılması baxımından çox perspektivli olduğunu deyib.
Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub antiazərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir. Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar.
Tam məsuliyyətimlə bildirirəm ki, özünü “hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş vermiş hadisənin hakimiyyətlə və şəxsən mənimlə bağlamaq cəhdləri növbəti ucuz şoudur. Kiminsə təhqir olunması mənim nə rəsmi statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə də hansısa formada ictimai maraqlarıma uyğundur. Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir.
Ancaq son faktı əsas götürərək diqqət etmək lazımdır ki, bu iddiaları irəli sürənlər kimlərdir və məqsədləri nədir?!
Azər Kazımzadə adlı şəxs xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Ələkram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Aboszadələrin dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab edirəm.
Mən heç vaxt onların iddialarına, mənə qarşı irəli sürdükləri barmaqdansorma ittihamlarına onların əxlaqına uyğun formada cavab verməmişəm və bundan sonra da belə bir fikrim yoxdur. Həmişə hesab etmişəm ki, siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməzlər. Onların etdikləri isə yalnız xarici antiazərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil.
Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər.
“Sarı jiletlilər”in ölkə büdcəsinə vurduğu ziyan 10 milyard avro təşkil edib.
Axar.az xəbər verir ki, bunu “Echos” qəzetinə müsahibəsində Fransa Baş naziri Eduar Filip deyib. O, bu məbləğin “Sarı jiletlilər”in fəaliyyəti və onlara edilən güzəştlərin nəticəsi olaraq yarandığını bildirib.
Filip bunun sayəsində Fransa büdcəsində 2019-cu ildə kəsrin 3,2% təşkil edəcəyini deyib.
Ermənistan ordusunun Dağlıq Qarabağdakı birləşmələrində xidmət aparan hərbi qulluqçusu yaralanıb.
Axar.az xəbər verir ki, Vaqranyan soyadlı erməni hərbçi Xankəndində yerləşən hospitala çatdırılıb.
Göz nayihəsindən güllə yarası alan hərbçinin vəziyyəti ağır qiymətləndirilib və onun İrəvanda yerləşən xəstəxanalardan birinə köçürülməsinə qərar verilib.
Qeyd edək ki, 15 dekabrda iki erməni əsgəri ağır yaralanmışdı. Onlardan biri Qarabağda minaya düşmüş, digəri qarnından yaralanmışdı. Minaya düşən hərbçinin ayağı amputasiya edilib.
ABŞ hərbi donanması qırıcılarını müasirləri ilə əvəz etməsə, rəqabət gücünü itirə bilər.
Axar.az xəbər verir ki, bu iddia “Nəşnl İnterest” (Nİ) jurnalında dərc edilən məqalədə bildirilib.
Jurnalın ABŞ-ın Strateji və Büdcə Dəyərləndirmə Mərkəzinin (CSBA) hesabatına istinadən hazırladığı məqalədə SSRİ-nin dağılmasından sonra ABŞ donanmasının döyüş ehtimalını qəsdən məhdudlaşdırdığı, gəmilərdə daha əvvəl istifadə edilən bəzi qırıcıların başqaları ilə əvəz edildiyi vurğulanıb.
Məqalədə bu dəyişikliklərin təyyarələrin uçuş məsafəsinə mənfi təsir göstərdiyi, hazırkı təyyarələrin Çin və ya Rusiya ilə müharibədə qalib gəlmək üçün kifayət etmədiyi qeyd edilib:
“2018-ci ilə qədər 9 ton faydalı yük daşıya bilən tipik dəniz qırıcısının uçuş məsafəsi 1,3 min milə endirilib. Eyni zamanda, Rusiya və Çin uzunmənzilli anti-gəmi raketi və hərbi təyyarələr üçün təhdid təşkil edən yeni silahlar hazırlayıb”.
Bundan əlavə, məqalədə ABŞ-ın hərbi donanmasının böyük dövlətləri məğlub edəcək əməliyyatlar keçirmək üçün yetərli mənzilə və dayanıqlığa sahib olmadığı qeyd edilib.
Türkiyə Silahlı Qüvvələri PKK/YPG terror qruplaşmasına qarşı Suriyanın şimalında genişmiqyaslı əməliyyata hazırlaşır.
Axar.az xəbər verir ki, qruplaşmanın bölgədəki varlığına tam olaraq son qoymaq üçün təşkil olunacaq əməliyyatlara İsmayıl Mətin Təməl Paşa rəhbərlik edəcək.
Xatırladaq ki, İsmayıl Mətin Təməl Paşa Afrindəki “Zeytun budağı” əməliyyatına da rəhbərlik edib.