![]() |
|
Əslində hamımızın üzərində bir "sarı jilet" var. Çünki hamımızın cəmiyyətdəki gedişatla bağlı müəyyən narahatlıqları mövcuddur. Siyasətçilər buna mümkün olduğu qədər cavab verməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte Fransadakı "Sarı jiletlilər" hərəkatına münasibət bildirərkən deyib.
"Sarı jilet"li nümayiş miqrasiya, iqlim dəyişikliyi, iqtisadi gəlirlər kimi məsələləri özündə əks etdirir. Bunlar hər kəsin narahat olduğu vəziyyətdir", - Rutte qeyd edib.
Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.